ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqların yeni mərhələsi çərşənbə axşamı Vaşinqtonda keçiriləcək.
APA xəbər verir ki, bundan öncə ABŞ Dövlət Departamenti Livan və İsrail nümayəndə heyətləri arasında görüşlərin 23-25 iyun tarixlərində Vaşinqtonda keçiriləcəyini açıqlamışdı.
Dövlət katibi Marko Rubionun danışıqlarda iştirak edib-etməyəcəyi məlum deyil, çünki onun bu tarixlərdə BƏƏ, Küveyt və Bəhreynə səfəri planlaşdırılır.










