Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? .....                     "Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil" .....                     Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... .....                     Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" .....                     Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub .....                     Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq .....                     Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib .....                     İlk tramvay Bakıya nə vaxt qayıdacaq? .....                     Dolu düşəcəyi ehtimalı var .....                     Yeni lizinq şirkəti təsis edildi .....                     Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək .....                     Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək .....                     Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb .....                     "Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" .....                     Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” .....                     Akif İslamzadə xəstəxanadan evə buraxılıb .....                     Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... .....                     “Normallaşma” İllüziyası .....                     Rəna Soltanovanın klinikasında qəfil yoxlama .....                     Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi .....                     Nazirdən bu quruma yeni təyinat .....                     Azərbaycanın ən uğursuz siyasətçisi .....                     Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi .....                     Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa .....                     AzTV Çingiz Əhmədova 15 min ödəyəcək .....                     Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu .....                     Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir .....                     “Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır .....                     Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib .....                     Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” .....                     Ekologiya nazirinin yeni birinci müavini kimdir? .....                     Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı .....                     İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb .....                     Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub .....                     AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... .....                     Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" .....                     Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ .....                     Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır .....                     Minimum əməkhaqqı nə zaman artırılacaq? .....                 

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Tarix: Bu gün, 12:58 | Çap et

Ermənistanda keçiriləcək 7 iyun parlament seçkiləri təkcə bu ölkədə yox, bütövlükdə regiondakı proseslərin inkişaf xəttini müəyyənləşdirəcək. Bir tərəfdə Nikol Paşinyan, digər tərəfdə Robert Köçəryan və Samvel Karapetyanın “çobanlıq” etmək uğrunda mübarizə apardığı revanşistlər: seçki proqramlarına istinadən onları şərti olaraq, “sülh” və “antisülh” cəbhəsi adlandırmaq olar. Bu cəbhələrin hansı sərfəlidir, yaxud kim qalib gələrsə, hadisələr necə inkişaf edə bilər?

Paşinyanın 7 iyundan sonra da Ermənistana rəhbərliyi davam etdirməsi regional sülh kontekstində Azərbaycanın maraqlarına uyğundur.

- Sülh gündəliyi davam etdiriləcək;

- Seçkidən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcək və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyadan imtina imkanı yaranacaq;

- Bakının tələbləri sırasında yer alan “mövcud konstitusiyanın dəyişdirilməsi” rellaşdıqdan sonra yekun sülh sazişi imzalanacaq;

- Regional kommunikasiyanın açılması çərçivəsində Zəngəzur dəhlizi işə düşəcək;

- Hətta Qərbi azərbaycanlıların sülh şəraitində doğma yurdlarına – Göyçəyə, Zəngəzura və digər ərazilərə qayıdışı da real görünür;

Bu gözləntilərin reallaşması – sülh prosesinin yekunlaşması Ermənistanın mövcudluğunun saxlanılması, cəmi 100 il öncə Azərbaycan torpaqları hesabına süni şəkildə yaradılmış bu dövlətin süqut etmək risklərindən xilas olması baxımından da əhəmiyyətlidir. Paşinyan bunu anladığı üçün sülhdə israr edir.

7 iyunda qutudan revanşistlər çıxarsa, nələr olacaq?

Köçəryan və Karapetyanın təmsil etdiyi antisülh cəbhəsi seçki proqramını qondarma “artsaxın dirildilməsi” üzərində qursalar da, Qarabağ məsələsinin tamamilə bağlanması fonunda Azərbaycana qarşı ərazi iddiaları üzərindən hansısa risklər yaratmaq imkanları görünmür. Qarabağ iddiası ritorik müstəvidə gündəmdə saxlanıla və regionda geosiyasi maraqlar toqquşmasında təzyiq xarakteri daşıya bilər. Hərçənd, Qarabağın ritorik olaraq gündəmdə saxlanılması da daxil olmaqla, revanşistlərin proqramı sülh prosesini baltayacaq. Hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanla “ədalətli sülh müqaviləsi” imzalayacaqları vədlərindən də yeni eskalasiyanın qoxusu gəlir. Və aydındır ki, onların “ədalətli müqavilə” anlayışı Bakı-İrəvan xəttində pillə-pillə ucaldılmış sülh pramidasının çöküşü deməkdir.

- Sülh gündəliyində yeni şərtlər irəli sürmələri prosesi tormozlayacaq;

- Yekun sülh sazişinin imzalanmasında əsas maneə olan mövcud konstitusiyanı dəyişdirməkdən, yaxud yenisinin qəbul edilməsindən imtina edəcəklər;

- Sərhədin delimitasiyası prosesini dayandıracaq, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək, ən yaxşı halda Naxçıvana maneəsiz keçid razılaşmasından imtina edəcəklər ki, bu da kommunikasiyanın bərpasını arxa plana keçirəcək.

Və bu situasiya təkcə Bakı-İrəvan xəttindəki sülh prosesini sıradan çıxarmayacaq, eyni zamanda, bölgədə yeni eskalasiya risklərini də artıracaq. Mümkün eskalasiya coğrafiyasının sərhəddə olacağı da sirr deyil.

Bütün bunların fonunda iyunun 7-də Paşinyanın məğlubiyyəti, revanşistlərin qələbəsi Azərbaycan üçün riskli görünür. Hərçənd, revanşistlərin qələbəsinin Azərbaycanın qarşısında yeni imkanlar aça biləcəyi məqamı da kənara atılmamalıdır. Rəsmi Bakının Ermənistan seçkilərində Paşinyanın “taxtdan salınması” ssenarisinə də hazırlıq olduğu istisna deyil. Əliyevin Zəngilanda verdiyi mesajlar bu kontekstdə təsadüfi deyildi:

- “Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”.

- “Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.

Prezidentin bu sözləri Ermənistan cəmiyyətinə mesaj xarakteri daşımaqla yanaşı, Azərbaycan rəhbərliyinin hadisələrin inkişafına adekvat ssenariyə malik olduğuna da əminlik yaradır. Əliyev məhz hadisələrin mümkün inkişafına istinadən revanşistlərin seçkidə qalib gələcəyi təqdirdə “Ermənistan xalqının başının dərddə olacağı” mesajını verirdi.

Birincisi, revanşistlərin rəhbərlik edəcəyi Ermənistanın tərəfdaş siyahısında ABŞ və Avropa İttifaqını Ukrayna bataqlığından çıxa bilməyən Rusiya və son müharibədə “yarımcan” olan İran əvəzləyəcək: Vaşinqton üçün kapital qoyduğu Zəngəzur dəhlizinin, ümumilikdə sülh prosesinin sual altına düşməsi arzuolunmazdır, Brüssel isə İrəvan üzərindən həyata keçirdiyi regional siyasətinə risklərin yaranmasını qəbul etməyəcək;

İkincisi, sülh piramidasının dağılması Ermənistanı yenidən “dalan ölkə” qaranlığına qaytarmaqla yanaşı, yeni esakalasiya risklərini də aktuallaşdıracaq və revanşistlərin üfüqdə aydın görünən təhdidlərinə qarşı Azərbaycanın güc tətbiqi ilə cavabı qaçılmaz ola bilər: 2020-ci ildə torpaqlarımızın azad edilməsi naminə baş verən müharibənin bu dəfə “sülh uğrunda müharibə”yə çevrilməsi mümkündür;

“Sülh uğruna müharibə” romanının müəllifi Vulfun deyimi ilə yanaşsaq, “yeni nizamın qurulması üçün təxirəsalınmaz səylər lazımdır”. Cənubi Qafqazda da sülhə əsaslanan yeni nizamın qurulması/qurman istəyi buna qarşı bütün mümkün risklərlə mübarizədə təxirəsalınmaz səylər tələb edir.

“Sülh uğruna müharibə” ssenarisi Azərbaycana diplomatik masada əldə etmək istədiklərinə hərbi müstəvidə nail olmaq imkanları yaradır.

1. Zəngəzur dəhlizi – Ermənistanın Naxçıvana “maneəsiz keçid” öhdəliyi güc yolu ilə təmin edilir;

2. Göyçə gölünün şərq hissəsinə nəzarət imkanları praktiki müstəvidə gerçəkləşdirilir: Bala Göyçəyə nəzarət edən Ordumuzun üstün coğrafi mövqeləri hədəfin olduqca asan olduğunu deməyə əsas verir;

3. Hadisələrin inkişafı XX əsrin əvvəlində ermənilərə verilən tarixi torpaqlarımızda ədalətin bərpa edilməsi – Ermənistanın cənubuna nəzarətin təmin edilməsi perspektivlərini də yaradır.

Bu ssenaridə ABŞ və AB-nin sülhü təmin edən Azərbaycanın cəbhəsində yer alması gözləntisi daha böyükdür.

Və belə görünür ki, Köçəryanın, yaxud Karapetyanın – revanşistlərin 7 iyun seçkilərində qalib gəlməsi Azərbaycan üçün arzuolunmazdan daha çox, yeni imkanlar açan ssenaridir. Hətta daha unikal ssenari olduğunu da demək mümkündür.

Müəllif: Asif Nərimanlı - "DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Bu gün, 13:17
"Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Bu gün, 13:15
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Bu gün, 13:12
Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Bu gün, 13:03
Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Bu gün, 12:59
Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Bu gün, 12:58
Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Bu gün, 12:53
İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Bu gün, 12:51
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:36
Yeni lizinq şirkəti təsis edildi
Bu gün, 12:20
Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
Bu gün, 12:18
Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək
Bu gün, 12:14
Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:08
"Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" - Rövşən Nəcəfə HAQLI SUALLAR...
Bu gün, 12:07
Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” - NƏ BAŞ VERİR?
Bu gün, 11:56
Akif İslamzadə xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 11:39
Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... - İNCƏLƏMƏ
Bu gün, 11:36
“Normallaşma” İllüziyası - Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır
Bu gün, 11:32
Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi - YENİ RƏİS İSƏ...
Bu gün, 11:22
Nazirdən bu quruma yeni təyinat - ƏMR
Bu gün, 11:18
Azərbaycanın ən uğursuz siyasətçisi - Saffari yazır...
Bu gün, 11:14
Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Bu gün, 11:03
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi - İnam Kərimova MÜRACİƏT
Bu gün, 11:01
Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa rekord məbləğdə pul xərclədi...
Bu gün, 10:55
AzTV Çingiz Əhmədova 15 min ödəyəcək - BUNA GÖRƏ...
Bu gün, 10:53
Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu – MƏHKƏMƏ
Bu gün, 10:50
Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir - ƏZİZ ƏLƏKBƏRLİYƏ ETİRAZ
Bu gün, 10:46
“Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır - TƏFƏRRÜAT
Bu gün, 10:44
Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib
Bu gün, 10:43
Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” - İTTİHAM VAR...
Bu gün, 10:41
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bu gün, 10:34
Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı - KİV
Bu gün, 10:29
İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 10:25
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:21
AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 10:18
Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" - Formula sadədir
Bu gün, 10:10
Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ - TƏFƏRRÜAT
Bu gün, 10:06
Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır - Babayan
Bu gün, 10:01
Minimum əməkhaqqı nə zaman artırılacaq? - AÇIQLAMA
Bu gün, 09:59
"Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
Bu gün, 09:03
“Brent” neftinin qiyməti 106 dolları ötüb
Bu gün, 08:59
“Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü
Bu gün, 08:35
AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb - KİV
Bu gün, 08:32
Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: - hissələrə ayrılacaq…
Bu gün, 08:31
Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... - "Bu pisliyi niyə etdiniz?.."
Bu gün, 08:27
Paşinyan bizə ona görə lazımdır ki... - AKTUAL
Bu gün, 07:54
Bir həkimdən DAHA ÖTƏSİ... - REAKSİYA
Bu gün, 07:49
Neçə gündür ki, içməli su küçəyə axıdılır... - ETİRAZ VAR!
Bu gün, 07:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru