Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı .....                     Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı .....                     Şagirdlər üçün yeni vəziyyət .....                     Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var .....                     Rusiyadan Ermənistan 5 milyardlıq .....                     DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi .....                     Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? .....                     Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun .....                     "E-Kredit" BOKT-un lisenziyası ləğv edilib .....                     30 illik diplomatik riyakarlıq iflas etdi: .....                     Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... .....                     AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib .....                     AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” .....                     Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? .....                     Polkovnikdən ŞOK SÖZLƏR .....                     Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb .....                     Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb .....                     “Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi .....                     Azərbaycanda iki yeni institut yaradılıb .....                     Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına .....                     BRİKS sammitində gərgin anlar .....                     Ramiz Mehdiyev tək deyil .....                     Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA .....                     Mayis Musayev vəzifəsindən ayrıldı .....                     Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb .....                     Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? .....                     "Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil" .....                     Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... .....                     Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" .....                     Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub .....                     Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq .....                     Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib .....                     İlk tramvay Bakıya nə vaxt qayıdacaq? .....                     Dolu düşəcəyi ehtimalı var .....                     Yeni lizinq şirkəti təsis edildi .....                     Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək .....                     Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək .....                     Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb .....                     "Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" .....                 

30 illik diplomatik riyakarlıq iflas etdi: - İlham Əliyev Minsk Qrupunun "ölüm hökmü"nü necə imzaladı?
Tarix: Bu gün, 17:00 | Çap et

XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində yaranmış Qarabağ münaqişəsinin “sülh yolu ilə həlli” məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddətdə beynəlxalq diplomatiyanın ən uğursuz institutlarından biri kimi tarixə düşdü.

Formal olaraq vasitəçilik missiyası daşıyan bu mexanizm əslində status-kvonun qorunmasına, işğalın uzadılmasına və Ermənistanın ilhaq siyasətinin legitimləşdirilməsinə xidmət edən siyasi platformaya çevrilmişdi. Bu proseslərin mahiyyətini düzgün anlamaq üçün yalnız münaqişənin hərbi və siyasi tərəfinə deyil, həm də beynəlxalq hüququn selektiv tətbiqinə, böyük güclərin geosiyasi maraqlarına və Ermənistan daxilində formalaşdırılmış revanşist ideoloji şəbəkələrə diqqət yetirmək lazımdır.

1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu formal olaraq münaqişənin sülh yolu ilə həllini təmin etməli idi. Qrupun həmsədrləri olan Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa həm BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də beynəlxalq təhlükəsizlik sisteminin əsas aktorları hesab olunurdu.

Lakin bu dövlətlərin fəaliyyəti göstərdi ki, beynəlxalq hüquq yalnız siyasi maraqlarla uzlaşdığı halda tətbiq edilir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 822, 853, 874 və 884 saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb etsə də, həmin sənədlərin icrası üçün real siyasi təzyiq göstərilmədi. Əksinə, Minsk qrupu illər boyu “tərəfləri kompromisə çağırmaq” adı altında işğalçı ilə işğala məruz qalan dövlət arasında süni balans yaratmağa çalışdı. Bu isə beynəlxalq hüququn fundamental prinsiplərinin — dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin faktiki şəkildə relativləşdirilməsi idi.

“Münaqişənin Hərbi Həlli Yoxdur” Tezisi:

Minsk qrupunun fəaliyyətində ən ciddi siyasi manipulyasiyalardan biri “münaqişənin hərbi həlli yoxdur” tezisi idi. Bu ifadə uzun illər beynəlxalq diplomatik dairələrdə təkrarlandı və Azərbaycana faktiki olaraq təslimçi sülh modeli qəbul etdirmək cəhdi kimi istifadə edildi.

Əslində isə bu tezis işğal faktını dondurmaq məqsədi daşıyırdı. Çünki hərbi güc tətbiq edən və beynəlxalq hüququ pozan tərəf Ermənistan idi. Azərbaycanın isə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ mövcud idi.

Minsk qrupunun bəzi nümayəndələrinin “Şimali Qarabağ” kimi hüquqi və tarixi əsası olmayan terminologiyadan istifadə etməsi isə artıq vasitəçilik neytrallığının açıq şəkildə pozulması idi. Bu cəhdlər Azərbaycanın suverenliyini zəiflətmək və gələcəkdə ərazi güzəştlərinə zəmin yaratmaq məqsədi daşıyırdı. 30 il ərzində Azərbaycan şəhərləri dağıdıldı, kəndlər yerlə-yeksan edildi, məscidlər təhqir olundu, qəbiristanlıqlar vandallığa məruz qaldı, təbii sərvətlər talan edildi.

Bütün bunlar Minsk qrupunun gözləri qarşısında baş verirdi. Buna baxmayaraq qanunsuz məskunlaşdırma siyasətinə, işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə, tarixi və dini irsin məhv edilməsinə və s cinayətlərə görə heç bir ciddi beynəlxalq mexanizm işə salınmamışdı. Bu susqunluq beynəlxalq münasibətlər sistemində ikili standartların klassik nümunəsi idi.

Ermənistan revanşizmi və Minsk qrupuna ümid:

Münaqişədən sonrakı dövrdə Ermənistan daxilində, xüsusilə keçmiş xarici işlər naziri Vardan Oskanyan ətrafında formalaşmış siyasi-diplomatik çevrələr Minsk qrupunu revanşist planların əsas aləti hesab edirdilər.

Erməni diasporu, bəzi hüquqşünaslar və keçmiş diplomatlar düşünürdülər ki, Minsk qrupu saxlanılarsa, “Qarabağ məsələsi” yenidən beynəlxalq gündəliyə qaytarıla bilər. Onların bütün nəzəri konstruksiyası məhz bu institutun mövcudluğuna bağlı idi.

Bu səbəbdən Minsk qrupunun ləğvi yalnız Azərbaycan diplomatiyasının qələbəsi deyil, həm də Ermənistan daxilində revanşist qüvvələrin strateji dayaqlarının sıradan çıxarılması demək idi.

Prezident İlham Əliyevin Diplomatik Strategiyası:

Cənab Prezident münaqişənin bütün mərhələlərində həm siyasi, həm hüquqi, həm də informasiya müstəvisində ardıcıl və sistemli strategiya həyata keçirdi. Prezident İlham Əliyevin əsas uğurlarından biri beynəlxalq hüququn mahiyyətini və böyük güclərin ikili standartlarını açıq şəkildə ifşa etməsi idi. Bu siyasi xətt zamanla beynəlxalq reallığın dəyişməsinə səbəb oldu.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququ özü təmin etdi və BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrini faktiki olaraq yerinə yetirdi. Beləliklə, Minsk qrupunun “alternativsiz vasitəçi” obrazı tamamilə dağıldı.

Nəticə etibarilə, ATƏT-in Minsk qrupu diplomatik riyakarlığın, ikili standartların siyasi təfəkkürün simvollarından biri kimi tarixdə qalacaq. Azərbaycan isə beynəlxalq münasibətlər tarixində öz ərazi bütövlüyünü həm hüquqi, həm siyasi, həm də hərbi müstəvidə bərpa etmiş dövlət modeli kimi öyrəniləcək.

Polad Mehdiyev
Hüquqşünas-siyasi şərhçi - musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı - KİV
Bu gün, 17:47
Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı - TƏFƏRRÜAT
Bu gün, 17:45
Şagirdlər üçün yeni vəziyyət – 315 manat cərimə gələcək?
Bu gün, 17:43
Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var – Tam siyahı
Bu gün, 17:32
Rusiyadan Ermənistan 5 milyardlıq ŞANTAJ
Bu gün, 17:29
DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 17:20
Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? - İLGİNC
Bu gün, 17:14
Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun - ÇAĞIRIŞ
Bu gün, 17:06
"E-Kredit" BOKT-un lisenziyası ləğv edilib
Bu gün, 17:04
30 illik diplomatik riyakarlıq iflas etdi: - İlham Əliyev Minsk Qrupunun "ölüm hökmü"nü necə imzaladı?
Bu gün, 17:00
Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... - GİLEY...
Bu gün, 16:57
AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib - FOTO
Bu gün, 16:47
AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” - TƏFƏRRÜAT
Bu gün, 16:40
Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE
Bu gün, 16:39
Polkovnikdən ŞOK SÖZLƏR - "Bizim o bəzi DEPUTATLARA demək lazımdır ki..."
Bu gün, 16:37
Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb - DETALLAR
Bu gün, 16:34
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Bu gün, 16:32
“Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Bu gün, 15:12
Azərbaycanda iki yeni institut yaradılıb
Bu gün, 15:10
Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Bu gün, 15:04
Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Bu gün, 14:59
BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Bu gün, 14:57
Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Bu gün, 14:55
Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Bu gün, 14:49
Mayis Musayev vəzifəsindən ayrıldı - AÇIQLAMA
Bu gün, 14:48
Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb - “Fars”
Bu gün, 14:45
Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Bu gün, 13:17
"Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Bu gün, 13:15
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Bu gün, 13:12
Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Bu gün, 13:03
Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Bu gün, 12:59
Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Bu gün, 12:58
Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Bu gün, 12:53
İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Bu gün, 12:51
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:36
Yeni lizinq şirkəti təsis edildi
Bu gün, 12:20
Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
Bu gün, 12:18
Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək
Bu gün, 12:14
Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:08
"Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" - Rövşən Nəcəfə HAQLI SUALLAR...
Bu gün, 12:07
Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” - NƏ BAŞ VERİR?
Bu gün, 11:56
Akif İslamzadə xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 11:39
Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... - İNCƏLƏMƏ
Bu gün, 11:36
“Normallaşma” İllüziyası - Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır
Bu gün, 11:32
Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi - YENİ RƏİS İSƏ...
Bu gün, 11:22
Nazirdən bu quruma yeni təyinat - ƏMR
Bu gün, 11:18
Azərbaycanın ən uğursuz siyasətçisi - Saffari yazır...
Bu gün, 11:14
Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Bu gün, 11:03
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi - İnam Kərimova MÜRACİƏT
Bu gün, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru