Son günlər hesabların bloklanması ilə bağlı şikayətlər artıb. Xüsusilə rəqəmsal xidmətlərindən ən çox istifadə olunan Birbankda bu hadisələr daha çoxdur.
Banklar qanunvericiliyə uyğun olaraq çirkli pulun yuyulması və fırıldaqçılığın qarşısını almaq üçün bütün əməliyyatları avtomatik sistemlərlə izləyir. Bu sistemlər bəzi halları riskli kimi qəbul edir:
Böyük məbləğin kiçik hissələrə bölünərək göndərilməsi
Qısa müddətdə ardıcıl köçürmələr
Əvvəllər olmayan qeyri-adi əməliyyat davranışı. Bu hallarda hesabınızın bloka düşmə ehtimalı artacaq
Məbləği hissələrə bölərək göndərmək, qəbul etmək
Qısa vaxt ərzində ardıcıl eyni əməliyyatı həyata keçirmək.
Əvvəllər istifadə etmədiyiniz və ya az istifadə etdiyiniz əməllyatları birdən birə intensivləşdirmək hesabınızın bloka düşməsinə səbəb yaradır. Çalışın xidmətlərdən stabil istifadə edin ki, bankların avtomatik risk sisteminə düşməyəsiniz. Unutmayın ki, banklar qanunvericilik və müvafiq qurumların qaydaları çərçivəsində xidmət göstərir.
Müəllif: Vüsal İsayev - "DİA-AZ"










