Cəmilə Zauru SUSDURDU .....                     Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? .....                     İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... .....                     Səhvən əsgər aparılanlar təzminat ala bilərlər .....                     LAL DEPUTAT hələ də DİL AÇMAYIB... .....                     TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı .....                     Ata Andreyin səhvi və ya problem təkcə Putin deyil .....                     Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu .....                     “Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib .....                     Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Fuad Nəcəflini hakimiyyətdən YIXAN FAKTLAR: Vasif Talıbovdan fərqlənmədi... .....                     Azərbaycanlı "qanuni oğru" dəstəsi ilə birgə ələ keçirildi .....                     "Yaşıl Dəhliz Birliyi"nin yeni Baş direktoru təyin edilib, .....                     Adı milyonluq yeyintidə hallanırdı... SƏSİ AVROPADAN GƏLİR... .....                     Ulu Öndərin ideyalarını yaşadan partiya .....                     YAP - dünənin, bu günün və sabahın partiyasıdır .....                     Zelenski sabah Türkiyəyə səfər edəcək .....                     Paşinyanın üç yol təklifinə Bakıdan reaksiya .....                     Gənc qızı komaya salan həkim İŞ BAŞINDA .....                     Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub .....                     Oğul 850 minlik “Ferrari” ilə meydan sulayır: ATASI İSƏ... .....                     DRİ “AzDoc” proqram təminatı üzrə 1 illik lisenziya və aylıq server xidmətlərinə 25 min sərf edəcək .....                     “Doyaruşka” yağlarından görün nə çıxdı .....                     Naxçıvan Təhsil Nazirliyində QOÇULAR PEYDA OLUB... .....                     "Prezidentin sözü inkişafa, nazirin sözü tənəzzülə hesablanıb" .....                     Məhkəməyə ən çox şikayət edilən dövlət qurumları .....                     “Tik-tok”da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldı .....                     ADSEA-nın şirkəti avtomobil parkını genişləndirir .....                     Kiyevdəki səfirliyimiz qəsdən vurulur .....                     Bu türk ölkəsi “İbrahim Sazişləri”nə qoşuldu, sıra Azərbaycanda .....                     Yeni açılan iş yerlərinin 78%-i Bakının payına düşüb .....                     “5 + 1" formatında açar ölkə .....                     AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır .....                     Tezliklə Azərbaycan C5+1 platformasına qoşulacaq .....                     Paşinyan Səfəvilərə aid "Qırmızı körpü"nün yeni açılışında iştirak etdi... .....                     Kişi ondan icazəsiz toy məclisinə gedən arvadını döydü .....                     Rövşən Nəcəfin imzası altında MAAŞ ARTIMI SAXTAKARLIĞI... .....                     “Neftçilər”də milyonluq binalar inşa edən icra başçısına yaxın .....                     70 kq qızılla tutulan diplomatımız hakim qarşısında .....                 

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub - MƏQALƏ
Tarix: Bu gün, 11:26 | Çap et

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakı olacağını söyləyib. Qeyd edək ki, Dövlət başçısının dəvət aldığı ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Xəzər dənizi Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, əslində mühüm birləşdirici amildir.

Azərbaycan Prezidentinin müsahibəsində vurğuladığı kimi, bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.

Azərbaycanla Özbəkistan türkdilli ölkələr olmaqla bərabər qardaş ölkə və etibarlı müttəfiqdirlər. Hər iki ölkəni yalnız coğrafi deyil, həm də ortaq köklər, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr, zəngin tarixi-mədəni irs, eyni zamanda tarixi-mədəni əlaqələr birləşdirir. Əsrlərdən bəri hər iki xalq dostluq qardaşlıq münasibətində olub və biri-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Eləcə də dövlətlərarası münasibətlər də möhkəm təməl üzərində qurulub.

Qeyd edək ki, Azərbaycan yalnız Özbəkistanla deyil, regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoq və qarşılıqlı səfərlər bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır.

Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bu gün də ən yüksək - müttəfiqlik səviyyəsindədir. Ölkələr arasında əməkdaşlıq beynəlxalq platformalarda da uğurla inkişaf edir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq daim dəstəkləyib. Eyni zamanda Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub.

Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridirlər və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Eyni zamanda, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Onu da qeyd edək ki, dövlətlərarası münasibətlərin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə İlham Əliyev arasında yaranan şəxsi etimad və dostluq münasibətləridir.

Azərbaycan Prezidenti İlham Əliyev: “Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Qeyd edim ki, son bir il yarım ərzində beş belə səfər olub.
Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalandı. Qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib”.

Prezident İlham Əliyev müsahibəsində 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şuranın da münasibətlərin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynadığını vurğulayıb. Şuranın artıq qarşılıqlı dövlət səfərləri çərçivəsində 2024-cü il avqustun 22-də Daşkənddə və 2025-ci il iyulun 2-də Bakıda iki iclas keçirdiyini qeyd edib.

Hər iki dövlət arasında iqtisadi-ticari əməkdaşlıq da günü-gündən artır, genişlənir. Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir.

Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir.

2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar ki, bu da regionun davamlı inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır”.

Dövlət başçımız Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində ortaq tarixi və mədəni dəyərləri qorumaq, bütün səviyyələrdə sıx əməkdaşlıq etmək üçün birgə səylər göstərildiyini söyləyib.

2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Elə həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunub.

Qeyd olunub ki, Daşkənddə Heydər Əliyev meydanı var və bu ilin iyulunda Bakıda “Özbəkistan” parkının təməli qoyulub.

Azərbaycan və Özbəkistanın birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir.

Bütün bu və bu kimi bir sıra tədbirlər və həyata keçirilən layihələr Azərbaycan ilə Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəmilə Zauru SUSDURDU - "Nolsun, yaşım 66-dır, mator 35, benzin 98-dir"
Bu gün, 12:52
Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:49
İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
Bu gün, 12:47
Səhvən əsgər aparılanlar təzminat ala bilərlər - VƏKİL
Bu gün, 12:46
LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?
Bu gün, 12:42
TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı - ARAŞDIRMA
Bu gün, 12:40
Ata Andreyin səhvi və ya problem təkcə Putin deyil - Rusiyanın özüdür
Bu gün, 12:29
Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu - DETALLAR
Bu gün, 12:27
“Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib
Bu gün, 12:25
Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi
Bu gün, 12:17
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:14
Fuad Nəcəflini hakimiyyətdən YIXAN FAKTLAR: Vasif Talıbovdan fərqlənmədi... - Daha betərini etdi...
Bu gün, 12:10
Azərbaycanlı "qanuni oğru" dəstəsi ilə birgə ələ keçirildi - həmyerlilərimizə "qan uddururdu"
Bu gün, 12:05
"Yaşıl Dəhliz Birliyi"nin yeni Baş direktoru təyin edilib, nizamnamə kapitalı artırılıb
Bu gün, 12:00
Adı milyonluq yeyintidə hallanırdı... SƏSİ AVROPADAN GƏLİR... - İDDİA
Bu gün, 11:59
Ulu Öndərin ideyalarını yaşadan partiya - MƏQALƏ
Bu gün, 11:47
YAP - dünənin, bu günün və sabahın partiyasıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 11:46
Zelenski sabah Türkiyəyə səfər edəcək
Bu gün, 11:40
Paşinyanın üç yol təklifinə Bakıdan reaksiya - NƏ BAŞ VERİR?
Bu gün, 11:38
Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – FOTOFAKT
Bu gün, 11:30
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub - MƏQALƏ
Bu gün, 11:26
Oğul 850 minlik “Ferrari” ilə meydan sulayır: ATASI İSƏ... - İLGİNC
Bu gün, 11:19
DRİ “AzDoc” proqram təminatı üzrə 1 illik lisenziya və aylıq server xidmətlərinə 25 min sərf edəcək – TENDER KEÇİRİLMƏYİB
Bu gün, 11:11
“Doyaruşka” yağlarından görün nə çıxdı – Foto
Bu gün, 10:58
Naxçıvan Təhsil Nazirliyində QOÇULAR PEYDA OLUB... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
"Prezidentin sözü inkişafa, nazirin sözü tənəzzülə hesablanıb" - ETİRAZ
Bu gün, 10:46
Məhkəməyə ən çox şikayət edilən dövlət qurumları - AÇIQLANDI
Bu gün, 10:41
“Tik-tok”da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
ADSEA-nın şirkəti avtomobil parkını genişləndirir - milyonluq alqı-satqı
Bu gün, 10:30
Kiyevdəki səfirliyimiz qəsdən vurulur - BU, FAKTDIR...
Bu gün, 10:28
Bu türk ölkəsi “İbrahim Sazişləri”nə qoşuldu, sıra Azərbaycanda - GƏLİŞMƏ
Bu gün, 10:26
Yeni açılan iş yerlərinin 78%-i Bakının payına düşüb – 6 rayonda iş yeri açılmayıb
Bu gün, 10:22
“5 + 1" formatında açar ölkə - Zəngəzur dəhlizi tezləşir?
Bu gün, 10:15
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır - DİQQƏT...
Bu gün, 10:05
Tezliklə Azərbaycan C5+1 platformasına qoşulacaq - Amerikalı ekspert
Bu gün, 10:03
Paşinyan Səfəvilərə aid "Qırmızı körpü"nün yeni açılışında iştirak etdi... - FOTO, VİDEO
Bu gün, 09:53
Kişi ondan icazəsiz toy məclisinə gedən arvadını döydü - MƏHKƏMƏ
Bu gün, 09:48
Rövşən Nəcəfin imzası altında MAAŞ ARTIMI SAXTAKARLIĞI... - BUNU İZAH EDƏN OLACAQMI?
Bu gün, 09:42
“Neftçilər”də milyonluq binalar inşa edən icra başçısına yaxın 10 manatlıq şirkət vergi borcunu ödəmir
Bu gün, 09:37
70 kq qızılla tutulan diplomatımız hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:29
Zirəddindən qorxulu müharibə proqnozu - "Yaşadığımız ərazi də..."
Bu gün, 09:20
Dövlət Komitəsinin sədr müavininə ağır itki üz verib
Bu gün, 09:15
Türkiyə-Ermənistan sərhədinin açılması regional əməkdaşlıq üçün unikal şansdır - ONA GÖRƏ DƏ...
Bu gün, 09:12
“Sabunçu Bazarı” ASC-nin rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:08
"Azərbaycanla və Türkiyə ilə düşmənçilik etmək yox, dostluq etmək lazımdır" - deputat
Bu gün, 09:06
"Azərbaycanla və Türkiyə ilə düşmənçilik etmək yox, dostluq etmək lazımdır" - deputat
Bu gün, 09:00
Kapitan həbsdən məktub göndərdi: Generala ağır ittihamlar - TƏFƏRRÜAT
Bu gün, 08:52
Binəqədi Tibb Mərkəzində xaos yaşanır - GİLEY
Bu gün, 08:48
Təyyarəmizi vurdular... səfirliyimizi bombaladılar... - İNDİ DƏ...
Bu gün, 08:46
Milli Mətbuatın məzarı başında şərqi deyənlər... - MALƏSƏF...
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru