"İllərdir ki, bu utancverici statistika faiz nisbətində dəyişmir, hər dəfə də bilərəkdən bu haqda yazıb-danışırıq: 2026-cı ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6%-i ərzaq məhsullarının payına düşüb..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən ReAL Partiyasının sədri Natiq Cəfərli olduqca ilginc məqamlara toxunub.
Cəfərli daha sonra fikrini belə davam etdirir: "Biabırçı rəqəmdir, Azərbaycan vətəndaşı ay ərzində xərclədiyi hər 100 manatın 50 manat 60 qəpiyini ərzaq məhsullarının alınmasına ödəyir. Dünyada bu göstərici kasıblıq əlaməti sayılır, inkişaf etmiş ölkələrdə bu rəqəm 9% ilə 20% arasında gedib-gəlir.
Bu rəqəm Afrika ölkələrinə yaxındır, məsələn, Nigeriyada bu göstərici 58,9%, Keniyada isə 56,1% civarındadır.
Gürcüstanda bu göstərici 32%, Rusiyada 38%, Ermənistanda 42,9%-dir..."








