Moskvanın yeni "stavkası" .....                     ABŞ Ermənistana 9 milyard dollar sərmayə yatırır .....                     "Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru barəsində seçilmiş .....                     DTX-nın saxladığı Məmməd İbrahimin həbs müddəti .....                     Ramiz Mehdiyevin köməkçisinin həbs müddəti uzadılıb .....                     Fəzail Ağamalı vəfat edib .....                     Əli Kərimlinin həbs müddəti uzadılıb .....                     Məktəblərdə şagirdlərin yoxlanılması GÜNDƏMDƏ .....                     İnsidentdən sonra "Okuklu Holding"in tikinti cəhdi dayandırılıb .....                     "Məni otağa kilitləyib, qızılla dolu çantamı oğurladı" .....                     Qərbin “sülh masası”ndan artıq “barıt qoxusu” gəlir .....                     Xalq artistləri Rəqsanəyə muğam öyrədir .....                     “Aristokrat” Tibb Mərkəzi sertifikatsız həkimlərə görə cərimələndi .....                     ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ .....                     Neftçala icra hakimiyyətinin hesabat yığıncağında himn qalmaqalı .....                     Dövlət Ehtiyatları Agentliyi bir maşını 2500 manata təmir etdirəcək .....                     Şeyx Əbdüllə nazir də maraqlanıb: Rasim Balayevdən başqa... .....                     Yazıçılar Birliyinə üzvlük qaydaları .....                     "Nar"ın tərəfdaşlığı ilə "GəncVİZYON" ideyatonu uğurla başa çatıb .....                     Məktəblər boşdur .....                     Vaşinqton artıq Azərbaycanı əsas tərəfdaş kimi görür .....                     "Elə gözəl yola verdi ki..." .....                     Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib .....                     Avaralar 20 manat cərimə olunurlar .....                     Danışıqlar bu ölkələrin dəstəyi ilə baş tutdu .....                     Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq .....                     Tanınmış alim nazirliyin institutuna şöbə müdiri təyin edildi .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olacaq .....                     Hərbi Prokurorluqdan Vahid Mustafayevə bahalı saat .....                     Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı .....                     Anar məhkəməyə verdiyi şairlə yenə barışa bilmədi .....                     Nazir Mərkəz direktorunu rəis əvəzi təyin etdi .....                     Naxçıvan MR Baş naziri kollektivə təqdim edilib .....                     ““Siyasi məhbus” məsələsini gündəmə gətirmək cəhdi dövlət maraqlarımıza ziyan vurur” .....                     “Aristokrat” tibb mərkəzinin sahibinin qətl törədən oğlu... .....                     Eldar Quliyev həm deputatdır, həm rektor: Bu necə olur? .....                     Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin olunub .....                     Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı da yola salınacaqmı? .....                     Ermənistanda əsgər vəhşicəsinə döyülüb .....                     Kirayədə qalan ƏMƏKDAR ARTİST .....                 

Vaşinqton artıq Azərbaycanı əsas tərəfdaş kimi görür - ŞƏRH
Tarix: Dünən, 17:09 | Çap et

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və bölgədə davamlı sülhün formalaşması məsələsi yenidən diqqət mərkəzinə gəlib. Prezident İlham Əliyev ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iki ölkənin artıq sülh şəraitinə uyğunlaşmağa başladığını bildirib.

Dövlət başçısı nailiyyətlərin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın roluna toxunub. Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, TRIPP və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu deyib.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüşü və bu çərçivədə səsləndirdiyi bəyanatlar Azərbaycan-ABŞ münasibətlərinin sadəcə bərpası deyil, keyfiyyətcə tamamilə yeni, "strateji yaxınlaşma" mərhələsinə keçdiyini göstərir: “Dövlət başçısının son 6 ayda Donald Trampla bir neçə dəfə görüşməsini xüsusi vurğulaması, iki ölkə arasındakı münasibətlərin artıq ənənəvi bürokratik kanallardan çıxaraq, birbaşa "lider diplomatiyası" müstəvisinə yüksəldiyinin göstəricisidir. Bu intensivlik Bakı və Vaşinqtonun strateji maraqlarının tarixdə heç vaxt olmadığı qədər üst-üstə düşdüyünü təsdiqləyir. Siyasi dividentlər baxımından ən önəmli məqam, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən Sülh Sammitindən sonra ABŞ-ın regiondakı yeni geosiyasi reallıqları tam şəkildə qəbul etməsidir. Donald Trampın praqmatik yanaşması nəticəsində uzun illər münasibətlərə kölgə salan "907-ci düzəliş"in aradan qaldırılması və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq legitimliyini qlobal güc mərkəzi tərəfindən rəsmən möhürləyir. Bu, Bakıya Ermənistanla sülh prosesində kənar təzyiqlərdən uzaq, öz milli maraqlarına uyğun şərtlərlə hərəkət etmək imkanı verir. Eyni zamanda, Azərbaycanın ABŞ-ın təşəbbüsü olan "Sülh Şurası"na təsisçi üzv kimi dəvət edilməsi, ölkəmizin artıq sadəcə regional oyunçu deyil, qlobal münaqişələrin həllində söz sahibi olan "orta güc" (middle power) kimi tanınması deməkdir”.

