AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Ermənistan öz qurduğu torda hörümçək kimi çabalayır... - TƏHLİL
Tarix: 20-06-2014, 13:30 | Çap et
Ermənistan öz qurduğu torda hörümçək kimi çabalayır...
Siz heç özü qurduğu tora düşüb çabalayan hörümçək görmüsünüzmü? Təbiətin yaratdığı bu varlıq özünə yem ovlamaq üçün tor qurur. Ancaq hərdən başı tor qurmağa o qədər qarışır ki, özü də həmin tora düşür və çıxa bilmir...

Ermənistan prezident Serj Sərkisyanın ölkəsini vaxtilə qurduğu tordan - Azərbaycan ərazilərini işğal etməsi nəticəsində düşdüyü dəmiryol blokadasından çıxarmaq üçün göstərdiyi son çarəsiz cəhdlər də bu mənzərəni xatırladır.

Virtualaz.org saytı xəbər verir ki, Serj Sərkisyan iki gün əvvəl Gürcüstana etdiyi rəsmi səfərdə Ermənistanın düşdüyü dəmiryol blokadasından çıxması imkanlarına dair müzakirələr aparıb. Söhbət Gürcüstanın separatçı Abxaziya bölgəsindən keçən və Ermənistanı Rusiyaya birləşdirən, 23 ilə yaxındır bağlı olan dəmir yolunun açılması perspektivlərindən gedir.

Sərkisyan “Rustavi-2” telekanalına müsahibəsində deyib ki, Ermənistan bu dəmir yolunun açılmasını istəyir, ancaq bu istiqamətdə hələ “ciddi danışıqlar” aparılmır.

“Ciddi danışıqlar getmir, ancaq biz istərdik ki, bu yol açılsın. Bu, bizim üçün həyati əhəmiyyət kəsb edir. Ancaq dəmir yolunun açılması təkcə Ermənistandan və Rusiyadan deyil, digər tərəflərdən də asılıdır. Ona görə də biz bu istiqamətdə fəal iş aparırıq” - deyə Sərkisyan bildirib.

Ermənistan dövlət başçısı “digər tərəflər” dedikdə şübhəsiz ki, Azərbaycanı da nəzərdə tutur. Hətta Gürcüstan Rusiyanın faktiki nəzarəti altında olan Abxaziyadan keçən dəmiryolunun açılmasına razı olsa da (“Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlişindən sonra Tiflisdə belə təkliflər eşidilirdi-müəl.) Azərbaycanın razılığı olmadan, Qarabağ münaqişəsi həll edilmədən bu mümkün olmayacaq. Ermənistanda da nəzərə alırlar ki, Gürcüstan Azərbaycandan nə dərəcədə asılıdır və istənilən hakim koalisiya, istənilən president və hökumət onun maraqlarına təhlükə yaradan addıma getməyə risk etməzdi.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi naziri Paata Zakareişvili də deyir ki, Abxaziyadan keçən yolun açılması konkret müzakirə predmeti deyil. Buna baxmayaraq gələcəkdə məsələ Rusiya ilə Gürcüstan arasında danışıqlar predmeti ola bilər.

Zakareişvili bu şərhlə “Rusiya Dəmiryolları” QSC-nin rəhbəri Vladimir Yakuninin bəyanatına cavab olaraq çıxış edib. Yakuninin sözlərinə görə, diqqəti “Abxaziya və Gürcüstandan Ermənistana gedən dəmir yol əlaqəsinin bərpasına yönəltməyin vaxtıdır”.

Ermənistanın dəmiryolları şəbəkəsi “Rusiya Dəmiryolları”nın mülkiyyətindədir. Ancaq xarici iki çıxış istiqamətinin hər ikisi bağlı olan dəmiryollarından nə qazanmaq olar?

Vladimir Yakunin

Bu baxımdan Rusiya həm Ermənistan dəmiryolları şəbəkəsindən gəlir götürmək, həm də regiondakı forpostu ilə birbaşa dəmiryol əlaqəsini bərpa etmək üçün Abxaziyadan keçən dəmiryolunun açılmasında maraqlıdır.

Hərçənd ki, “İnternational Alert” təşkilatının hesablamalarına görə, 1991-ci ildən bağlı olan Abxaziya dəmiryolunun bərpası üçün 280 milyon dollar yaxın vəsait tələb olunur. Bu vəsaiti ən yaxşı halda 100 ildən sonra qaytarmaq mümkün ola bilər.

Ermənistanın dəmiryol blokadasından çıxarılması imkanları Vladimir Yakuninin İrəvana bugünkü səfərində də əsas mövzudur. Abxaziyadan keçən dəmiryolunun açılması hələlik real olmadığına görə Ermənistan İran dəmiryolları vasitəsilə blokadadan çıxmağa çalışır. Neçə vaxtdır ki, İran dəmiryollarının Ermənistana birləşdirilməsi layihəsi müzakirə olunur, tərəflər arasında razılaşma var. Ancaq tikinti işlərinin nə vaxt başlayacağı məlum deyil.

