Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.
Belə ki, “Aqroinnova” nizamnamə kapitalının 170 000 manat həcmində azaldığını elan edib.
Şirkət daha əvvəl ötən ilin fevral ayında nizamnamə kapitalının 360 000 manat, may ayında isə410 000 manat həcmində azaldığını elan etdiyini açıqlamışdı.
Xatırladaq ki, “Aqroinnova” MMC 2016-cı ildə yaradılıb, hazırda nizamnamə kapitalı 1 892 500 manat təşkil edir və qanuni təmsilçisi Emil Sultanovdur. Ötən il isə şirkətin nizamnamə kapitalı 2 492 500 manat olub. “Aqroinnova” MMC-nin əsas fəaliyyət istiqaməti istixana şəraitində tərəvəz bitkilərinin yetişdirilməsidir. Müəssisədə pomidorun "Pink Paradise", "Fujumaro", "Ahu" sortları yetişdirilir.