Politoloqun sözlərinə görə, bu fəallaşma iqtisadi müstəvidə daha çox TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi və "Zəngəzur dəhlizi"nin iqtisadi arteriya kimi dəyərləndirilməsi ilə xarakterizə olunur: “ABŞ-ın bu dəhlizə sadəcə nəqliyyat yolu deyil, qlobal ticarətin yeni mərkəzi kimi baxması, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Amerika investisiyalarının və yüksək texnologiyalarının (süni intellekt, rəqəmsal infrastruktur) cəlb edilməsi üçün yaşıl işıq yandırır. Xüsusilə Azərbaycanın həm Qərb, həm də Mərkəzi Asiya arasında əsas logistik düyün nöqtəsinə çevrilməsi, ölkənin qeyri-neft sektorunun inkişafında keyfiyyət sıçrayışı vəd edir. Amerika şirkətlərinin bərpa olunan enerji və rəqəmsal iqtisadiyyat sahəsində Azərbaycana marağının artması rəsmi Bakının iqtisadi müstəqilliyini daha da möhkəmləndirir.

Bölgədəki güc balansına gəldikdə, Azərbaycan-ABŞ yaxınlaşması Cənubi Qafqazda kənar manipulyasiya imkanlarını minimuma endirir. Bu əməkdaşlıq Ermənistandakı revanşist qüvvələrin ümidlərini boşa çıxarır və onları reallıqla barışmağa məcbur edir, çünki artıq Vaşinqton Ermənistanı "məzlum tərəf" deyil, Azərbaycanla iqtisadi inteqrasiyada maraqlı olan bir tərəfdaş kimi görməyə üstünlük verir. Beləliklə, İlham Əliyevin qurduğu bu strateji konfiqurasiya Azərbaycanı regionun mütləq güc mərkəzi kimi saxlayarkən, eyni zamanda böyük güclərin maraqlarını bir nöqtədə – sülh və tranzit layihələrində birləşdirməyi bacarır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvanın yeni "stavkası" - Karapetyan niyə Paşinyana alternativ kimi önə çıxarılır?
Dünən, 20:30
ABŞ Ermənistana 9 milyard dollar sərmayə yatırır - ABŞ texnologiyası Ermənistana gələcək
Dünən, 20:14
"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb
Dünən, 20:11
DTX-nın saxladığı Məmməd İbrahimin həbs müddəti ARTIRILDI
Dünən, 20:07
Ramiz Mehdiyevin köməkçisinin həbs müddəti uzadılıb - 4 ay müddətinə...
Dünən, 20:05
Fəzail Ağamalı vəfat edib
Dünən, 20:04
Əli Kərimlinin həbs müddəti uzadılıb - QƏRAR
Dünən, 20:03
Məktəblərdə şagirdlərin yoxlanılması GÜNDƏMDƏ - Bu mexanizm tətbiq olunmalıdır...
Dünən, 18:14
İnsidentdən sonra "Okuklu Holding"in tikinti cəhdi dayandırılıb - TƏFƏRRÜAT
Dünən, 18:10
"Məni otağa kilitləyib, qızılla dolu çantamı oğurladı" - Hicablı qadının ŞOK CİNAYƏTİ
Dünən, 18:03
Qərbin “sülh masası”ndan artıq “barıt qoxusu” gəlir - Yeni qlobal “savaş üçbucağı” dünyanı fəlakətə sürükləyir
Dünən, 17:59
Xalq artistləri Rəqsanəyə muğam öyrədir - "Pul istəmir, sənətinə dəstək istəyir"
Dünən, 17:55
“Aristokrat” Tibb Mərkəzi sertifikatsız həkimlərə görə cərimələndi
Dünən, 17:45
ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?
Dünən, 17:43
Neftçala icra hakimiyyətinin hesabat yığıncağında himn qalmaqalı – Başçı təxribatdan şübhələnir...
Dünən, 17:28
Dövlət Ehtiyatları Agentliyi bir maşını 2500 manata təmir etdirəcək - DETALLAR
Dünən, 17:22
Şeyx Əbdüllə nazir də maraqlanıb: Rasim Balayevdən başqa... - AÇIQLAMA
Dünən, 17:21
Yazıçılar Birliyinə üzvlük qaydaları SƏRTLƏŞDİRİLİR
Dünən, 17:20
"Nar"ın tərəfdaşlığı ilə "GəncVİZYON" ideyatonu uğurla başa çatıb - FOTO
Dünən, 17:18
Məktəblər boşdur - “Şagirdlər bal ardınca hazırlığa gedir”
Dünən, 17:15
Vaşinqton artıq Azərbaycanı əsas tərəfdaş kimi görür - ŞƏRH
Dünən, 17:09
"Elə gözəl yola verdi ki..." - BAŞÇIDAN NARAZILIQ!
Dünən, 17:03
Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - SƏRƏNCAM
Dünən, 16:56
Avaralar 20 manat cərimə olunurlar – Kimlər avara hesab edilir?
Dünən, 16:52
Danışıqlar bu ölkələrin dəstəyi ilə baş tutdu - Pezeşkian
Dünən, 16:51
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq - TƏFƏRRÜAT
Dünən, 16:45
Tanınmış alim nazirliyin institutuna şöbə müdiri təyin edildi - FOTO
Dünən, 16:42
Erməni məhsulları Azərbaycan bazarına daxil olacaq - Risk var yoxsa...?
Dünən, 16:40
Hərbi Prokurorluqdan Vahid Mustafayevə bahalı saat SİFARİŞİ
Dünən, 16:28
Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı - AÇIQLAMA
Dünən, 16:17
Anar məhkəməyə verdiyi şairlə yenə barışa bilmədi – Bu dəfə araya hakim girdi
Dünən, 16:14
Nazir Mərkəz direktorunu rəis əvəzi təyin etdi - FOTO
Dünən, 16:09
Naxçıvan MR Baş naziri kollektivə təqdim edilib - FOTO
Dünən, 16:02
““Siyasi məhbus” məsələsini gündəmə gətirmək cəhdi dövlət maraqlarımıza ziyan vurur”
Dünən, 15:55
“Aristokrat” tibb mərkəzinin sahibinin qətl törədən oğlu... - CƏZASI YÜNGÜLLƏŞDİRİLDİ
Dünən, 15:49
Eldar Quliyev həm deputatdır, həm rektor: Bu necə olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin olunub - BUNDAN SONRA...
Dünən, 15:42
Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı da yola salınacaqmı? - İLGİNC
Dünən, 15:34
Ermənistanda əsgər vəhşicəsinə döyülüb - KİV
Dünən, 15:26
Kirayədə qalan ƏMƏKDAR ARTİST - “Ərzaq baha, qazanc yox”
Dünən, 15:19
Azərbaycan İranla sərhədi açır? - AKTUAL
Dünən, 15:17
Azərbaycanda hazırda 7 icra başçısı vəzifəsi boşdur - SİYAHI - SİYAHI
Dünən, 15:13
Xaricdən sifariş olunan məhsullar buna görə gecikirmiş – Vacib detallar
Dünən, 15:06
Meliorasiya və Su Təsərrüfatına məxsus idarələr ləğv edilir - SİYAHI
Dünən, 15:03
Dövlət teatrlarında ştat cədvəllərinin yenilənməsinə başlanıb, "Azdrama"da yeni təyinatlar olub - ADLAR
Dünən, 15:01
İstanbul prosesini pozan İran Omanda böyük nəticə əldə edə bilmədi - Əli Mustafa
Dünən, 14:57
Təbrizdə Xalq Mücahidlərinin 7 üzvü həbs edildi
Dünən, 14:50
Həccə gedənlər azalıb - Azərbaycanlılar üçün qiymət ucuzlaşacaq?
Dünən, 14:42
“Zəngəzur bizsiz açılsa...” – Kremldən QORXUNC təhdid
Dünən, 14:39
Bu şəxslər də vəzifədən gedəcək - İLGİNC GƏLİŞMƏ
Dünən, 14:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru