“Aktrisa yox, amma məndən yaxşı vəkil çıxardı”.
Bunu tanınmış aparıcı Aytəkin Mərdanova Yenicag.az-a açıqlamasında deyib.
O, “Bu gün bir çox həmkarlarınız film və seriallara çəkilir, siz özünüzü aktrisa kimi sınamağı düşünürsünüzmü?” sualını cavablandırarkən maraqlı məqamlara toxunub.
Aytəkin Mərdanova bildirib ki, ondan aktrisa deyil, mükəmməl vəkil çıxardı:
“Heç vaxt özümü aktrisa kimi sınamaq ağlıma gəlməyib. Düzünü deyim ki, buna heç vaxtım da yoxdur. Çünki həftənin beş günü canlı yayımdayam, üstəlik “Evdəkilərə salam” verilişinin aparıcısıyam. Yəni istəsəm də, o çəkilişlərə vaxt ayıra bilmərəm. Filmə yaxud seriala çəkilmək böyük vaxt və enerji tələb edir. Amma bu sahədə özünü sınayan həmkarlarımı alqışlayıram. Onların yaratdığı obrazlar çox uğurlu alınır və tamaşaçılar tərəfindən də maraqla qarşılanır.
Düşünürəm ki, məndən aktrisa yox, mükəmməl vəkil çıxardı. Bu da doğulduğum Tərəzi bürcündən irəli gəlir. Tərəzilər ədalət, tarazlıq və harmoniya simvoludur. Qərar qəbul edərkən hər iki tərəfi dinləyir, emosiyalara qapılmadan balansı saxlamağa çalışırlar. Mən də hər zaman haqq-ədalət tərəfdarıyam. Vəkil olsaydım, sonuna qədər ədaləti müdafiə edərdim. Amma arzuladığım peşə hər zaman jurnalistika olub və mən məhz bu sahəni seçmişəm”.










