“Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevdən şikayətlər səngimək bilmir. "DİA-AZ" olaraq bu dəfə növbəti vətəndaş gileyini təqdim edirik.
Beləliklə, Huseynov Əjdər adlı SOCAR “Neftqaztikinti” trestinin işçisi əılaqədar qurum və təşkilatlara gileylənərək belə yazır:
"Mən "Neftqaztikinti" trestindən xəstəliyimlə əlaqədar 2025-ci ildə işdən çıxmaq məcburiyyətində qaldım.
Amma buna baxmayaraq xəstəlik pulumu 22 günlük vermədilər.
Sözügedən idarədə 46 illik stajı olan, orada 46 il işləmiş işçiyəm. Rəhbərlik və Həmkarlar İttifaqından kimsə mənimlə maraqlanmadı ki, sənin dərdin nədir və niyə işdən çıxırsan..."
Məsələ diqqətimizdədir...
"DİA-AZ" xatırladır ki, “Neftqaztikinti” tresti 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 25 738 120 manatdır. Trestin rəhbəri Seyfullayev Qağaməli Hökməli oğludur.








