
Sabirabad rayon mərkəzindən Cavad kəndi istiqamətində orlan yol dağılıb. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən adıçəkilən istiqamətdə Kür çayı üzərində inşa edilmiş körpünün giriş və çıxışları keçilməz hala düşüb. Bir il öncə dövlət başçısının əhalinin çoxsaylı şikayətlərini nəzərə aklaraq inşasına 5 milyon manat ayırdığı körpünün girişində vəziyyət dzülməz hal alıb. Yerli sakinlərin bildirdiyinə görə, yol keyfiyyətsiz inşa edildiyindən və tikinti işləri zamanı yeyintiyə yol verildiyindən dağılma tez baş verib. Məlumatlara əsasən hazırda rayonun mərkəzi ilə onlarla kəndi birləşdirən bu körpü istiqamətində avtomobillərin hərəkəti kifayət qədər çətinləşib. İnformasiyanı verən sakin bildirir ki, ərazi Sabirabad Rayon İcra Hakimiyyətinin balansındadır. В«Hər gün başçısının birinci müavini, rayonun maliyyə idarəsinin rəisi, Meliorasiya və Su Təsərrüfatı cəmiyyətinin regional şöbəsinin müdiri axşam saatlarında körpünün üstündə dayanıb təmiz hava alırlar. Amma onlar В«CipВ»lə gəlirlər ora. Ona görə də yolun dağılmasına əhəmiyyət vermirlərВ» deyə mənbəmiz bildirdi.
Qeyd edək ki, bu dəqiqələrdə aldığımız informasiyaya əsasən hazırda adıçəkilən ərazidə yolun təmirinə başlanıb. Təmir işlərini də Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin texnikası aparır. Qeyd edək ki, rayondan daha bir fotofaktlarla zəngin informasiya da almışıq. Məlumata əsasən Sabirabad şəhərinin mərkəzində В«Çökək ÇalaВ» deyilən təbii göl qurudulur. Hələlik bir sıra dəqiqləşmələr aparırıq. Maraqlıdır ki, gölün doldurulmasını Şəhər Bələdiyyəsinin həyata keçirdiyi söylənilir. Göl isə Kür çayı sahilində yerləşən münbit meşə torpaqları daşınaraq doldurulur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sabirabad üzrə səlahiyyətli nümayəndəsi Əlixan müəllim (soyadını dəqiqləşdiririk) isə meşə ərazilərinin fərdi yaşayış evləri inşa etmək üçün bir ərazinin doldurulmasına istifadəsi də suallar doğurub. Maraqlıdır ki, Kür çayının sahilbərkitmə işlərini həyata keçirən Meliorasiya və Su Təsərrüfatı ASC –nin də müvafiq idarəsi susur. Hətta ilkin məlumatlara əsasən ərazidə meşə torpaqlarının daşınması işinə elə sahilbərkitmə işlərinə cavabdeh olan adıçəkilən idarənin texnikaları cəlb olunub.
Bu mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.










