Ağsu və Yasamal sakinləri "Azərsu"nun əlindən dad deyir - NARAZILIQ VAR
Tarix: 29-05-2014, 12:43 | Çap et
 Şirvanda olan su problemindən yazmışdıq. Rayon sakinləri yenidən redaksiyamıza müraciət edərək bildiriblər ki, şikayətlərindən sonra Şirvan Su Kanal İdarəsinin rəisi “Azərsu” ASC-yə çağırılıb. Bundan sonra Şirvanın bəzi küçələrinə su verilib, digər küçələrə isə əlavə xətlər çəkilməyə başlanıb. Sakinlər deyir ki, əhaliyə su olduğu halda qəsdən verilmirmiş!
“Şirvan kimi şəhərdə hələ yay gəlməmiş bu qədər narazılıq yaradan idarə rəisi Mirmuxtar Məmmədovu “Azərsu” sədri Qorxmaz Hüseynov cəzalandırmaq əvəzinə 14 günlük məzuniyyətə buraxıb ki, get dincəl və camaatı heç vecinə də alma. Qanunla idarə rəisi məzuniyyətə gedəndə səlahiyyətlərini rəsmi şəkildə müavininə verməlidir. Mirmuxtar müəllim isə məzuniyyətə gedəndə idarədə deyib ki, möhürü şkafın gözünə qoymuşam, qızlar da imzamı çəkə bilirlər. Ehtiyac olsa, əvəzimə imza atıb möhür vurarlar. Bundan sonra Mirmuxtar Məmmədov mobil nömrəsini dəyişib və sanatoriyaya dincəlməyə gedib.
Biz Şirvanlıların qara günü Mirmuxtar müəllim məzuniyyətə gedəndən sonra başladı. İdarə rəisi məzuniyyətə gedən kimi Qorxmaz Hüseynov Şirvana xüsusi təyinatlı dəstə göndərdi. Həmin dəstə ticarət, iaşə obyektlərinin sahiblərini smart-kart tipli sayğac almağa məcbur edirlər” – deyə Şirvan sakini deyib. Onun sözlərinə görə, sahibkarlar “Azərsu” ASC-dən 7-8 ay əvvəl pulunu ödəməklə sayğac alıblar: “İndi onlardan yenidən pul yığırlar. Deyirlər smart-kart tipli sayğac almayana su verilməyəcək. Sayğacların dəyişdirilməsinin səbəbini soruşanda “Azərsu” işçiləri bildirirlər ki, gedib qəzetdə şikayət yazanda bilmirdiniz aqibətiniz necə olacaq? Sahibkarlar sayğacların quraşdırılmasına narazılıq etmirlər. Sayğacların qiymətinin bahalığından və onlara pulunu ödənilməsinin tələb olunmasına etiraz edirlər. “Azərsu” tərəfindən sahibkarlara satılan sayğacların qiymətləri belədir: - 20 diametrli sayğac 250 manata, 25 diametrli 600 manata, 32 diametrli sayğac isə 940 manatadır. Sahibkarlar “Azərsu” sədrindən soruşurlar ki, ildə bizə bundan sonra neçə dəfə sayğac satmaq fikirləri vardır? Şirvanlı sahibkarlar kütləvi şəkildə ölkə prezidenti İlham Əliyevə müraciət edərək “Azərsu”nun təqib və təzyiqlərinə son qoyulmasını, əvvəlki sayğacların pulunu ödədikləri üçün yeni sayğacların pulsuz quraşdırılmasına göstəriş verilməsini xahiş edirlər”.
“Azərsu” səlahiyyətlilərindən şikayətçi təkcə Şirvanlılar deyil. Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 44 saylı ünvanda yaşayan sakinlər də “Azərsu” ASC-nin yarıtmaz fəaliyyətindən narazıdırlar. Həmin ünvanın sakinləri Ceyhun Əsgərov, Aysel İsgəndərli, Şəhla Mehdizadə, İmarət Əsgərli, Məleykə İsrafilova və Məlahət Eyvazova “Azərsu” ASC prezidentinə, səhiyyə naziri Oktay Şirəliyevə və fövqəladə hallar naziri Kamaləddin Heydərova müraciət ediblər. Müraciətdə deyilir: “Bizim yaşadığımız binanın həyətində “Azərsu”ya məxsus baş kanalizasiya xətti tutulduğuna görə 8 aydır ki, çirkab sular həyətin ortasına axaraq iyrənc gölməçələr əmələ gətirib. Axşamlar həmin gölməçələrdə qurbağalar quruldayır. Bu barədə şəxsən Qorxmaz Hüseynova teleqram vurmuşuq, məktubla müraciət etmişik. Amma heç bir tədbir görülmür, prezident fərmanına məhəl qoyulmayaraq biz vətəndaşlara cavab belə verilmir. Bu haqda qaynar xəttə və Yasamal Rayon Su və Kanalizasiya İdarəsinə çoxsaylı zənglərimiz, müraciətlərimiz olub. Amma yenə də nəticə yoxdur. Havalar istiləşib, bizim həyətdəki gölməçədə qurbağalara həşəratlar, milçəklər, siçovullar da qoşulub. İnfeksion xəstəliklərin yayılması təhlükəsi günbəgün artır. Qorxmaz müəllimi həmin gölməçəyə tamaşa etmək üçün bizim ünvana dəvət edirik”.
Redaksiya hər iki şikayətlə bağlı “Azərsu” ASC-nin mövqeyini dərc etməyə hazırdır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21 |
|
|
|
| • Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19 |
|
|
|
| • Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17 |
|
|
|
| • Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14 |
|
|
|
| • Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12 |
|
|
|
| • Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12 |
|
|
|
| • Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08 |
|
|
|
| • Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52 |
|
|
|
| • "Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37 |
|
|
|
| • Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48 |
|
|
|
| • ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42 |
|
|
|
|