Aazərbaycan Mərkəzi Bankı (AMB) hüquqi şəxs sığorta brokeri “Status Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə icrası məcburi sərəncam verib.
Bu barədə “APA-Economics”ə AMB-dən bildirilib.
Məlumata görə, AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs sığorta brokeri "Status Sığorta Brokeri" MMC-yə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi göstəriş verilib.








