Azərbaycan Avropa Şurasının daha bir toplantısına qatılıb.
Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında iştirak edib.
Məlumata görə, iclasda Azərbaycanı ədliyyə və xarici işlər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyətitəmsil edib.
Qeyd edək ki, Azərbaycan deputat qrupunun qurumun Parlament Assambleyasına buraxılmaması səbəbindən ölkəmizlə ciddi gərginlik yaşanır.
Azərbaycanda insan hüquqları problemlərini, siyasi məhbusların mövcudluğunu əsas götürən AŞ PA iki ildir ki, nümayəndə heyətimizin mandatını təsdiqləmir.
Amma buna baxmayaraq, Azərbaycan Avropa Şurasının digər strukturları ilə əməkdaşlığı davam etdirir.
Bundan öncə Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin təmsilçiləri də Azərbaycana səfər edərək, həbsxanalarda monitorinq aparıb.












