“Təzadlar”ın ötən sayında Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılaraq araşdırma aparılması, həmçinin “Aqrolizinq” ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri Cavanşir Qurbanovun həbsi, neçə gün əvvəl isə bu cinayət işinin artıq məhkəməyə göndərilməsini yazmışdıq... Bütövlükdə indiyədək “Aqrolizinq”lə bağlı redaksiyamıza bu qurumdan daxil olan və həmin faktlar, məlumatlarla bağlı apardığımız araşdırmalar sübut edirdi ki, qurumun vəzifəli şəxsləri, bu sırada təbii ki, keçmiş direktor Əli Bayramov, səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmuş, Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmiş, büdcə öhdəliklərini icra etməmiş, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermişlər. Nəticədə fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılmışdır və iş üzrə istintaq hərəkətləri davam etdirilir...
Satınalmalar üzrə Dövlət
Agentliyindən gizlədilən vəsaitlər...
Ən maraqlısı budur ki, apardığımız araşdırmalarla olduqca ciddi faktlar öz təsdiqini tapmışdır. Məsələn, məlum olurdu ki, “Aqrolizinq” ASC-dən tenderə verilən sənədləşmələrlə faktiki büdcədən ayrılan vəsaitlərin həcmi arasındakı böyük fərq var. Belə ki, 2013-cü il üzrə “Aqrolizinq”in tenderdən keçən məbləği (rəsmi məlumatdır) 44.818.713 manatdırsa, büdcədən ayrılan vəsait 50 min manatdan çox olmuşdur. Fərq 5 milyon manatdan çoxdur.
“Aqrolizinq” ASC 2012-ci ildə adı
məlum, fəaliyyəti naməlum MMC-lərə
on milyonları necə etibar edirmiş?
Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı “Aqrolizinq” ASC-yə Prezidentin Ehtiyat Fondundan 15 milyon manat vəsait ayrıldı... Üstə gəl, bu ilin dövlət büdcəsindən “Aqrolizinq”ə 35 milyon manat pul ayrılıb... Bəs bu pullar tenderdən necə keçib? Kimlər qalib elan olunub?
“Təzadlar”ın Araşdırma Qrupu 2012-ci il üzrə də Satınalmalar üzrə Dövlət Agentliyindən keçən büdcə pullarının taleyini araşdırıb. Aşağıda bəzi şərh və əlavələrlə təqdim edirik:
Beləliklə, məlum olur ki, 2012-ci ildə (2013-cü il ötən yazılarda dərc olunub) Qazax və Astara rayonlarında ASC-nin filiallarının tiintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması “Esr İnşaat” adlı MMC-yə həvalə olunub və 40300 manatğ pul verilib. Bu arada diqqətimizi bir MMC cəlb edir. “Aqrolizinq” ASC-dən bizə verilən məlumatda inansaq, keçmiş sədr Əli Bayramova məxsus olan “Saday-Arzu” adlı bir MMC qurumun xətti ilə alınmış bütün xarici-cins inəklərin otunu təmin edən yeganə qurumdur. Bu MMC ötən bütün dövrlərdə bu işi həyata keçirib. Məsələn, araşdırdığımız və təqdim etdiyimiz 2012-ci ildə də bu MMC bir neçə dəfə tenderdə məhz qalib olur. Məsələn, bir epizod üzrə 46370 manat, başqa bir tenderdə yenə də cins damazlıq qaramal üçün yemin satın alınmasında qalib elan edilərək yenidən 48350 manat pul alır. Və təsəvvür edin ki, bu MMC 2012-ci ildə keçirilən tenderdə ardıcıl əlavə olaraq cins inəklərin yeminin alınmasında belə bir uduşun qalibi olur: 46370, 48350, 48680, 8400, 27800, 36400, 25450, 44220 manat! Cəmi: 285 min 670 manat!!!
“Aqrolizinq”də
“Xəzər Sənaye
İnşaat” MMC ərköyünlüyü!
“Xəzər Sənaye İnşaat” MMC-nin adına tenderdə çox rast gəlmək mümkündür. Bu şirkətin keçmiş direktor Əli Bayramovun müavinlərindən birinin himayəsində olduğu bildirilir. Məsələ ondadır ki, bu MMC-nin adını internetin axtarış sistemində, həmçinin Vergilər Nazirliyinin, Ədliyyə Nazirliyinin saytında aradıq, amma müəmmalı məlumatlar əldə etdik. Ən vacibi, tenderdə o boyda milyonlara sahib olan MMC-nin fəaliyyət sahəsinini əhatə edən hansısa bir məlumata rast gələ bilmədik. Ümumiyyətlə, Satınalmalar üzrə dövlət Agentliyinə sənəd verən MMC-lərin demək olar ki, hamısı belədir.
Beləliklə, “Xəzər Sənaye İnşaat” MMC 2012-ci ildə əvvəlcə Balakən, Şabran və Lənkəran rayon Aqroservis filiallarının tikinti işlərini satın alır və 2 milyon 539 min 997,76 manatın, sonra Quba, Qobustan və Siyəzən rayon aqroservis filiallarının tikinti işlərini satın alır və bu dəfə 2 milyon 833 min 452,08 manatın, ardınca isə Beyləqan, Ağsu, Zərdab və Tovuz rayon aqroservis filiallarının tikinti işlərini satın alır və bu dəfə isə 3 milyon 396 min 463,03 manatın qalibi olur. Cəmi: 8 milyon 769 min 913 manat! Təsəvvür edirsinizmi, büdcənin təxminən 9 milyonluq vəsaiti etibar edilmiş bir MMC-nin barəsində internetdə hansısa bir sayt, fəaliyyət proqramı və s. yoxdur. Niyə? Ümumiyyətlə, niyə Satınalmalar üzrə Dövlət Agentliyi tenderə sənəd verilərkən bu MMC-lərin keçmişini və ya mövcud durumunu dərindən araşdırmır???
“Aqolizinq”də “Bioline
Consulting” LTD müəmması
Ötən yazıların birində də demişdik, “Bioline Consulting” LTD firması Azərbaycana hər il on milyon manatlarla azot gübrəsi gətirən və tender qalibi olandır. Hər il belədir. Biz bu MMC-nin barəsində neçənci dəfədir ki, internetin müasir axtarış imkanlarından istifadə etməyə çalışırıq. Dünən yenidən bu firmanın kimliyi ilə maraqlandıq. Elektron bazadakı rus dilində olan məlumatın birində oxuyuruq: “”Bioline Consulting” LTD Azərbaycanda yerləşir, Rusiyaya heç bir məhsul (gübrə) göndərməmişdir” və s. Yəni Rusiya bu firma ilə heç bir əməkdaşlıq etmir. Eyni məlumat Gürcüstana və Qazaxıstana, həmçinin Moldovaya da aiddir. Amma Azərbaycanla əməkdaşlığı baş tutur!
Nəhayət, firma haqqında aşağıdakı məlumatlar əldə etdik: “2009-cu ildə yaradılıb və Vaşinqtonda təsis edilmişdir, Şirkət 78000 dollarlıq illik gəlirlə malikdir, 1 işçisi var”.
Başqa bir məlumat bazasında isə şirkətin belə bir ünvanı göstərilirdi: “Bioline Consulting Inc, 16608 NE 97th Street, Redmond, WA 98052 - 3165, Telefon: (425) 881-2928”. Vəssalam! Amma hesab edirik ki, Azərbaycanda belə fəaliyyəti aidiyyəti dövlət qurumlarına şəffaf olmayan, lakin “Aqrolizinq”də kiminsə xeyir-duası ilə hər il, bu sırada bəhs etdiyimiz 2012-ci ildə azot (NH2NO3) gübrəsinin satın alınması üzrə keçirilən tenderdə qalib elan edilən “Bioline Consulting” LTD 11 milyon 085 min 420 manata sahib olur. Bu da bəs etmir, başqa bir tenderdə isə yenidən 5000 ton Azot (NH4NO3) gübrəsinin satın alınması bu MMC-yə etibar olunur. Bu dəfə isə “Bioline Consulting” LTD 1 milyon 828 min 147,5 manatlıq tenderin qalibi olur!
Tenderdə kimlər uddu,
nələr uduldu???
Beləliklə, 2012-ci ildə “Aqrolizinq”in keçdiyi tenderin nəticələrinə diqqə edin:
-Ət məhsullarını emal və təkrar emal edən avadanlıqların satın alınması, “Nordland Development” LLP, 1 milyon 560 min manat;
-3.0 mln. klk gücündə qaz və dizellə işləyən odluğun satın alınması, “İnvestment Group” MMC, 31550 manat;
-Şamaxı və Qax rayon Aqroservis filialının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması, “Ayan.A Yaradıcılıq İstehsalat” MMC, 40400 manat;
-1 dəst pnevmatik çay çeşidləyici və avtomatik paketləmə avadanlıqlarının satın alınması, “Cəlil” MMC, 45645 manat;
-Quba, Qobustan, Siyəzən, Ağsu, Beyləqan, Zərdab, Tovuz, Balakən, Şabran və Lənkəran rayon Aqroservis filiallarında olan təmir emalatxanaları üçün avadanlıqların satın alınması, “İnnuendo S.A.”, 1 milyon 230 min 089,75 manat;
-17 ədəd 5 gövdəli kotanın satın alınması”Rimls” LTD, 48980,2 manat;
-Şəmkir rayonunun Qapanlı kəndində quraşdırılmış 2 ha istixananın qazla təchizatı məqsədi ilə 9 km uzunluğunda qaz-boru kəmərinin çəkilişi və lazımi cihazların quraşdırılması işlərinin satın alınması, “Yunikom” MMC, 354 min manat;
-1-1,5 ton/saat məhsuldarlığı olan toxumtəmizləyən (dərmanlama ilə) və 1 ədəd DN 50 RVG G10ST qaz ölçmə cihazının satın alınması”Rimls” LTD, 49230 manat;
-Kənd təsərrüfatı texnikasının satın alınması “Rimls” LTD, 49200 manat;
-24 ədəd yerqazan ekskavatorun satın alınması”Ondlen Trade” LTD, 1 milyon 081 min manat;
-Sahəsi 2 ha olan istixana avadanlığının və quraşdırılmasının satın alınması”A-İnvestment” MMC, 2 milyon 200 min manat;
-Ölçüləri 100x120x15 sm olan taxta paddonların satın alınması”Bakı-Şərab-1” ATSC, 45140 manat;
-Heyvandarlıq kompleksi üçün avadanlıqların və onların quraşdırılması işlərinin satın alınması, “Rimls” LTD, 155 min 313,6 manat;
-Cins damazlıq heyvanların və avtomobil nəqliyyatının (icbari) sığortalanması xidmətlərinin satın alınması, “Alfa Sığorta” ASC, 223 min 953,84 manat;
-Şəmkir rayonunda 500 ton tutumu olan soyuducu kamera üçün avadanlıqların və onların quraşdırılması işlərinin satın alınması”Bermtech” LTD, 320 min 752,45 manat;
-Abşeron rayonunda sutkada 60 ton quş əti emalı avadanlıqlarının satın alınması, “Keyinvest Build” LLP, 363 min 528 manat;
-Qəbələ rayonunda hər birinin tutumu 57400 yumurta olan 4 ədəd inqubator kompleksinin və 2000 baş/saat məhsuldarlığı olan kəsim xətti avadanlıqlarının və onların quraşdırılması işlərinin satın alınması, “Keyinvest Build” LLP, 1 milyon 137 min 240 manat;
-2 ha sahəsi olan istixana avadanlıqlarının və quraşdırılması işlərinin satın alınması, “A-İnvestment” MMC, 2 milyon 200 min manat;
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və mülki müdafiə vəsaitlərinin satınalınması, “Şaxtaxtı Mərmər” MMC, 27244 manat;
-Xızı rayonunda 3000 ton tutumu olan soyuducu kamera avadanlıqlarının və onların quraşdırılması işlərinin satın alınması, “Gran Electric A.S.”, 860 min manat;
-Bərdə rayonunda heyvandarlıq kompleksi üçün avadanlıqların və onların quraşdırılması işlərinin satın alınması, “Milton Keynes Group” LTD, 2 milyon 680 min manat;
-37 ədəd traktora qoşulan müxtəlif kənd təsərrüfatı texnikalarının satın alınması, “Rimls” LTD, 313 min 897,75 manat;
-Neftçala rayonunda saatda 4000 baş broyler quş əti emal edən avadanlığın və onun quraşdırılması işlərinin satın alınması, “Solola Group” LTD, 1 milyon 257 min 757,2 manat;
-40 ədəd 40-50 at güclü traktorların satın alınması, “Wekkert Inc” LTD, 549 min 885,6 manat;
-Kənd təsərrüfatı texnikasının satın alınması, “Rimls” LTD, 48448,08 manat;
-Xaçmaz rayonunda 1400 ton tutumu olan soyuducu kamera avadanlıqlarının və onların quraşdırılması işlərinin satın alınması, “Ventmile Export” LLP, 1 milyon 170 min 525,5 manat;
-Samux rayonunda 2 ha sahədə istixana avadanlıqlarının və onların quraşdırılması işlərinin satın alınması, “Red Trade” LTD, 2 milyon 145 min 104 manat;
-1 əd. “NİSSAN SANNY” 1.5 markalı minik avtomobilin alınması, “Nurgün Avto” MMC, 13500 manat;
-ASC-yə məxsus kənd təsərrüfatı texnikalarına GPS nəzarət sistemi avadanlıqlarının və onların quraşdırılması işlərinin satın alınması, “Polad A” MMC, 233 min 640 manat;
-Balakən, Şabran və Lənkəran rayon aqroservis filiallarının tikintisi ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması, “Murad M” MMC, 60900 manat;
-Kənd təsərrüfatı texnikalarının satın alınması, “AzAqrologistik” MMC, 32868,9 manat;
-SK-5ME-1 markalı taxılyığan kombayn üçün ehtiyat hissələri, “OOO KZ Rastselmash” 49822,88 manat;
-Xızı rayonunda 3000 ton tutumu olan soyuducu kameranın metal konstruksiyasının quraşdırılması və tikinti işlərinin satın alınması, “K.E.İnşaat” MMC, 860 min manat;
-Bərdə rayonunda 4000 ton tutumu olan soyuducu kameranın metal konstruksiyasının quraşdırılması və tikinti işlərinin satın alınması, “Memar Servis A” MMC, 911 min 234,41 manat;
-Bərdə rayonunda 4000 ton tutumu olan soyuducu kamera avadanlıqlarının satın alınması, “Gran Electric AS”, 2 milyon 588 min 250 manat;
-Kürdəmir rayonunda 320 ha sahədə damcılı suvarma sistemi avadanlıqlarının və quraşdırılması işlərinin satın alınması, “Milton Keynes Group” LTD, 1 milyon 796 manat;
-Hacıqabul rayonunda 60 ha sahədə damcılı suvarma sistemi avadanlıqlarının və quraşdırılması işlərinin satın alınması, “Water Solutions” LTD, 231 min 984,9 manat.
Uzun müddətdir ki, mübahisə predmeti olsa da, “Aqrolizinq” ASC 2012-ci ildə də Azərbaycana “Holştin-Friz” və “Simmental” cinsli damazlıq heyvanların satın alınması üçün “Ninox Alliance” LTD adlı bir şirkətə könül salır... Və tenderde də həmin şirkət qalib elan olunur, şirkətə 10 milyon 681 min 822,62 manat pul ayrılır. Amma heç kim həmin şirkətin fəaliyyət dairəsi barədə maraqlanmır. Məsələn, biz “Təzadlar” olaraq həmin şirkətin mənşəyi barədə elektron bazada bütün kateqoriyalar üzrə axtarış apardıq, amma dəqiq, müfəssəl, əhatəli bir məlumat əldə edə bilmədik.
Amma diqqəti başqa bir məqam çəkir. Nəzərdə tutulduğu kimi, bu inəklər lizinq yolu ilə fermerlərə satılmalı idi və bu isə o deməkdir ki, artıq Azərbaycanda süd məhsullarının artımında fundamental dəyişiklik olmalı idi. Amma indi iri ticarət mərkəzlərimizdə yenə də Rusiyadan, Pribaltikadan və digər ölkələrdən süd, xama, hətta ayran idxal edirik. Bəs 11 milyonluq inəklərə nə oldu? Halbuki bu tenderlər ardıcıllıqla hər il davam etdirilir...
***
Beləliklə, tenderdə daha kimlər qalib olub:
-30 ədəd 20 ton tutumu olan mobil soyuducu anbarlarının satınalınması, İnnuendo S.A., 1 milyon 332 min 778,5 manat;
-4 ədəd taxıl və qarğıdalı yığan kombaynların satın alınması, “İnnuendo S.A.” MMC, 432 min 740,16 manat;
-436 ədəd traktora qoşulan müxtəlif kənd təsərrüfatı texnikalarının və avadanlıqlarının satın alınması, “Rimls” LTD, 3 milyon 146 min 907,842 manat;
-Biləsuvar rayonunda 2 ha sahədə istixana avadanlıqlarının və onların quraşdırılması işlərinin satın alınması, “İnvestment Group” MMC, 2 milyon 200 min manat;
-3 dəst şok dondurma avadanlığının və quraşdırılması işlərinin satın alınması, “Keyinvest Build” LLP, 466 min 599,6 manat;
-Abşeron rayonunda 2000 baş/saat məhsuldarlığı olan broyler kəsim sexi avadanlıqlarının satın alınması, “Keyinvest Build” LLP, 622 min 749,6 manat;
-ASC-nin 2011-ci il fəaliyyətinin maliyyə hesabatlarının auditinin təşkili xidmətlərinin satın alınması, Sərbəst auditor Soltanov Qulu Mehbalı oğlu, 11000 manat;
-SK-5ME-1 markalı taxılyığan kombaynın təmir işlərinin satın alınması, “Kükürd-Bulağ” MMC, 6888 manat;
-3000 Kkal gücə malik qazan və onun qaz püskürdücüsünün (farsunka) satın alınması, “Təchizat-B” MMC, 46880 manat!
(Davamı olacaq)









