Ağır ittihamlarla cinayət məsuliyyətinə cəlb edidlən "Boz kardinal"Ramiz Mehdiyevə məxsus və kürəkəni İlham Əliyevin nəzarətində olan onlarla logistika və gömrük şirkətlərinin fəaliyyəti ciddi nəzarətə götürülüb.
Bizimxeber.org-un əldə etdiyi məlumata görə, artıq sahibkarlar bu şirkətlərlə olan müqavilələrini də ləğv etməyə başlayıblar.
Məlumata əsasən, iş adamları uzun illər ərzində məcburiyyət qarşısında qalaraq, həmin şirkətlərin xidmətlərindən istifadə ediblər. Lakin hazırda bu şirkətlərin fəaliyyəti riskli hesab olunduğundan sahibkarlar qanuni və şəffaf fəaliyyət göstərən digər logistika şirkətləri ilə əməkdaşlığa üstünlük verməyə başlayıblar.
Həmçinin qanunsuz fəaliyyətlə məşğul olan onlarla şirkətlərin fəaliyyəti araşdırılır. Hətta qanunsuz fəaliyyət göstərən 30 şirkət rəhbəri həbs edilib. Bu səbəbdən də belə şirkətlər vasitəsilə ölkəyə yük gətirilməsi riqs yaradır.
Sahibkarlar bildiriblər ki, artıq yalnız vergi öhdəliklərini düzgün yerinə yetirən, şəffaf fəaliyyət göstərən Logistik şirkətlərlə işləmək məqsədəuyğundur. Bu zaman həm yüklərinizin zəmanətli çatdırılması təminatı yaranır, həm də rəsmi öhdəliklərdə heç bir problem yaranmır.
Mənbənin məlumatına görə, Ramiz Mehdiyevin nəzarətində olan şirkətlər illərdir gömrük sistemində ciddi təsir gücünə malik olublar və qeyri-rəsmi yollarla fəaliyyət göstərirblər. Hazırda qanunsuz fəaəliyyət göstərən şirkətlərin maliyyə əməliyyatları və fəaliyyət istiqamətləri rəsmi qurumlar tərəfindən nəzarət altına alınıb.
Qeyd edək ki, ölkənin ən iri logistika şirkətlərinin bir hissəsinin Ramiz Mehdiyevin yaxın çevrəsinə məxsus olduğu bəlli idi.

















