AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Arxeologiya və Etnoqrafiya İnstitutunda büdcə pulları necə dağıdılır? - İTTİHAM
Tarix: 13-06-2014, 12:55 | Çap et
Arxeologiya və Etnoqrafiya İnstitutunda büdcə pulları necə dağıdılır?
Hesablama Palatası yoxlama zamanı institutun direktoru, Yasamal rayon İcra Hakimiyyətinin keçmiş başçısı Arif Ağayevin həyat yoldaşı Maisə Rəhimovanın 280 nəfər işçisi olan institutunda cəmi 50 nəfərin əyləşə biləcəyi stulların olduğunu aşkarlayıb...

...Gəlin əvvəlcə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlı bu ilin aprelin 12-də Hesablama Palatasının kollegiya iclasında qəbul edilmiş qərarla tanış olaq. Hesablama Palatasının rəsmi internet saytındakı məlumatdan: “Hesablama Palatasının kollegiya iclası keçirilmişdir. Palatadan AzərTAc-a bildirmişlər ki, iclasda... dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna ayrılan vəsaitlərin istifadəsi ilə bağlı... ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiq edilmişdir”.

...Hələ iki həftə əvvəl “Təzadlar”ın elektron poçtuna institutda çalışan bir neçə alimin-arxeoloqun bir məktubu daxil olmuşdu. Biz həmin məktubda institutun direktoru Maisə Ağayevanın ünvanına sərt ittihamlar səsləndirilməsini nəzərə alaraq əvvəlcə Hesablama Palatasından audit barədə məlumat öyrənməyə çalışdıq. Bizə yuxarıda qeyd olunan məlumatdan əlavə bircə onu bildirdilər ki, institutda audit yoxlamaları davam etdirilir. Lakin nələrin aşkar olunması və s. barədə əlavə məlumat öyrənə bilmədik... Odur ki, məlum məktubla bağlı şikayətçi alimlərlə əlaqə yaratmağa çalışdıq...

Prezidentin instituta ayırdığı 2 milyon manat hara xərclənib?

Bu arada məlum oldu ki, Hesablama Palatasının institutda apardığı auditin məqsədi həm də Przidentin 2012-ci ildə instituta ayırdığı vəsaitlərin necə və hara xərclənməsini aydınlaşdırmaqdır.

Yeri gəlmişkən, Prezidentin məlum sərəncamında deyilir:

“Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı

Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin üzə çıxarılması, dərindən və hərtərəfli öyrənilməsi üçün arxeologiya və etnoqrafiya sahəsində araşdırmaların müstəsna əhəmiyyəti vardır. Dünya elmində müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsi ilə əlaqədar meydana çıxan hazırkı tədqiqat üsulları arxeoloji və etnoqrafik tədqiqatların da keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün zəmin yaratmışdır. Respublikamızda bu istiqamətdə araşdırmaların səmərəliliyinin artırılması, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması və kadr potensialının gücləndirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Azərbaycan Respublikası ərazisində 2012-2014-cü illərdə nəzərdə tutulan arxeoloji araşdırmaların maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ayrılmış vəsaitin Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 aprel 2012-ci il”.

“Təzadlar”ın apardığı araşdırmalar zamanı institutun 2012 və 2013-cü illər ərzində Satınalmalar üzrə Dövlət Agentliyindən keçən tenderlərində şok məqamlar üzə çıxdı. Beləliklə, Milli Elmlər Akademiyasının Arxelogiya və Etnografiya İnstitutunda çalışan bir qrup alimin qəzetimizə göndərdiyi məlumatlar əsasında apardığımız araşdırma başa çatıb... Olduqca maraqlı məqamlar ortadadır. Məlum olur ki, institutun direktoru Maisə Rəhimova Yasamal rayon İcra Hakimiyyətinin keçmiş qalmaqallı başçısı Arif Ağayevin həyat yoldaşı, Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır...

Prezident İlham Əliyevə, Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadəyə və surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciəti təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti cənab Akif Əlizadəyə!
Surəti: “Təzadlar” qəzeti redaksiyasına!

Çox hörmətli cənab Prezident!

Biz Milli Elmlər Akademiyasının Arxelogiya və Etnografiya İnstitutunda çalışan bir qrup alim və arxeoloq aşağıdakıları diqqətinizə çatdırmağı özümüzə borc bildik. Məsələ ondadır ki, Sizin sərəncamınızla 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan İnstitutumuza 2 milyon manat pul ayrılanda hamımız sevindik, Sizə minnətdar olduq. Çünki Sizin bu humanist, tarixi baxımdan çox dəyərli və vaxtında verilmiş sərəncamınız bizi uzun illərdir bu institutda hökm sürən passivlikdən, maddi çətinlikdən xilas etmək məqsədi daşıyırdı. Sərəncamda xüsusi olaraq vurğulanırdı ki, “Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin üzə çıxarılması, dərindən və hərtərəfli öyrənilməsi üçün arxeologiya və etnoqrafiya sahəsində araşdırmaların müstəsna əhəmiyyəti vardır. Dünya elmində müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsi ilə əlaqədar meydana çıxan hazırkı tədqiqat üsulları arxeoloji və etnoqrafik tədqiqatların da keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün zəmin yaratmışdır”. Və Respublikamızda bu istiqamətdə araşdırmaların səmərəliliyinin artırılması, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması və kadr potensialının gücləndirilməsi məqsədi ilə də Siz Prezidentin Ehtiyat Fondundan institutumuza 2 milyon manat pul ayırdınız. Biz hələ onu demirik ki, hər il Dövlət Büdcəsi təsdiq olunarkən də Arxelogiya və Etnoqrafiya İnstitutuna yetərincə vəsait ayrılır. Amma çox təəssüflər olsun ki, bu vəsaitin xərclənməsinə heç bir nəzarət edilmədiyindən institutun direktoru Maisə Rəhimova ətrafına yığdığı bir qrup şəxslə birləşərək bu vəsaitləri tamamilə fərqli yolla, başqa, əslində isə məlum məqsədlə silib talamaqla məşğul olmuşdur. Artıq xeyli müddətdir ki, Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının Arxelogiya və Etnografiya İnstitutunda audit yoxlamaları aparır. Bizə o məlumdur ki, (bunu əvvəldən də gözləyirdik) nəticədə dəhşətli yeyinti faktları aşkar edilibdir. Artıq hamı danışır ki, Maisə Rəhimova qudası, Azərbaycanın sevimli müğənnisi, Xalq artisti Zeynəb Xanlarovanın adından istifadə edərək auditə mane olmağa çalışıb, bəzi yeyinti faktlarının ört-basdır edilməsinə səy göstərilib.

Direktor Maisə Rəhimovanın sağ əli, institutun ümumi işlər üzrə direktor müavini Rizvan Abdullayev vəzifəsindən niyə çıxarılıb?

Cənab Prezident!

Onu da qeyd edək ki, bu yoxlamaların gedişində Hesablama Palatasının təkidi ilə artıq direktor Maisə Rəhimovanın sağ əli, institutun ümumi işlər üzrə direktor müavini Rizvan Abdullayev vəzifəsindən çıxarılıb. Bir müəddət əvvəl istə institutun hüquqşünası işdən çıxarılmışdı, çünki o, Maisə Rəhimovanın bəzi sifarişlərini doğru saymayaraq etiraz edirdi, lakin məhkəmə sonradan hüquqşünası əvvəlki vəzifəsinə bərpa etdi...

Onu da bildiririk ki, təkcə ötən il büdcədən ayrılan vəsaitlər, həmçinin Prezidentin Ehtiyat Fondundan instituta ayrılan vəsaitlərin Satınalmalar üzrə Dövlət Agentliyində keçirilmiş tenderdə saxta sənədlərdən istifadə olunmasını da hamı bilir. Belə ki, direktora və onun ətrafındakılara çox yaxın olan bir neçə MMC var ki, tenderdə guya qalib olubdur. Məsələn, ötən ilki tenderdə qalib elan olunmuş “Aspen” MMC bir dəfə 19900 manat, başqa bir tenderdə isə yenə də eyni epizod üzrə qalib elan olunaraq təkrarən 23000 manat pul götürdü. “Aspen” MMC başqa bir tenderdə isə guya 24900 manatlıq dəftər-qələm alıb. Yoxlanılsa (bəlkə də Hesablama Palatası artıq bunu aşkar edib), məlum olacaq ki, bu qədər dəftərxana ləvazimatı kimə və nəyə lazım imiş.

