Azərbaycan Albaniyanı qazlaşdırır. Bəs Kosovonu necə?
Tarix: 19-06-2014, 14:55 | Çap et
 Azərbaycan Dövlət Neft Şirkəti Albaniyanın qazlaşdırılması planının hazırlanması üçün “Western Balkan İnvestment Framework” şirkətinə 1,1 milyon avro verib.
Virtualaz.org saytı bu barədə Balkan mənbələrinə istinadən xəbər verir.
Xəbərə görə, Albaniyanın qazlaşdırılması layihəsinin hazırlanmasına Transadriatik Qaz Kəməri (TAP) layihəsinin idarə heyəti də dəstək verir.
Qeyd edək ki, Albaniyada qaz kəmərləri şəbəkəsi yoxdur və bu kasıb Balkan ölkəsi Azərbaycan qazının TAP kəməri vasitəsilə Avropaya nəqlinə ölkəni qazlaşdırmaq şansı kimi baxır.
TAP kəməri ilə nəql olunacaq Azərbaycan qazının bir hissəsinin Albaniyaya satılması məsələsi çoxdandır gündəmdədir. Ancaq bu məsələ ətrafında mübahisələr var. Belə ki, Albaniya ilə yanaşı Qərbin Balkanlarda yaratdığı, Azərbaycanın tanımadığı dövlət - Kosovo da qazsızdır və bu ərazidə etnik albanlar yaşayır. Ona görə də Albaniya qazlaşdırma layihəsinə Kosovonu da daxil etməyə çalışır.
Bu ilin fevralında Albaniyada keçmiş və indiki baş nazirlər məsələ ətrafında polemikaya girərək bir-birlərini ittiham etmişdilər. Belə ki, keçmiş alban baş naziri Sali Berişa Albaniyanın TAP layihəsində iştirakına dair razılaşma imzalayanda çoxları bunun ölkəyə son 20 ildə ən iri investisiya yatırımına səbəb olacağını gözləyirdi. Çünki TAP layihəsi çərçivəsində Albaniyaya 1 milyard dollar investisiya yatırmaq planlaşdırılırdı.
TAP kəməri Azərbaycan qazını Türkiyənin Yunanıstanla sərhədində qəbul edib Albaniyaya, oradan isə Adriatik dənizinin dibi ilə İtaliyanın cənubuna çıxarmalıdır.
Edi Rama
Lakin Albaniyanın indiki baş naziri Edi Rama sələfi Sali Berişanı ittiham edir ki, o, TAP kəmərinin tikintisini ölkənin qazlaşdırılması ilə bağlaya bilməyib. Belə ki, Albaniyanın özünün təbii qazpaylayıcı şəbəkəsi yoxdur. Hətta son illər tikilmiş çoxmərtəbəli binalarda belə qaz yoxdur və ölkədə istiliyə olan tələbat əsasən elektrikin hesabına ödənilir.
Albaniya hökuməti çalışırdı ki, TAP kəmərinin çəkilməsi ilə yanaşı ölkənin qazlaşdırılmasını da həll etsin. Albaniyanın qazlaşdırılması layihəsinin ARDNŞ-ə veriləcəyinə dair xəbərlər də yayılmışdı.
Baş nazir E.Rama deyir ki, onun sələfi Bakını TAP-la bağlı sərfəli razılaşmaya inandıra bilməyib. Nəticədə Albaniya digər iştirakçı ölkələr kimi layihədə payçı kimi yer ala bilməyib, keçmiş hökumət ölkənin qazlaşdırılması üçün heç nə etməyib.
Sali Berişa isə xələfini ittiham edərək deyir ki, TAP layihəsinin məqsədi Azərbaycan qazını İtaliyaya nəql etməkdir və Albaniyanın qazlaşdırılmasını bu layihəyə bağlamaq mümkün deyil.
S.Berişa həmçinin deyir ki, Azərbaycan rəsmi olaraq Albaniyanın TAP-da payçı kimi yer almasına razı ola bilməzdi: “Azərbaycan Albaniyaya və Kosovoya dost ölkədir. Lakin hamı bilir ki, bu ölkənin Dağlıq Qarabağ problemi var və bu problemə görə Azərbaycan Kosovonun müstəqilliyini tanıyıb onu layihəyə daxil edə bilməz”.
Balkan mediası sual edir: belə vəziyyətdə Balkanlarda Kosovo adında müstəqil dövlətin yaradılması layihəsinin müəllifləri olan Vaşinqton və Brüssel necə hərəkət edəcək? Onlar öz “sevimli övladlarının” TAP-a qoşulması üçün Bakıya təzyiq göstərəcəklərmi?
Lakin indi məlum olur ki, ARDNŞ Albaniyanın qazlaşdırılması layihəsini üzərinə götürməyə hazırdır və layihənin işlənib hazırlanması üçün artıq 1,1 milyon avro vəsait də ayırıb. Bununla belə layihənin Kosovonu da əhatə edib-etməyəcəyi məlum deyil.
ARDNŞ-in Albaniyada qazpaylayıcı kəmərlər sistemini çəkməsi kommersiya baxımından sərfəlidir. Çünki şirkət bu ölkəyə Azərbaycan qazının satışında və parakəndə satışında söz sahibi olacaq. Ancaq digər tərəfdən, qazlaşdırma Kosovonu da əhatə etsə, bu məsələ siyasi baxımdan ciddi qalmaqal yaradardı.
P.S. ARDNŞ-in Albaniyanı qazlaşdırmaq planını cızmaqda olduğu bir vaxtda Azərbaycanın özündə qaz üzünə həsrət qalan rayonlar və yaşayış məntəqələri kifayət qədərdir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21 |
|
|
|
| • Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19 |
|
|
|
| • Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17 |
|
|
|
| • Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14 |
|
|
|
| • Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12 |
|
|
|
| • Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12 |
|
|
|
| • Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08 |
|
|
|
| • Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52 |
|
|
|
| • "Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37 |
|
|
|
| • Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48 |
|
|
|
| • ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Dünən, 05:42 |
|
|
|
|