"Şikayətim, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən Neptun supermarketdəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Səhərlər mağaza gec açılır deyə çörək firmaları məhsullarını qapının ağzına qoyurlar və məhsullar uzun müddət açıq formada burada qalırlar.
Ətrafda çoxlu küçə heyvanları var və onlar bu məhsullara toxunurlar, bundan xəbərsiz müştərilər isə bu məhsulları alıb istifadə edirlər. Bu mağaza barəsində ölçü götürülməsini tələb edirəm..."