Maisə Rəhimovanın himayəsində olan “İkera” MMC isə guya bir dəfə 14900 manatlıq inventar, bir dəfə 29900 manatlıq hansısa avadanlıq, bir dəfə isə 11700 manatlıq nəsə, başqa bir tenderdə isə yenə də inventar alaraq 8540 manatı onun adına yazıblar. Üst-üstə, adı heç bir reyestrdə keçməyən bu MMC 70 min manata yaxın pul alıb. Direktorun himayəsində olan “R&R Müstəqil Media və Yayım” MMS adlı bir firma isə onun xeyir-duası ilə ötən il “sair xərclərin satın alınması” adı altında institutun inkişafına ayrılan 50 min manata yaxın pulu mənifmsəyib. Buna nə ad vermək olar???

Onu da qeyd edirik ki, Hesablama Palatasının auditi zamanı məlum olub ki, büdcə vəsaitlərinin istifadə edilməsində, büdcədən əsaslı investitsiya qoyuluşlarının, təmir və tikinti, ştat vahidləri, ezmaiyyə xərcləri və sair şişirtmələr həddini aşıb. Qeyd etdiyimiz kimi, institutut rəhbərliyi “Satınalmalar haqqında” və “Tenderlərin keçirilməsi haqqında” Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının tələblərini kobud surətdə pozaraq tenderdə udulan işlərin faktiki icrasını yerinə yetirmədən pulları silib.

Məsələn, bircə faktı qeyd edək ki, Prezidentin məlum sərəncamında ayrılan 2 milyon manatın institutun təmir işlərinin də aparılması nəzərdə tutulmuşdu. Çünki biz şahidik ki, sərəncamda Milli Elmlər Akademiyasına ayrılan vəsaitin xərclənməsinə nəzarət edilməsi də tapşırılmışdı və orada belə bir bənd də var idi: “Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ayrılmış vəsaitin Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin etsin”. Həmin planın ilkin layihəsini təqdim edə bilərik. Amma sonradan nə məlum oldu? Məlum oldu ki, məsələn, bizim institutut Prezident yanında Ali Attestasiya Komissiyasının köhnə binasında yerləşir və guya əsaslı təmir olunub. Amma institutun daxilinə girəndə və xarici görkəmi dərhal bildirir ki, direktorun “əsaslı təmiri”nin arxasında nələr durur.

Bundan əlavə, İnstitutun F.Əmirov 9 ünvanında yerləşən “Elmi fondu və Arxivi” binasının təmiri və avandanlıqları üçün ayrılan 1 milyon 720.000 min manat dövlət büdcəsindən ayrılan investistiyadan çox cüzi miqdarda təyinatı üzrə istifadə olunduğu göz qabağındadır. Yerdə qalan vəsaitin harada olmasını bir-bir göstərməyə hazırıq. Məsələn, Hesablama Palatası aşkar edib ki, institutun ştatında 280 elmi işçi var, amma faktiki olaraq institutun otaqlarında vur-tut 50 nəfərlik stul var. Bunun nə demək olduğunu şərht etməyə yəqinki ehtiyac yoxdur. Ən gülməlisi, direktor ayrı-ayrı ekspedisiyaların ayağına 50 stul, çadırlar, 2-3 nəfər alim və s. yazıb. Məsələn, insafən Şəmkirdə, Ağsuda, Qəbələdə ekspedisiyalar lazımi işləri görüblər, fakt göz qabağındadır. Amma uzun müddətdir mübahisə meydanı olan Lənkəran ekspedisiyasında Abuzər Ələkbərov necə işləyir?A.Ələkbərov direktorun ən yaxın adamıdır. Lakin yerində yoxlanılsa, heç bir iş olmadığı, lakin külli miqdarda pul silindiyi məlum olacaq. Bu həmin Abuzər Ələkbərovdur ki, həyat yoldaşı Əli İnsanovun cinayət işində əsas füqurlardan biri idi. MTN-nin rəsmi saytında belə onun adı keçir. İnstitutun Həmkarlar Komitəsinin sədri olan Abuzər Ələkbərovun işi saxta putyovka silməkdir, yardım adı altında pul xərcləməkdir. Öyrənsinlər ki, ötən il hansı əməkdaşa yardım olunub? Kimlər institutun adına verilən putyovkalarla harda dincəlib?

- Bəs institutun direktoru Xalq artisti Zeynəb Xanlarovanın adından necə istifadə edir?

- Hesablama Palatası direktorun qarşısına hansı şərti qoyub?

- Direktor Raisə Rəhimova ilə müavini Nəcəf Museyibli arasındakı münaqişəyə səbəb nədir?

(Davamı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Dünən, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru