AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Məmməd Beydullayevi Şahin Sultanova bağlayan incə məqamlar - İTTİHAM
Tarix: 24-06-2014, 10:13 | Çap et
Məmməd Beydullayevi Şahin Sultanova bağlayan incə məqamlar
Azərbaycan ictimaiyyətinə artıq bilir ki, mən, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov keçmiş HDQ komandanı olmuş, lakin bu yüksək vəzifədə xalqa və dövlətə xidmət etmək əvəzinə 15 il ərzində dövlət büdcəsini talamaqla məşğul olmuş və hələlik bildiyim qədər yarım milyarddan çox dövlət vəsaitini havadarları və yaratdığı qanunsuz mafioz dəstə vasitəsilə mənimsəmiş Şahin Sultanov tərəfindən şərlənərək tutdurulmuşdum və bir müddət öncə azadlığa qovuşmuşam. Azadlıqdan məhrum olunmanın nə olduğunu yaxşı bilən şəxs kimi Şahin Sultanova "Allah qapısını açsın” deyirəm.

Son zamanlar Ş.Sultanovun vəkili qismində mətbuatda guya onun günahsız olaraq həbs olunması barədə rəy yaratmağa çalışan Adəm Məmmədovun hərəkətləri, atdığı addımlar bir yandan məni düşündürür, digər tərəfdən isə geniş ictimaiyyətdə haqlı narahatçılıq yaradır. Deyəsən, Şahin Sultanov və onun küy salan vəkili Adəm Məmmədov istintaqda olan çox ciddi və təkzibedilməz faktları görüncə hücuma keçmək taktikasını seçiblər. Özü də necə? Adəm Məmmədov iddia edir ki, bəs guya Z.Həsənov nazir təyin olnandan sonra hərbi prokuror X.Vəliyevlə dostlaşıblar və ordu üzərindən milyonlar qazanırlar. Z.Həsənov təzəcə təyin olunmuş nazirdir və ictimaiyyət tərəfindən də onun fəaliyyəti normal qarşılanır. Necə ola bilər ki, Z.Həsənovun cəmisi 7 aylıq nazirlik dönəmində milyonlar qazanıldı, amma S.Əbiyevin 20 ildə, Ş.Sultanovun 15 illik vəzifədə olduğu müddətdə israf edilmiş milyardlardan söz açılmadı? Bəlkə onlar milli qəhrəmandır, xəbərimiz yoxdur?

Cənab Adəm Məmmədov artıq neçənci dəfədir ki, Ş.Sultanovun guya kimlərinsə sifarişi ilə həbs olunduğunu deyir, onun hüquqlarının pozulmasını iddia edir. Əgər Adəm Məmmədovda Ş.Sultanovun həbsi ilə bağlı istintaqın aparılmasında hər hansı qanun pozuntusuna dair faktlar varsa CPM-nin tələblərinə görə bu məsələyə məhkəmədə hüquqi qiymət verilə bilər. Digər tərəfdən, atalar məsəli var: "örkən nə qədər uzun olsa gəlib doğanaqdan keçir”. Ay hörmətli Şahin Sultanov! Bəs məni şərləyərək tutduranda, tabeçiliyinizdə xidmət edənləri, öz doğma əminiz oğlunu yalandan üzümə durduranda, məni tanımadığınız halda guya sizdən hədə-qorxu ilə pul tələb etdiyimi iddia edəndə, 8 ay müddətində məhkəmə çağırışlarına məhəl qoymayanda, hərbi hissədə xidmət edən qızımı ölümlə hədələyəndə, Azərbaycan mentalitetinə zidd şəkildə qız uşağı ilə mübarizə aparanda niyə qanunlara riayət etmirdiniz?

Cənab Şahin Sultanov! Bəlkə deyəsiniz qoy hamı bilsin: mərhum müğənni Rüfət Mehdiyevin dul arvadını işə götürərək onunla işbirliyi quranda, hərbi qulluqçu İradə Cəfərovanı rəsmi icazə olmadan öz şəxsi biznes maraqlarınız naminə xaricə: 4 dəfə Dubaya, 1 dəfə İrana göndərəndə, qanunla qadağan olunduğu halda Krasnodardan qardaşınızın göndərdiyi mebelləri Bakıda satanda, matrosları pulla evə buraxanda, qoltuğunuzda ştat kitabı əmrsiz-filansız istədiyiniz adamı pulla "arzu olunan” vəzifəyə yerləşdirəndə, onlarla zabitin karyerasını məhv edəndə, onları qanunsuz olaraq ordudan uzaqlaşdıranda, keçmiş bacanağınız, zabit K.Məmmədovun ailəsini dağıdanda, evini əlindən alanda, 15 gündən bir səbəbsiz olaraq onu dənizə göndərməklə cəzalandıranda, 25 hərbçi ailəsinə təzyiq edib 10 min manatla evlərini əllərindən alanda, 2 yüksək rütbəli zabit ailəsini məhkəmə qərarı olmadan polis gücünə küçəyə tökəndə, tabeçiliyinizdəkiləri də cəlb edərək qanunsuz qruplaşma yaradaraq dövlətin yarım milyarddan çox vəsaitini mənimsəyəndə qanunlar yadınıza düşürdümü? Bəlkə ictimaiyyyətə izah edəsiniz hansı şəkildə həyat yoldaşınız İRİNA dönüb olub İradə Sultanova? Qaçaqmalçılıq yolu ilə xaricə metal satarkən məhz bu xanımın Rusiyadakı qohumları vasitəsilə məsələ ört-basdır edilərək Şahin Sultanov məsuliyyətdən yayındırılmışdır.

Deyəsən, bu qanunsuzluqları Adəm Məmmədova danışmamısıınız.... Qoy yaxşı - yaxşı dinləsin sizi və kimi müdafiə etdiyini öyrənsin... Başqalarını günahkar saymaq əvəzinə siz də kamerada öz vicdanınızı dinləyin və sizi narahat edən suallara özünüzdə cavab axtarın...

Adəm Məmmədovun Ş.Sultanovu HDQ yaradıcısı kimi təqdim etməsinə münasibət bildirən kontr-admiral Rafiq Əsgərov В«FacebookВ» sosial şəbəkəsində bu iddialaraın yalan olduğunu bildirməklə Ş.Sultanovun həmin illərdə hansı mövqedə olmasını açıqlayır: "Sən demə, Ş.Sultanov HDQ yaradıbmış. Qoy Ş.Sultanov unutmasın ki, həmin çətin illərdə o pulla matrosları evə buraxırdı, mebel satırdı, alverlə məşğul idi. Hələ o zamanlar onda yaxşı kommersant keyfiyyətləri özünü göstərirdi. Putin barədə nağılları isə qoy o öz vəkilinə danışsın”. Rafiq Əsgərovun açıqlamasını həmin illərdə HDQ-də xidmət edərək onunla biznes münasibətlərində olmuş və onu yaxından tanımış Cəfərova İradə Kazım qızı da təsdiqləyir. İ.Cəfərova bildirir ki, Ş.Sultanovu 1992-ci ildən tanıyır. Əvvəl orada mülki, 1993-cü ildən isə hərbi qulluqçu kimi xidmət etmişdir. "Həmin dövrlərdə məni qeyri-qanuni olaraq bizneslə məşğul olmağa sövq etmişdi. Məni Dubaya göndərərək 3000 dollar vermişdi və bu pulu 35%-lə geri qaytarmalı olduğumu bildirmişdi. 2-3 dəfə faiz ödədim, pulu deyilən vaxt qaytara bilmədiyim üçün gəlib malları apardı və geri qaytarmadı. Deyirdi ki, malları aparım Sumqayıta, orada satış məntəqələrinə paylaşdırım və sataraq pulu geri qaytarım. Sonra mənə mebel satdırırdı. Sonra əsgər ondan şikayət etmişdi və onu rüşvət aldığına görə ora-bura dartırdılar. Çox pulgir adam idi, matrosları pulla evə buraxırdı. Oğlum-Cəfərov Emin Zaur oğlu hərbi məktəb oxumuşdu, Ş.Sultanov mənimlə düz gəlmədiyinə görə oğluma təzyiqlər edirdi. Oğlum gördü ki, Ş.Sultanov onu ilişdirmək istəyir 16 il xidmətdən sonra pensiyasız-filansız ordudan tərxis olundu. Elxan Hacıyev onun şillə vuranı olaraq özünü faktiki komandan kimi aparırdı. Ş.Sultanovun arvadı hərbi hissəyə gəlib hər şeyə müdaxilə edirdi: pərdələr niyə belə asılıb, güllər sulanmır və sair. Mərhum müğənni R.Mehdiyevin keçmiş arvadı Aytəni işə götürərək onunla qeyri-rəsmi işlər çevirirdi, elə onun əli ilə də məni ilişdirdi. Aytənin onunla isti münasibətləri var, onun əlaltısıdır. Ailəli zabitin belə çirkin işlərlə məşğul olması hamıda ikrah hissi oyadırdı. Analıq məzuniyyətində ola-ola məni qeyri-qanuni şəkildə işdən çıxartdırdı. Şahin Sultanov pula görə adam satar, tam səmimi olaraq deyirəm.” Qoy Ş.Sultanov bu xanımın haqlı iddialarına cavab versin. Daha bir məsələ məni çox narahat edir. Ş.Sultanovun vəkili aləmə car çəkir ki, guya Ş Sultanov Qarabağ veteranıdır. 1994-cü ilin may ayının 12-də atəşkəs sazişi imzalanıb. Məndə olan məlumata görə Ş.Sultanov 1994-cü ilin 15 mayından sonra bir müddət orada ezamiyyətdə olub. Bu vaxtlar müharibə artıq yox idi, atəşkəs sazişi bağlanmışdı, o haradan müharibə veteranı oldu? Qoy buna da istintaq aydınlıq gətirsin..”

Bir daha saysız - hesabsız müraciətlərimdə qaldırdığım və istintaq tərəfindən artıq sübuta yetirilmiş Şahin Sultanovun təşkilatçılığı və rəhbərliyi ilə tördilmiş cinayət faktlarını geniş ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm:

- Bayraq Meydanının tikintisi ilə əlaqədar hərbi hissənin köçürülməsi üçün ayrılmış 2(iki) milyon manat pul vəsaitini mənimsəmişlər;

- Bayraq Meydanının tikintisi ilə əlaqədar evləri plana düşmüş sakinlərə dövlət tərəfindən ayrılmış 2 milyon manat kompensasiyanı qanunsuz şəkildə alaraq hər ailəyə cəmi 10(on) min manat paylayaraq qalan məbləği mənimsəmişlər;

- SSRİ dövründən 2012-ci ilə qədər istismar müddətləri keçmiş bütün gəmiləri doğradaraq "kod 555" ləqəbli E.Hacıyev vasitəsilə Bakı şəhərində yerləşən müxtəlif dəmir qəbulu şirkətlərinə satmaqla külli miqdarda dövlət əmlakını mənimsəyiblər;

- Mərdəkan qəsəbəsində yerləşən HDQ-yə məxsus olmuş istirahət mərkəzinin fəaliyyətini təyinatı üzrə istifadə etmək əvəzinə, "kod 555" ləqəbli dostu E.Hacıyev vasitəsilə həmin müəssisənin torpaq sahələrini qanunsuz olaraq özəlləşdiriblər, həmin ərazidə taladıqları dövlət pulu ilə özlərinə villalar tikdiriblər. Həmin villaların tikintisində isə qanunsuz şəkildə HDQ-nin əsgər və matroslarının əməyindən istifadə olunub;

- HDQ-yə məxsus olmuş Bayıl qəsəbəsində yerləşən qonaqların qəbulu müəssisəsini qeyri-rəsmi olaraq BP şirkətinə, HDQ-nin tarix muzeyini isə özəl göz klinikalarından birinə kirayə verməklə külli miqdarda gəlir əldə edib;

- Doğma əmisi oğlu olan, HDQ-də manqa komandiri işləyən Elçin Sultanov vasitəsilə gizli yolla dəyəri 100 min manatlarla ölçülən ərzağı oğurlayaraq Bakı şəhərində yerləşən müxtəlif marketlərə paylamaqla külli miqdarda dövlət əmlakını mənimsəyiblər;

- "Kod 555" ləqəbi ilə tanınan E.Hacıyev vasitəsilə saxta MMC-lər açmaqla və saxta sənədləşdirmə aparmaqla pul köçürmələri yolu ilə 100 min manatlarla dövlət əmlakını mənimsəyiblər;

- Dəfələrlə HDQ-nin sabiq rabitə rəisi Natiq Əsgərov və sabiq MTT baş zabiti Cabbar Qəmbərov kimilərini komissiya üzvü təyin etməklə saxta aktlar tərtib edərək külli miqdarda dövlət əmlakını mənimsəyib;

- HDQ-yə aid binaların söküntüsündə əldə etdiyi 100 min manatlarla dəyəri olan tikinti materiallarını yalandan sənədləşdirmək yolu ilə guya müxtəlif şirkətlərdən yenidən alınmış material kimi aktlar tərtib etməklə dövlət əmlakını külli miqdarda mənimsəyib;

- HDQ-yə məxsus Bayıl qəsəbəsində yerləşən uşaq bağçasının təmiri ilə əlaqədar saxta aktlar tərtib edərək dövlət əmlakını külli miqdarda mənimsəyib və bağçanın bir hissəsini qanunazidd şəkildə özəlləşdirib;

- Ş.Sultanovun yarıtmaz rəhbərliyindən irəli gələrək HDQ-nin tibb hissəsinin rəisi Musa Musayev əxlaqsız naqislik hərəkətlərinə yol verərək zabit şərəfinə ləkə gətirib, bağçanın təmiri adı altında 21 min Azn mənimsəyiblər;

- Ş.Sultanov saxta aktlar tərtib etməklə 8 min metr kabel almaq adı altında və 16 min lampa almaq adı ilə dövlət əmlakını külli miqdarda mənimsəyib;