Erməni KİV-lərinin xəbərlərinə görə, Yakunin İrəvanda prezident Sərkisyan və digər rəsmilərlə danışıqlar aparıb.

S.Sərkisyan maraqlanıb ki, İran-Ermənistan dəmiryolunun tikintisi nə vaxt başlaya bilər.

“İran-Ermənistan dəmiryolunun tikintisi olduqca aktualdır. Bu sualı bizə Ermənistan prezidenti də verdi. Lakin bu məsələ təkcə dəmiryol nəqliyyatının səlahiyyətləri çərçivəsində deyil, söhbət məsələnin siyasi həllinin tapılmasından gedir. Görünən odur ki, biz indi Abxaziyadan keçən dəmiryolunun açılması məsələsinə də köklənməliyik” - deyə Yakunin bildirib.

Rusiya dəmiryollarının rəhbərinin bildirdiyinə görə, hazırda İran tərəfinin təklifi ilə Qəzvin-Rəşt-Astara (Azərbaycan) dəmiryolunun tikintisinin başa çatdırılması məsələsi müzakirə olunur. Bu, “Şimal-Cənub” dəmiryol dəhlizinin bir hissəsidir.

Yakuninin sözlərinə görə, İran ərazisində tikinti işləri praktiki olaraq yekunlaşıb və Rusiya ilə İran arasında ikitərəfli müqavilənin imzalanması təklif olunur.

Beləliklə, hazırda Rusiya Azərbaycan üzərindən İrana dəmiryol dəhlizinin açılmasında daha çox maraqlıdır, Ermənistan-İran dəmiryolunun tikintisi isə cəlbedici deyil. Çünki Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsindən sonra Azərbaycan Avropa ilə Asiyanı birləşdirəcək dəhlizə çevriləcək. Qəzvin-Rəşt-Astara (Azərbaycan) dəmiryolunun tikintisinin başa çatması isə eyni vaxtda Rusiya və İrana imkan verəcək ki, bu dəhlizdən istifadə etsinlər.

Ermənistan dəmiryollarının İrana birləşdirilməsi isə Rusiya üçün maraq kəsb etmir. Axı Ermənistanı Rusiya ilə birləşdirən Abxaziya dəmiryolu və Ermənistandan Türkiyə istiqamətinə dəmiryolu bağlı olduğu halda bu layihə Moskva üçün nə iqtisadi, nə siyasi baxımdan sərf etmir. Ermənistan İran dəmiryolları şəbəkəsi üzərindən xarici aləmə çıxış imkanı əldə etsə, bu yalnız Rusiyanın Ermənistana təsir imkanlarının zəifləməsinə xidmət edəcək.

Məhz buna görə Yakunin Sərkisyanın nəzərinə çatdırır ki, Ermənistan ancaq Abxaziya dəmiryolunun açılmasına, beləliklə də xarici aləmə Rusiya üzərindən çıxmağa ümid edə bilərdi.

Yeri gəlmişkən, Yakunin İrəvanda jurnalistlərə onu da deyib ki, Ermənistan dəmiryolları infrastrukturu Türkiyə istiqamətində hərəkətin bərpa edilməsinə tam hazırdır. Lakin Qars-Gümrü dəmiryolunun açılması ancaq iki ölkə arasında sərhədlərin açılmasına dair siyasi razılaşmanın əldə olunması halında mümkün ola bilərdi.

Yakunin deyib ki, Ermənistanda səfərdə olan türkiyəli biznesmenlər də dəmiryolunun açılması üçün texniki hazırlıqların tamamlandığına əmin olublar. Ermənistan dəmiryolları Türkiyə dəmiryollarından enlidir, ancaq bu texniki problemi vaxt itirmədən təkərlərin dəyişdirilməsi yolu ilə həll etmək olar.

Təbii ki, Ermənistanda Qars-Gümrü dəmiryolunun açılmasına hazırlıqları başa çatdıra bilərlər. Ancaq Sürix protokollarının aqibəti sübut etdi ki, Azərbaycanın razılığı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Ermənistanın işğal altındakı ərazilərdən çəkilməsi baş vermədən Türkiyədə heç bir “erməni açılımı” bu yolun açılmasına kifayət etməyəcək.

Belə olan halda Ermənistanın iki yolu qalır: ya Qarabağ münaqişəsinin nizamlanmasında kompromisə gedib işğal altındakı Azərbaycan ərazilərinin boşaldılmasına razılaşmaq, ya da öz qurduğu torda çabalamaq. Hörümçək kimi...

Fərhad Məmmədov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Dünən, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru