“Türkiyəni Avropa İttifaqında görmək istəyirik”.
Teleqraf xəbər verir ki, bunu Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında Almaniya Kansleri Fridrix Merts deyib.
“Türkiyəni Avropa İttifaqında görmək istəyirik. Bu mövzuda Prezident Ərdoğana strateji dialoq təklifi etdim”, - o bildirib.
Türkiyə Prezidenti də qeyd edib ki, görüşdə Almaniya liderinə ölkəsinin Avropa İttifaqına tam üzvlüyü ilə bağlı onlardan gözləntilərini çatdırıb:
“Hazırkı vəziyyətlə bağlı olaraq Türkiyədə bu yanaşmalar baxımından rahat və sakitik. Çünki həmişə Kopenhagen meyarları ilə bağlı bunu söyləyirdik: Kopenhagen meyarları bizim üçün mənfi bir proses deyil. Əgər Türkiyəyə Kopenhagen meyarları baxımından yanaşılırsa, bizim də buna qarşı Ankara meyarlarımız var. Ankara meyarları ilə Avropa və dünyaya açılırıq.
Türkiyə sıradan bir Avropa və ya Asiya ölkəsi deyil. Türkiyə Avropa və Asiyada - hər yerdə bu prosesi dünyada ən yaxşı şəkildə həyata keçirən və işlədən demokratik ölkədir və bu mövzuda hər hansı bir problemi yoxdur”.













