Krım rəhbərliyi iyunun 22-dən sentyabrın 1-nə qədər düşərgələrdə, sanatoriyalarda və digər yaşayış yerlərində yerlərin sifariş edilməsini və uşaq qruplarının qəbul edilməsini qadağan edib.
Axar.az xəbər verir ki, bu barədə Krım rəhbəri Sergey Aksyonovun imzaladığı fərmanda qeyd olunub.
“Məhdudiyyətlər uşaq düşərgələrinə və sağlamlıq mərkəzlərinə, otellərə, pansionatlara və digər yaşayış yerlərinə şamil edilir. Ekskursiyalar, festivallar və təlim düşərgələri də qadağandır”, - fərmanda bildirilib.
Qeyd edək ki, Ukrayna ordusunun zərbələri nəticəsində Krımın infrastrukturuna ciddi ziyan dəyib. Dünən yarımada ərazisində elektrik enerjisi və içməli suyun verilişi dayandırılmışdı. Artıq bir müddətdir ki, Krımdakı yanacaqdoldurma məntəqələrində yanacaq satışı da məhdudlaşdırılıb.








