Özünü “Azərbaycan Erməniləri Assambleyası”nın sədri kimi təqdim edən, “İt” ləqəbli Qriqori Ayvazyan yenə ağzına gələni danışıb.
Tribuna.az xəbər verir ki, o, Naxçıvanda keçirilən Qərbi Azərbaycan İcmasının tədbirindən bərk “qəzəblənib”.
Ayvazyan iddia edib ki, guya, Azərbaycan “Şimal-Şərqi Ermənistan”dır və həmin torpaqların yerli erməniləri bütün beynəlxalq qanunlara əsasən ora qayıtmaq hüququna malikdirlər. “Qarabağ ermənilərini demirəm. Onlar bu məsələlərin daha da sərtləşəcəyindən qorxurlar və məhz buna görə də yalançı gündəm ortaya atmağa çalışırlar. Bu məsələləri qaldırmazdan əvvəl, qoy Azərbaycanın hazırkı rəhbərliyi təxminən 3 milyon erməninin tarixi ərazilərinə qayıtmasını birbaşa və açıq şəkildə qəbul etməyə hazır olsun”.








