Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “İnnovation Event” MMC (VÖEN – 1304829761) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə, tender müsabqiəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, ADNSU “İnnovation Event”dən “Məzun günü – 2026” tədbiri zamanı tələb olunan mal və xidmətləri satın alacaq və qarşılığnda 82 min 995 manat 30 qəpik ödəyəcək.
ADNSU-dan açıqlanan məlumatda bildirilir ki, “Məzun günü – 2026” tədbiri 23 iyun tarixində saat 18:00-da Bakı Kristal Zalında baş tutacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “İnnovation Event” MMC 13 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Tağı Şahbazlı, ev 110, m. 15 ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Kürçaylı Əliağa Ülfət oğludur.
Onu da bildirək ki, “İnnovation Event” MMC-nin qanuni təmsilçisi Kürçaylı Əliağa Ülfət oğlu məşhur şair Əliağa Kürçaylının (1928-1980) nəvəsidir.
“İnnovation Event” MMC 2024 və 2025-ci illərdə Dövlət İqtisad Universiteti üçün də “Məzun günü” tədbiri təşkil edib.








