Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib .....                     Talıbovun aktivləşməsinin pərdəarxası .....                     Hakimiyyətin içində YEYƏN MİKİ... .....                     Onu TƏFTİŞ EDİRLƏR? .....                     Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı .....                     İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib .....                     "İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... .....                     “Bank Respublika”da təhlükəli dinamika .....                     Füzulidə direktor NİYƏ CƏZALANDI? .....                     NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR .....                     "Özümü yenidən kəşf etmişəm" .....                     Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI .....                     Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir .....                     Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ .....                     Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır .....                     "SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı .....                     Vəzifədə əvəzedici olsa da... .....                     Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu .....                     Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb .....                     Qlobal bazarlar qaynayır .....                     Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi .....                     Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb .....                     Koçaryan erməniləri Paşinyanla qorxutdu .....                     Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                     Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB .....                     Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət .....                     "Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək .....                     Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib .....                     "İzzətin yanında mənə "Əməkdar artist" deməyin" .....                     Paşinyana qarşı qadağa tələbi .....                     Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr .....                     Məşhur generalın xanımı .....                     Nazim Pənahovdan yeni təyinat .....                     Putinə bu səlahiyyət verildi .....                     SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! .....                     Aqrar Universitetin tenderi niyə ləğv olunub? .....                 

Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Tarix: Bu gün, 06:11 | Çap et

Füzuli rayonu 33 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Mədinə Hallacova sosial media hesabında məktəbin problemləri ilə bağlı tənqidi paylaşımlarına, həmçinin yazılı əmr olmadan təhsil müəssisəsində yoxlama aparılmasına etirazlarına görə cəzalandırıldığını bildirir.

Bizimyol.info xəbər verir ki, Mədinə Hallacova vəzifəsindən azad edilib. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun imzaladığı əmrə əsasən, onunla müqaviləyə Əmək Məcəlləsinin 70ç maddəsi əsasında (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilib.

Əmrdə göstərilib ki, Mədinə Hallacova əmək müqaviləsi üzrə öhdəliklərini mütəmadi pozub. Məktəbdə şagird davamiyyəti yoxlanılanda onun üzrsüz səbəbdən iş yerində olmadığı aşkarlanıb.

Ötən ilin sentyabr və bu ilin mart aylarında direktor izahat verməyə çağırılsa da, imtina edib. Əmrdə yazıldığına görə, onun bu hərəkətləri aktlaşdırılıb. Daha sonra 19 mart 2026-cı ildə yazılı izahat verərək, gələcəkdə bir daha etik davranış qaydalarını pozmayacağını bildirsə də, buna əməl etməyib və mayın 6-da onunla əmək müqaviləsinə xitam verilib.

Mədinə Hallacova Bizimyol.info portalına bildirib ki, əmrdə onunla bağlı yazılanlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, qanunsuz göstərişlərə “baş əyməməsi” və problemləri sosial media hesabında ictimailəşdirməsi onun işdən çıxarılması ilə nəticələnib.

2023-cü il aprelin 11-dən həmin məktəbə direktor kimi təyinat aldığını deyən deyən Mədinə Hallacovanın sözlərinə görə, məktəbin şagirdləri keçmiş məcburi köçkün uşaqlarıdır. Çünki ərazidə yaşayanlar məcburi köçkün ailələridir: “Bu mənada, həssas qrupa daxil olan şəxslərdir. Onlar da mənim çıxarılmağımdan narazıdır. İşdən azad olunmağım haqda əmri oxuyanda mənə məlum olub ki, haqqımda bir neçə akt tərtib ediblər. Füzuli təhsil sektoru o aktları nə vaxt, necə tərtib edib, məlum deyil. Niyə sonradan çağırıb mənə bu barədə də məlumat verilməyib? əgər doğrudan da elə aktlar olubsa...”

Mədinə Hallacova deyir ki, o, bütün işlərini qayda-qanunlar çərçivəsində görüb. Onun sözlərinə görə, Füzuli rayon təhsil sektoru ilə aralarındakı problemlərdən biri rəhbərlik etdiyi məktəbə monitorinq məqsədilə gələn yoxlamanı buraxmaq istəməməsi olub: “Masamın üstündə Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi olub. Həmişə çalışmışam ki, bütün məsələləri qanun çərçivəsində həll edim. İşçilərimdən soruşsunlar, görsünlər ki, mənim haqqımda nə deyirlər. Yoxlama göndərirlər, mən də deyirəm ki, “əmri göstərin, sonra buyurun, keçin yoxlayın”. Bu da xoşlarına gəlmir. Mən işçimin sənədlərini qeyri-leqal formada içəri girən istənilən adamın qarşısına qoya bilmərəm. Niyə konfidensiallığı pozmalıyam? Əmr istəmişəm, olmayıb, içəri buraxmamışam. Bu iş prinsipi də xoşlarına getməyib. Məni hədələyiblər ki, müqavilən uzadılmayacaq”.

Keçmiş direktorun sözlərinə görə, 2024-cü il sentyabrın 27-də şəhidlərin anım günü ilə əlaqədar ailələri ziyarət edərkən Füzuli rayon təhsil sektorunun əməkdaşları məktəbə gəlib və çəkiliş ediblər. Onun iş yerində olmadığını videogörüntülərlə sübut etmək istəyiblər: “Bu çəkilişə, bu şantaja görə mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdim. Çünki heç kimin ixtiyarı yoxdur ki, gəlib bu şəkildə məktəbdə çəkiliş eləsin, şantaj eləsin. Onlar dedilər ki, bizim çəkilişə icazəmiz var. Bununla bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu göndərildi”.

Bu məsələ Elm və Təhsil naziri Emin Əmrullayevə qədər gedib çıxıb. Mədinə Hallacova nazirin qəbulunda olub. Görüş zamanı “102”yə şikayət məsələsi də müzakirə olunub: “O zaman da ona fərqli formada çatdırmışdılar şikayət etməyimi. Ona bu addımımın səbəbini izah etdim. Bunlar baş verənləri öz istədikləri kimi çatdırırlar. Bilmirəm, kənardan necə görünür, amma çox obyektiv, hətta tənqidə də açıq insandır Emin müəllim. Sadəcə, imkan vermirlər ki, məsələlərdən hərtərəfli xəbər tutsun”.

Mədinə Hallacova qeyd edir ki, rəhbərlik etdiyi məktəbdə yağış yağarkən ciddi problemlər yaşanırdı, elektrik sistemində təhlükəli vəziyyət yaranırdı. Həm bunu, həm də məktəbdəki bir sıra başqa problemləri Facebook hesabından paylaşaraq ictimailəşdirib. Onun sözlərinə görə, bu paylaşımlarından sonra işdən çıxarılmasını qətiləşdiriblər: “Mən ADA-da ixtisasartırma təhsili alıram. Orada praktika günüm olmalıydı. Bir də əvvəldən 25 günlük məzuniyyətim qalmışdı. Elektron şəkildə Füzuli rayon təhsil sektoruna məktub göndərdim ki, sabah bu məsələ ilə əlaqədar Bakıya gedirəm. Təsəvvür edin, mənə problem yaradılsın deyə, təhsil sektorunun müdiri məzuniyyət götürür və mənim elektron ərizəmə baxmır. Axşam saat 10-da mənə zəng olundu ki, ərizə gərək əlbəəl verilsin. Dedim ki, eybi yox, sabah işçimə deyərəm, gətirib çatdırar. Çünki sabah mən ADA-da olmalıyam. Ertəsi gün mənə deyirlər ki, ərizəniz keçərsizdir. Akt tərtib edirlər ki, Mədinə Hallacova iş yerində yoxdur. Bu cür davranmaqda məqsəd sosial şəbəkələrdəki tənqidlərimə görə məni işdən çıxarmaq üçün zəmin yaratmaq idi”.

Mədinə Hallacova əlavə edib ki, baş verənlərlə əlaqədar Həmkarlar İttifaqına müraciət edib. Lakin onu qəbul etməyiblər. Daha sonra nazir Emin Əmrullayevin Qusarda görüşündə onun qəbuluna düşmək üçün şimal bölgəsinə yollanıb. Amma onunla görüşə bilməyib: “Biləndə ki, mən nazirin qəbuluna gedirəm, məhz həmin gün də yoxlama keçirib, yenidən akt tərtib ediblər”.

Qeyd edək ki, Mədinə Hallacovanın işdən çıxarılması barədə əmrdə yazılıb ki, o, “Facebook” hesabında ötən ilin sentyabrında, bu ilin mart və aprel aylarında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, eləcə də Qarabağ Regional Təhsil İdarəsinin fəaliyyəti barədə tənqidi fikirlər səsləndirib, narazılıqlarını geniş ictimaiyyətə açıq şəkildə çatdırıb. Bu isə əmrdə onun işdən çıxarılmasına əsas kimi göstərilib.

Bizimyol.info Mədinə Hallacovanın dediklərinə münasibət öyrənmək üçün onunla müqaviləyə xitam vermiş Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Bu qurumdan isə tövsiyə olunub ki, Qarabağ Regional Təhsil İdarəsindən münasibət bildirilsin. Lakin adıçəkilən qurumdan fikir öyrənmək cəhdlərimiz nəticəsiz qalıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib - "Ukraynanın qərbinə keçməyə çalışıblar..."
Bu gün, 07:14
Talıbovun aktivləşməsinin pərdəarxası - “Gizli mübarizəyə başlayıblar”
Bu gün, 07:12
Hakimiyyətin içində YEYƏN MİKİ... - DARAŞIBLAR DÖVLƏTİMİZİN BÜDCƏSİNƏ...
Bu gün, 07:05
Onu TƏFTİŞ EDİRLƏR? - belə deyirlər...
Bu gün, 06:53
Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı - GƏLİŞMƏ
Bu gün, 06:49
İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib - KİV
Bu gün, 06:44
"İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... - söhbəti təhlükəsiz etmək..."
Bu gün, 06:42
“Bank Respublika”da təhlükəli dinamika - TƏFƏRRÜAT
Bu gün, 06:14
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Bu gün, 06:11
NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR - İLGİNC İDDİALAR
Bu gün, 06:05
"Özümü yenidən kəşf etmişəm"
Bu gün, 05:58
Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI - qanun-manun hərləyənmi var?
Bu gün, 05:54
Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir - Deputatdan ETİRAZ
Bu gün, 05:49
Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ - Qiymət BAHALAŞACAQ?
Bu gün, 05:47
Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır - NƏ BAŞ VERİR?
Bu gün, 05:42
"SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:40
Vəzifədə əvəzedici olsa da... - ÖZBAŞINA QALIB...
Bu gün, 05:38
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu - Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar...
Bu gün, 05:22
Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb - "Fox News"
Bu gün, 05:05
Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19
Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17
Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Dünən, 16:01
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib
Dünən, 15:59
Pediatriya Mərkəzindən ayrılan sabiq direktor: - "İşlərimizi saymaqla bitməz"
Dünən, 15:45
Trampın səfəri: Zəngəzur uğrunda “müharibə” başlayır? – Amerikalı politoloq kartları açır
Dünən, 15:40
Xırdalanda məktəbli qıza qarşı cinayət: “Videoları yaydı, görüşə çağırdı” - TƏFƏRRÜAT
Dünən, 15:36
Sərhədləri sülh müqaviləsi AÇACAQ - AKTUAL
Dünən, 15:33
Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 15:30
Gömrük “brokeri” üçün lisenziya tələbinin ləğvi bazara necə təsir edəcək? – AÇIQLAMA
Dünən, 15:27
Parkinq cərimələri ilə bağlı çox ciddi şikayətlər var - Eyyub Hüseynov
Dünən, 15:26
Daimi yaşamaq üçün Azərbaycana ən çox hansı ölkələrdən gəliblər? - TƏFƏRRÜAT
Dünən, 15:14
Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru