"Mənzil alırsan ki , rahat olasan... əvəzində min cür fırıldaqla rastlaşırsan..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Esmira adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: " "Blue Residence"dan ev almışıq. Lakin rəhbərliyi sakinlərdən mənzillərin çıxarışını almaq üçün pul tələb edir.
Bizdən 3 otaqlı mənzilə görə 900 manat istəyiblər. Kim bu kompleksdən mənzil alıbsa və ya kiminsə qohumu, tanışı alıbsa mənimlə əlaqə yaratsınlar. Onlar QANUNSUZ pul alırlar sakinlərdən....
Dərdin hamısı bu da deyil... Bundan əlavə, Bakıya güclü yağışlar ki, yağdı.. o zaman yağışın suyu pəncərələrin açılmayan yerlərindən mənzilə doldu.
Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət yazmışam.
Ondan əlavə olaraq alqı-satqı müqaviləsində mənzilin sahəsi daha çox yazılıb, mənzilin çıxarışını alanda isə sahə daha az göstərilir. Yəni sakinləri pulda da aldadırlar. Bununla da bağlı məhkəməyə müraciət olunacaq, çünki Nazirlər Kabinetinin gərarına uyğun hesablamayıblar evin kvadratmetrini..."










