Ana Vətən Partiyasının qurultayında Elçin Ağamalının partiyanın sədri seçilməsi bu təşkilatı faktiki parçalanma səviyyəsinə çatdırıb.
Belə ki, qurultayda Elçin Ağamalı səsvermə zamanı böyük üstünlüklə sədr seçilsə də amma onun bacısı olan rəqibi Günay Ağamalı və atası Fəzail Ağamalı bu nəticələrini tanımaqdan imtina edib.
Partiyanın qurucusu və sabiq sədri Fəzail Ağamalı tribunaya qalxaraq, qurultayın təxirə salındığını bəyan edib.
Qarşılıqlı iddialar fonunda partiya faktiki olaraq parçalanmış durumdadır və rəhbərlik məsələsi ətrafında qeyri-müəyyənlik davam edir.
Məsələ ilə bağlıGununsesi.info Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb.
Amma sorğudan 3 gün keçməsinə baxmayaraq, Ədliyyə Nazirliyi AVP qurultayında baş verənləri şərh etməkdən yayınır.












