Erməni hərbi qulluqçu təlim məşğələləri zamanı yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli media Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hərbi qulluqçunun həyatına heç bir təhlükə yoxdur. O, əməliyyat olunub və həkimlərin nəzarəti altındadır.
Məlumata görə, paytaxtın Nubaraşen hərbi hissəsində xidmət edən əsgər ayağını itirib.