- Xaricdən korroziya əleyhinə boya almaq adı altında 300 milyon manat mənimsənilib;

- Yanacaq və sürtgü yağlarının oğurlanması yolu ilə külli miqdarda dövlət əmlak mənimsənilmişdir;

- Gəmi hissələrinin və qiymətli metalların xarici ölkələrə: Türkmənistan və Qazaxıstana qaçaqmalçılıq yolu ilə satılaraq külli miqdarda vəsait əldə edilməsi;

- Qazaxıstan brakonyerləri ilə əlbir olaraq uzun illər ərzində qanunsuz balıq satışı ilə məşğul olaraq külli miqdarda vəsaitin əldə olunması;

- Səbail rayon icra hakimiyyətinin nümayəndəsi ilə qanunsuz şəkildə əlaqəyə girərək saxta orderlər düzəldərək dövlətə külli miqdarda dövlət əmlakının mənimsənilməsi;

- Sadaladığım cinayət faktlarını ört-basdır etmək üçün hüquqşünas R.Zeynalov, N.Əsgərov , Elçin Sultanovun və fırıldaqçı dostu E.Hacıyevə məxfi sənədləri, yəni hazırda Butada inşa edilən hərbi şəhərciyin sxem-çertyojunu qanunsuz şəkildə hissədən kənara çıxarılması və zorla köçürülən sakinləri guya ki mənzillə təmin edəcklərinə inandırmağa çalışmışlar, halbuki əsas məqsəd ayrılmış 2 milyon manat kompensasiyanın mənimsənilməsi olmuşdur;

- Mərdəkanda, Qubada, Qusarda, Nabranda, Şəkidə, Türkiyədə, bir çox yerlərdə villaların, hektarlarla torpaq sahələrinin, obyektlərin, otellərin, şərikli bankın, Şəkidə mal fermasının, Rusiyada kommersiya obyektlərinin və s....alınması.

Maraqlıdır, niyə Ş.Sultanovdan əvvəl işləmiş Rafiq Əsgərovun, Fuad Yusubovun, Səttar Manafovun obyektləri yoxdur, amma Şahin Sultanovun var? Çünki hamısı oğurluq pullarla alınıb. Geniş ictimaiyyət üçün bildirirəm ki, həm şərlənərək həbs olunmazdan əvvəl, həm də sonra Müdafiə Nazirliyinə Ş.Sultanovun və onun qanunsuz qruplaşması tərəfindən törədilmiş və artıq istintaq tərəfindən sübuta yetirilmiş cinayət faktları barədə saysız-hesabsız müraciətlər ünvanlamağıma baxmayaraq, keçmiş Müdafiə naziri nazirliyin hüquq idarəsinin rəisi Rauf Kişiyev tərəfindən bütün bu cinayət faktları ört-basdır edilmişdir. Ortada yarım milyardlıq yeyinti var, mütəmadi olaraq HDQ-də yoxlama aparmış MN-nin hərbi inpeksiyasının rəisi M.Beydullayev bunları necə aşkar etməyib? Hərbi hissənin hüquqşünası Rauf Zeynalov bu qədər cinayət əməllərini hansı maraqlardan ört-basdır edib? Sadalanan şəxslər hansı maraqlardan irəli gələrək Ş.Sultanovun cinayətkar qruplaşmasına havadarlıq ediblər?

Son olaraq məqalədə sadalanan bütün məsələlərlə bağlı Adəm Məmmədovla mətbuat konfransında üz-üzə gəlməklə Ş.Sultanovun törətdiyi cinayət əməllərini sübuta yetirən təkzibolunmaz 135 vərəqlik faktları ona və ictimaiyyətə sübut və dəlillərimlə birlikdə təqdim etməyə hazıram. Eyni zamanda Respublika Hərbi Prokurorluğundan xahiş edirəm ki, Adəm Məmmədovun atdığı addımlara hüquqi qiymət verilsin, adları çəkilən bütün şəxslərin ifadələri alınsın, səsləndirilmiş bütün iddialar çox ciddi şəkildə araşdırılsın. Çünki, bu, adi bir cinayət işi deyil, söhbət bir qoşun kimandanı kimi mühüm postda əyləşərək qatı cinayətlər törətmiş bir adamın mafioz qruplaşmasından gedir. Bütün bu məsələlərə düzgün və ədalətli şəkildə hüquqi qiymət verilməsi ölkənin müdafiə və təhlükəsizliyi baxımından çox önəmlidir.

Redaksiya: Vətəndaşın redaksiyamıza ünvanladığı məktubu olduğu kimi dərc etdik. Amma yazılanlarla bağlı məqalədə adı keçen şəxslərin də münasibətini dərc etməyə hazırıq.
\\ gundelik bakı \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Dünən, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru