Naxçıvanlılar sual edir: "Etimada niyə xəyanət etdiniz.?!"
"Prezident İlham Əliyevin son illərdə böyük etimadla Naxçıvana rəhbər göndərdiyi şəxslər üçün bu faktın çox təsirli olacağını və olmalı olduğunu düşündüm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Aydın Quliyev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Vasif Talıbovun Ali Məclis sədrliyindən getdiyi dekabr 2022-ci il tarixi Naxçıvan MR üçün rəsmi qeydə alınmış işsizlərin sayca ən az olduğu il oldu: cəmi 190 nəfər...
2025-ci ildə bu rəqəm 14504 nəfər olub, 76 dəfə artıb...Təəssüf... Bunlar rəsmi dövlət statistikasıdır...
Demək istəmirəm ki, Vasif Talıbov necə edirdi; İçsizlərin hamısının rəsmi qeydə alınmasına imkan vermirdi, ya həqiqətən insanları işlə təmin edirdi... Bunu Naxçıvan camaatı desə, daha yaxşı olar...
Ancaq 2022-ci ildən bu yana Naxçıvana böyük etimadla göndərilmiş bütün gənc kadrların hazırkı tənəzzüldə payı və məsuliyyəti var...
Naxçıvana bu pisliyi niyə etdiniz? Mahiyyətində etimada xəyanət dayanan bu sualın cavabını onlardan Prezident də soruşacaq, Naxçıvanlılar da..."








