Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
"DİA-AZ" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Başqa bir sərəncamla Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.








