Əsas Səhifə > Güney Press > AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə

AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə


Bu gün, 15:17

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) respublika ərazisində yollarda nişanlanma işlərinin satınalması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Banker.az xəbər verir ki, tenderin qalibi “STP-BTECH” MMC seçilib.

Qalib şirkətlə 29.42 milyon manat dəyərində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur.

Layihə çərçivəsində ölkə üzrə yol hərəkətinin təşkili və təhlükəsizliyinin artırılması məqsədilə yol nişanlarının, məlumat lövhələrinin, təhlükəsizlik sədlərinin və digər yol infrastruktur elementlərinin alınması, quraşdırılması, təmiri və texniki xidməti həyata keçiriləcək.

Satınalma çərçivəsində əsasən aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:

İş və ya məhsul Miqdar
Məlumat lövhələri (alüminium) 10 121 m²
Alüminium nişanlar 2 450.85 m²
Dəmir sinkli nişanlar 2 779.25 m²
Alüminium dirəklər 21 845 m
Təhlükəsizlik səddi H2 10 000 m
Nişan montajı 19 968 ədəd
Dirək montajı 15 362 ədəd
Delinatorlar 1 129 ədəd
Sürət məhdudlaşdırıcı süni maneələr 100 ədəd
Velosiped zolağı sədləri 100 ədəd
Piyada istiqamət göstərici lövhələri 194 ədəd

Bundan əlavə, mövcud yol nişanlarının və dirəklərinin sökülməsi, yerinin dəyişdirilməsi, təmiri, eləcə də müxtəlif növ yol avadanlıqlarına texniki baxış və xidmətlərin göstərilməsi də satınalma predmetinə daxildir.


Geri qayıt