AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Bankların əhaliyə 5 min verib 10-12 min almasının sirri - ARAŞDIRMA
Tarix: 30-05-2014, 11:33 | Çap et
Bankların əhaliyə 5 min verib 10-12 min almasının sirri
İndi Azərbaycanda bir çox ailələr “mütəmadi kredit ödəmək sindromu” xəstəliyinə tutulublar. Yəni ailənin nə vaxtsa toyla, yaxud xəstəliklə, yaxud da, Allah uzaq eləsin, şər işlə əlaqədar pula ehtiyacı olur, gedib bankdan bir 5 min manat pul götürür və ANS PRESS-in müşahidələrinə görə, bundan sonra ailənin təxminən 5-6 illik ömrü həmin pulu ödəməyə həsr olunur. Bir müddət kəmərlərini sıxıb krediti ödəyirlər. Sonradan məlum olur ki, kommunal borclar ödənməlidir, uşaq məktəbə getməlidir, qonşu oğluna toy eləyir, rayonda yas düşüb getmək lazımdı və s. Ya da ki, krediti ödəyən işini dəyişir və daha az maaş alır. Və kredit bir neçə ay ödənməmiş qalır.

Bundan sonra “bank hədə-qorxuçuluğu” başlayır, məhkəmə işçisi olduğunu iddia edən adamlar zəng edirlər, müştərini borca görə içəri atacaqlarını, evini əlindən alacaqlarını və s. deyirlər, sonda borc götürən sınır. Qaçır başqa banka və başqa bir yaxınının adına kredit açır. Bu bankı yola verir, özü də faizləri və cərimələri ilə birlikdə. Eyni çəkişmələr bir az yumşaq şəkildə növbəti bankla, daha sonra isə üçüncü bir bankla başlayır və s. Bəzi banklar isə daha “ağıllı” çıxırlar və həmin prosesi özləri gerçəkləşdirirlər. Nəticədə, ailə nə vaxtsa götürdüyü 5 min manatın əvəzinə 10-12 min pul ödəyir.

Və bu silsilə kreditlər çox vaxt istehlak krediti kimi rəsmiləşdirilir. Nəticədə, ölkə üzrə istehlak kreditlərinin rəsmi səviyyəsi real göstəricidən yüksək olur. Statistikaya görə, 2014-cü il aprelin 1-ə olan vəziyyətə görə, Azərbaycanda ümumi kredit qoyuluşları 15,9412 milyard manat təşkil edib və bunun təxminən 6 milyard manatı, yəni 40 faizindən çoxu istehlak kreditləri olub. Beləliklə, istehlak kreditlərinin ümumi kredit portfelində payına görə biz hər şeyi kreditə alan qərbliləri iki dəfə qabaqlayırıq. Qərbdə istehlak kreditləri ümumi kredit potfelinin 20 faizindən çoxunu tutmur. Təbii ki, Azərbacandakı bu “irilənmədə” bank faizlərini ödəmək üçün verilmiş “silsilə kreditlərin” də rolu böyükdür.

Bank sahəsi üzrə ekspert Vüqar İsrfailov Azərbaycan qanunvericiliyinin əhalini bu cür “kredit balalanmasının” yaratdığı soyğundan xilas etməyə imkan verdiyin deyir: “Əgər kredit üzrə 90 gün ödəniş olmursa, həmin kredit problemli sayılır. Həmin tarixdən kredit üzrə bütün faizlər dondurulur və kreditin qaytarılması prosesi başlanılır. Bu zaman bank həm məhkəmə yolundan, həm də danışıqlar yolundan istifadə edə bilər”.

Ekspertin fikrincə, müştəriyə əvvəlcədən qanunvericiliyin bu tərəfi izah edilərsə, o, qorxuya düşməz və silsilə kreditlərdən uzaq durar: “Elə müştərilər var ki, onların kredit üzrə ödənişləri dayandırmasının ciddi səbəbləri olur - ya işini dəyişir və maaşı aşağı düşür, ya ailədə xəstələnən və ya rəhmətə gedən olur. Yəni bank müştəriyə loyal yanaşmalı, onunla görüşüb vəziyyətini öyrənməli və hədə-qorxudan uzaq şəkildə səylərini kreditin ödənilməsinə yönəltməli, müştərinin daha rahat şəkildə borcun qalan hissəsini ödəmək üçün şərait yaratmalıdır”.

Vaxtilə bankda işləmiş Vüqar İsrafilov şəxsi təcrübələrinə əsaslanaraq bunun çox faydalı olduğunu deyir: “Bizdə bu çox müsbət nəticə vermişdi, üç il ərzində problemli kreditlərin ümumi portfeldəki payı 16-17%-dən 8-9%-ə düşmüşdü. Söhbət 2008-2009-cu illərdən gedir. Halbuki, o vaxt banklar var idi ki, problemli kreditlər ümumi portfelin 30 faizinə bərabər idi. Yəni bank iri korporativ müştərilərlə məhkəmə yolu ilə danışa bilər. Amma sadə vətəndaşlarla fərqli dildə, onların vəziyyətini anlayaraq danışmaq lazımdır”,- deyə bank mütəxəssisi bildirir.

İqtisadçı ekspert Samir Əliyev isə diqqəti əhalinin gəlirlərində kreditlərin payının həddindən yüksək olmasına çəkir və kredit ödənişlərində yaranmış problemlərdə bunun da rolunun olduğunu vurğulayır: “Problem ondadır ki, əhalinin gəlirlərində kreditlərin payı çoxdur, təxminən 20 faizə çatır. Halbuki 5-6 il qabaq bu 10 faiz idi. İnkişaf etmiş ölkələrdə isə kreditlərin payı əhalinin gəlirlərinin bir neçə faizini təşkil edir. Bizdə problem ondadır ki, insanlar istehlak krediti götürməklə öz tələbatlarını ödəyirlər, bir növ istehlak kreditlərindən asılı vəziyyətə düşürlər. Bu, özü təhlükə həddidir”.
İqtisadçı ekspertin fikrincə, əslində ölkə üzrə problemli kreditlərin real səviyyəsi rəsmi açıqlanandan daha yüksəkdir: “Rəsmi statistikaya görə, problemli kreditlər 5 faiz təşkil edir, amma real rəqəmlər daha yüksəkdir. Problemli kreditlər artıq 1 milyard manata yaxınlaşıb. Beynəlxalq təcrübəyə görə, verilən kreditlərin 10 faizindən çoxu problemlidirsə, bu təhlükəlidir. Beynəlxalq təşkilatlar Azərbaycanda problemli kreditlərin 10% həcmində olduğunu bildirir və mən bu açıqlamaya etibar edirəm. Bizim öz müşahidələrimiz göstərir ki, problemli kreditlər Mərkəzi Bankın göstərdiyi həcmlərdən daha çoxdur - 10-15% arasında dəyişir, yəni təhlükə həcmini çoxdan keçib”.

Samir Əliyev prolemin həlli üçün daha bir kreditləşdirmə istiqamətini - kiçik və orta sahbikarlığın kreditləşdirməsini artırmağı tövsiyyə edir: “Azərbaycanda kreditlərin ÜDM-də payı 30 faizdən çox deyil (2013-cü ildə ölkə üzrə ÜDM 57,7082 milyard manat olub - red.). İnkişaf etmiş ölkələrdə kredit qoyuluşları ÜDM-in 60-70 faizinə çatır. Yəni o hesabla bizdə kredit qoyuluşlarının həcmi 30 milyarda yaxın olmalıdır. Yəni iş adamları biznes kreditləri ilə bağlı çox böyük əziyyət çəkirlər, iş görmək üçün pul tapa bilmirlər. Orta və kiçik sahibkarlar zəruri həcmdə kredit əldə edə bilmirlər”.
Ekspertin fikrincə, bu təbii ki, əhaliniin gəlirlərini yaxşılaşdıracaq və dolayısı ilə problemli kreditlər məsələsinə də müsbət təsir göstərəcək. Yerli istehsalın inkişaf həm də istehlak kreditləşməsinin ölkə iqtisadiyyatını stimullaşdırasına imkan yaradacaq: “İnkişaf etmiş qərb ölkələrində də, postsovet qonşumuz Rusiyada da istehlak kreditləri yerli istehsalı stimullaşdırır. Azərbaycanda istehlak kreditlərinin daha bir təhlükəsi onun idxalı stimullaşdırması ilə bağlıdır. Yəni bir tərəfdən yerli istehsala kredit ayrılmır, digər tərəfdən isə istehlak kreditləri ilə hansısa xarici ölkənin istehsalına sərmayə qoyulur”,- deyə Samir Əliyev vurğulayır. Onun sözlərinə görə, hökumət həm də Azərbaycanda istehsal edilən məhsulların aşağı faizlərlə və yüngül şərtlərlə kreditə verilməsinə şərait yaratmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru