Gürcüstanda qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək, saxlamaq və daşımaqda şübhəli bilinən 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, həbs Tiflis Beynəlxalq Hava Limanında həyata keçirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının əl baqajına baxış zamanı içərisində qadağan olunmuş maddələr olan həblər aşkar edərək götürüblər.
Faktla bağlı araşdırma aparılır. Gürcüstan qanunvericiliyinə əsasən, bu cür cinayətlər 20 ilədək həbs və ya ömürlük həbs cəzası ilə nəticələnə bilər.








