Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ... .....                     "Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" .....                     Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... .....                     İrandan iki ölkəyə müharibə mesajı .....                     Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür .....                     Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib .....                     "Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri .....                     Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu .....                     Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin .....                     Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək .....                     Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb .....                     Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub .....                     TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş .....                     “Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır .....                     Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur .....                     Məktəbli oğluna maşın verən ata .....                     Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ .....                     Cəmilə Zauru SUSDURDU .....                     Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? .....                     İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... .....                     Səhvən əsgər aparılanlar təzminat ala bilərlər .....                     LAL DEPUTAT hələ də DİL AÇMAYIB... .....                     TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı .....                     Ata Andreyin səhvi və ya problem təkcə Putin deyil .....                     Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu .....                     “Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib .....                     Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Fuad Nəcəflini hakimiyyətdən YIXAN FAKTLAR: Vasif Talıbovdan fərqlənmədi... .....                     Azərbaycanlı "qanuni oğru" dəstəsi ilə birgə ələ keçirildi .....                     "Yaşıl Dəhliz Birliyi"nin yeni Baş direktoru təyin edilib, .....                     Adı milyonluq yeyintidə hallanırdı... SƏSİ AVROPADAN GƏLİR... .....                     Ulu Öndərin ideyalarını yaşadan partiya .....                     YAP - dünənin, bu günün və sabahın partiyasıdır .....                     Zelenski sabah Türkiyəyə səfər edəcək .....                     Paşinyanın üç yol təklifinə Bakıdan reaksiya .....                     Gənc qızı komaya salan həkim İŞ BAŞINDA .....                     Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub .....                     Oğul 850 minlik “Ferrari” ilə meydan sulayır: ATASI İSƏ... .....                     DRİ “AzDoc” proqram təminatı üzrə 1 illik lisenziya və aylıq server xidmətlərinə 25 min sərf edəcək .....                 

Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb - Səfir
Tarix: Bu gün, 14:12 | Çap et

"DİA-AZ" Fransa Respublikasının Azərbaycandakı yeni səfiri xanım Sofi Laqutun APA-ya müsahibəsini təqdim edir:

Prezidentlər İlham Əliyev və Emmanuel Makron Fransa ilə Azərbaycan arasında müsbət istiqamət müəyyən ediblər

– Xanım səfir, 16 oktyabr tarixində Prezident İlham Əliyevə etimadnamənizi təqdim edərkən, Azərbaycan dövlət başçısı Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq bildirdi ki, həmin görüş nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olmuş məsələlər artıq arxada qalıb. Bizə Sizin baxışınız da maraqlıdır. Ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

– Prezidentlər İlham Əliyev və Emmanuel Makron həqiqətən də, Fransa ilə Azərbaycan arasında müsbət istiqamət müəyyən ediblər. Son həftələrdə müxtəlif azərbaycanlı tərəfdaşlarla söhbətlərim bu istiqamətdə əlaqələri gücləndirmək və bu məqsədlə konkret addımları müzakirə etmək iradəsinin paylaşıldığını təsdiq edib.

Çətin dövrlərə baxmayaraq, biz hər zaman yüksək səviyyəli dialoqu və təhsildən tutmuş iqtisadi sahələrə qədər fəal əməkdaşlığı saxlamışıq. Bu yeni ümidverici dinamika müxtəlif əməkdaşlıq proqramlarının yenidən başlanması və yeni tərəfdaşlıqların araşdırılması üçün zəmin yaradır. Qarşımdakı “yol xəritəsi” də məhz budur və mən bunu azərbaycanlı tərəfdaşlarla birlikdə həyata keçirməyi səbirsizliklə gözləyirəm.

Hər iki ölkə daha güclü əməkdaşlıq arzusunu açıq şəkildə ifadə edib

– Fransa münasibətləri əvvəlki səviyyəsinə qaytarmaq və ikitərəfli əlaqələri gücləndirmək üçün hansı prioritetləri müəyyən edib?

– Hər iki ölkə daha güclü əməkdaşlıq arzusunu açıq şəkildə ifadə edib. Bu əməkdaşlıq uzun illər boyu bir çox sahədə qurulmuş münasibətlərə əsaslana bilər.

2026-cı ildə Fransız–Azərbaycan Universitetinin 10 illiyi qeyd olunacaq və biz təhsil sahəsində tərəfdaşlığımızı gücləndirərək Azərbaycan gənclərinə Fransada təhsil almaq, yaxud Fransız İnstitutunda və yerli məktəb, yaxud universitetlərdə fransız dilini öyrənmək üçün daha çox imkan yaratmaq istəyirik.

Biz eyni zamanda, iqtisadi əlaqələri və qarşılıqlı investisiyaları inkişaf etdirməyin yollarını araşdırırıq. Enerji və nəqliyyat uzun müddətdir əlaqəlilik baxımından əsas sahələrdir. “Yaşıl” keçidi dəstəkləmək – xüsusilə bərpaolunan enerji və dayanıqlı şəhərsalma vasitəsilə aqrobiznes sektorunun modernləşdirilməsi və turizmin inkişaf potensialı həm ikitərəfli münasibətlərin gücləndirilməsi, həm də Azərbaycanın iqtisadi diversifikasiyası baxımından maraqlı perspektivlər yaradır.

Bundan başqa, terrorizm və narkotik qaçaqmalçılığı kimi qlobal təhdidlərin qarşısını daha yaxşı almaq, regional sülh və sabitliyə töhfə vermək üçün təhlükəsizlik sahəsində əməkdaşlığımızı da yeniləməliyik.

Fransa sülh prosesini və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını daim və tam şəkildə dəstəkləyib

– Fransa Azərbaycan və Ermənistan arasında davam edən danışıqlara necə yanaşır?

– İllərdir davam edən münaqişədən sonra Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinin şahidi olmaqdan çox məmnunam. Fransa sülh prosesini və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını daim və tam şəkildə dəstəkləyib. 8 avqustda Vaşinqtonda keçirilmiş görüş bu prosesə həlledici impuls verib. 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması Fransanın hər zaman vurğuladığı əsas məqamlardan biridir.

Sülh danışıqları artıq hər iki ölkəyə birbaşa fayda verəcək konkret addımlarla öz nəticəsini göstərir. Məsələn, taxıl nəqlinə qoyulan məhdudiyyətlərin Azərbaycan üzərindən Ermənistan üçün aradan qaldırılması kimi.

Biz ümid edirik ki, sülh müqaviləsinin imzalanması bu müsbət prosesin tez zamanda yekunlaşmasına və sərhədlərin açılması vasitəsilə regional əməkdaşlıq və əlaqəliliyin dərinləşməsinə imkan verəcək.

“Tramp marşrutu” həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir

– “Tramp marşrutu”nun əhəmiyyəti barədə fikirləriniz necədir?

– TRIPP layihəsi Cənubi Qafqazda əlaqəliliyin inkişafında həlledici rol oynaya biləcək potensiala malikdir və həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir.

Bu layihə Avropa ilə Asiya arasında əlavə bir marşrutun açılması baxımından da bizim maraqlarımıza uyğundur və bundan hamı faydalana bilər. Avropa İttifaqı ilə birlikdə biz TRIPP layihəsini daha geniş regionla əlaqələndirən bu əlaqəlilik gündəmini dəstəkləməyə hazırıq. Layihənin detallarının yekunlaşdırılması belə bir əməkdaşlığın tezliklə başlaya bilməsinə imkan verəcək.

– Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması kontekstində Fransanın Cənubi Qafqaz siyasətində hansı dəyişiklikləri gözləmək olar?

– Sülh prosesindəki irəliləyişlər regional sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açır. Biz bu pozitiv dinamikanı möhkəmləndirmək və Cənubi Qafqaz xalqlarına konkret faydalar gətirmək üçün yaranmış fürsəti dəyərləndirmək istəyirik.

Bakı ilə İrəvan arasında yüksək səviyyəli görüşlər bu gün daha tez-tez keçirilir və real nəticələr verir

– Normallaşmadan danışarkən, ATƏT-in Minsk prosesi üzrə strukturlar 1 dekabr tarixinədək fəaliyyətini dayandıracaq. Fransa Minsk qrupunun həmsədrlərindən biri kimi uzun müddət bu prosesdə iştirak edib. Parisin Minsk prosesinin başa çatdırılması ilə bağlı rəsmi mövqeyi nədir?

– 8 avqust Vaşinqton görüşündə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin ilkin razılaşdırılmasından sonra biz dərhal Minsk Qrupunun fəaliyyətinə son qoyulması qərarını dəstəklədik.

Beynəlxalq vasitəçiliyin məqsədi tərəfləri birbaşa dialoqa gətirməkdir və biz məmnunluqla görürük ki, Bakı ilə İrəvan arasında yüksək səviyyəli görüşlər bu gün daha tez-tez keçirilir və real nəticələr verir.

Biz regional sülh gündəmini irəli aparmaq üçün bu prosesi tərəfdaş kimi dəstəkləməyə davam edəcəyik.

Fransız şirkətləri Azərbaycanda uzun müddətdir fəaliyyət göstərir

– Xanım Səfir, etimadnamənizi Azərbaycan Prezidentinə təqdim edərkən biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və fransız şirkətlərinin müxtəlif layihələrdə iştirakı məsələləri də müzakirə olunmuşdu. Fransız şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak üçün hər hansı təklif irəli sürüb?

– Fransız şirkətləri Azərbaycanda uzun müddətdir ki, fəaliyyət göstərir və neft-qaz, aviasiya, kosmos, dəmir yolu nəqliyyatı kimi strateji sahələrdə təcrübəyə malikdir. Regionun sabitləşməsi və əlaqəlilik çağırışları fransız şirkətlərində böyük maraq doğurur və onların bir çoxunun Azərbaycan üçün faydalı ola biləcək geniş ekspertizası var. Şərait formalaşdıqda, mən biznes nümayəndə heyətlərinin Azərbaycana səfərlərini təşviq etməyi və qarşılıqlı investisiya imkanlarını araşdırmağı ümid edirəm.

Fransa Azərbaycanla minatəmizləmə sahəsində səmərəli əməkdaşlıq həyata keçirib

– Fransa Azərbaycana minatəmizləmə prosesində dəstək göstərməyə davam edirmi?

– Fransa Azərbaycanla minatəmizləmə sahəsində səmərəli əməkdaşlıq həyata keçirib və Azərbaycan tərəfi belə bir dəstəyə ehtiyac duyarsa, hər zaman yardım göstərməyə hazır olduğunu ifadə edib.

– Münasibətlərdəki gərginlik fonunda Fransanın Azərbaycana birbaşa investisiyaları azalıb?

– Qeyd etdiyim kimi, fransız şirkətləri uzunmüddətli və etibarlı tərəfdaşlardır. Onlar sadəcə avadanlıq tədarükü üçün kommersiya müqavilələri bağlamaqla kifayətlənməyib, Azərbaycana real investisiya yatırıb, burada daimi təmsilçilik formalaşdırıblar və insan kapitalına da sərmayə qoyurlar – xüsusilə də mühəndis və yüksək ixtisaslı texniklər üçün təqaüd və təlim proqramları vasitəsilə.

Nəticə etibarilə, fransız şirkətləri Azərbaycanın strateji prioritetlərini – enerji resurslarının səmərəli istifadəsi, iqtisadi artımın diversifikasiyası və infrastrukturun modernləşdirilməsi kimi sahələri dəstəkləməyə davam ediblər.

Avropa İttifaqı regionun sabitləşdirilməsi və əlaqəlilik baxımından strateji tərəfdaşdır

– Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi, Fransa Azərbaycan–Aİ münasibətlərinin gücləndirilməsinə, o cümlədən Azərbaycan ilə Aİ arasında yeni saziş üzrə danışıqların tezliklə başa çatdırılmasına hansı töhfəni verə bilər?

– Biz Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin gücləndirilməsini dəstəkləyirik. Bu əlaqələr artıq bir çox sahələrdə yüksək səviyyədə inkişaf edib. Mən şəxsən iki son Avropa tədbirində – “Avropanın dadı” və “Avropada təhsil” proqramlarında iştirak etdim və bu tədbirlər azərbaycanlılar, xüsusilə də gənclər arasında böyük marağa səbəb oldu.

Avropa İttifaqı regionun sabitləşdirilməsi və əlaqəlilik baxımından strateji tərəfdaşdır. Mən ümid edirəm ki, bu ambisiya konkret layihələr və imkanlarla öz real ifadəsini tapacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ...
Bu gün, 14:53
"Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" - ÇÜNKİ...
Bu gün, 14:49
Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... - İŞİNİ DƏ BELƏ GÖRSƏYDİ...
Bu gün, 14:46
İrandan iki ölkəyə müharibə mesajı - Danışıqlar üçün zəmin yoxdur
Bu gün, 14:40
Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür
Bu gün, 14:33
Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib
Bu gün, 14:30
"Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri - Həm restoranda işləyir, həm də...
Bu gün, 14:19
Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu – hakim, “peşka”, general və milyarder haqda sərt danışdı
Bu gün, 14:16
Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin - TƏFƏRRÜATI
Bu gün, 14:14
Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək - KİV
Bu gün, 14:13
Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb - Səfir
Bu gün, 14:12
Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub
Bu gün, 14:10
TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş - İLGİNC
Bu gün, 13:12
“Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:08
Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur - İran iqtisadi böhran içində boğulur
Bu gün, 13:05
Məktəbli oğluna maşın verən ata - Həbs edildi
Bu gün, 13:02
Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ - Gürcüstanda...
Bu gün, 13:00
Cəmilə Zauru SUSDURDU - "Nolsun, yaşım 66-dır, mator 35, benzin 98-dir"
Bu gün, 12:52
Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:49
İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
Bu gün, 12:47
Səhvən əsgər aparılanlar təzminat ala bilərlər - VƏKİL
Bu gün, 12:46
LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?
Bu gün, 12:42
TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı - ARAŞDIRMA
Bu gün, 12:40
Ata Andreyin səhvi və ya problem təkcə Putin deyil - Rusiyanın özüdür
Bu gün, 12:29
Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu - DETALLAR
Bu gün, 12:27
“Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib
Bu gün, 12:25
Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi
Bu gün, 12:17
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:14
Fuad Nəcəflini hakimiyyətdən YIXAN FAKTLAR: Vasif Talıbovdan fərqlənmədi... - Daha betərini etdi...
Bu gün, 12:10
Azərbaycanlı "qanuni oğru" dəstəsi ilə birgə ələ keçirildi - həmyerlilərimizə "qan uddururdu"
Bu gün, 12:05
"Yaşıl Dəhliz Birliyi"nin yeni Baş direktoru təyin edilib, nizamnamə kapitalı artırılıb
Bu gün, 12:00
Adı milyonluq yeyintidə hallanırdı... SƏSİ AVROPADAN GƏLİR... - İDDİA
Bu gün, 11:59
Ulu Öndərin ideyalarını yaşadan partiya - MƏQALƏ
Bu gün, 11:47
YAP - dünənin, bu günün və sabahın partiyasıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 11:46
Zelenski sabah Türkiyəyə səfər edəcək
Bu gün, 11:40
Paşinyanın üç yol təklifinə Bakıdan reaksiya - NƏ BAŞ VERİR?
Bu gün, 11:38
Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – FOTOFAKT
Bu gün, 11:30
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub - MƏQALƏ
Bu gün, 11:26
Oğul 850 minlik “Ferrari” ilə meydan sulayır: ATASI İSƏ... - İLGİNC
Bu gün, 11:19
DRİ “AzDoc” proqram təminatı üzrə 1 illik lisenziya və aylıq server xidmətlərinə 25 min sərf edəcək – TENDER KEÇİRİLMƏYİB
Bu gün, 11:11
“Doyaruşka” yağlarından görün nə çıxdı – Foto
Bu gün, 10:58
Naxçıvan Təhsil Nazirliyində QOÇULAR PEYDA OLUB... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
"Prezidentin sözü inkişafa, nazirin sözü tənəzzülə hesablanıb" - ETİRAZ
Bu gün, 10:46
Məhkəməyə ən çox şikayət edilən dövlət qurumları - AÇIQLANDI
Bu gün, 10:41
“Tik-tok”da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
ADSEA-nın şirkəti avtomobil parkını genişləndirir - milyonluq alqı-satqı
Bu gün, 10:30
Kiyevdəki səfirliyimiz qəsdən vurulur - BU, FAKTDIR...
Bu gün, 10:28
Bu türk ölkəsi “İbrahim Sazişləri”nə qoşuldu, sıra Azərbaycanda - GƏLİŞMƏ
Bu gün, 10:26
Yeni açılan iş yerlərinin 78%-i Bakının payına düşüb – 6 rayonda iş yeri açılmayıb
Bu gün, 10:22
“5 + 1" formatında açar ölkə - Zəngəzur dəhlizi tezləşir?
Bu gün, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru