Almaniyadan Ərdoğana təklif .....                     İranın məqsədi nüvə silahı əldə etməkdir .....                     Saxlanılan başçı nədə ittiham olunur? .....                     Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı .....                     Paşinyan Fransada Makronla görüşüb .....                     Vidadi İsayevin Ramiz Mehdiyev gizlini ifşa olunur: icra başçısı təşvişdə .....                     İşğalçı Rusiyanın dəstəklədiyi bu layihənin bizə nə faydası ola bilər?.. .....                     İran Ermənistana yeni səfir təyin edib .....                     Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı .....                     "Vətəndaş qəbullarında icra başçısından şikayətlər eşidirdim" .....                     Yeni dalğa 25 ildən artıq işləyən direktorlara da gəlib çatacaq .....                     İcra başçılarının başı dərddə… .....                     Erməni müdafiə naziri hərbi hissəyə niyə getdi... .....                     Neftçinin ailəsi bu halda minimum təminatdan da məhrum olur... .....                     Pakistan ilk dəfə ABŞ-dən neft alıb .....                     Ramiz Mehdiyevlə bağlı olay açıqlama .....                     Bu məmur vəzifədən azad oluna bilər .....                     Azərbaycan adından Ermənistanda BÖYÜK FIRILDAQÇILIQ .....                     Tramp Cinpinə Azərbaycanla bağlı nə deyib? .....                     Paşinyan Rusiyanın təzyiqləri altında manevr edir .....                     Rusiya Xəzər üzərindən Ermənistana birbaşa rabitə xətti qurmaq istəyir .....                     Birgünlük turistlər yeyib-içməyə nə qədər pul xərcləyiblər? .....                     Nazirlik bu şirkətdən 4,4 milyon manata nə aldı? .....                     Qabil, Tural, Məhəmməd Bakıya gətirilir .....                     Saleh Səmədovun bir qardaşı həbs olundu, digəri isə... .....                     Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib .....                     “Ramiz Mehdiyev Rəsul Quliyevi hakimiyyətə gətirmək istəyirdi” .....                     Gültəkin Hacıbəyli ölkədən qaçıb? .....                     Dilarə Kazımova “Chicago” müziklində .....                     Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı .....                     Gültəkin Hacıbəyli ölkədən qaçdı .....                     Bəzi məmurların xəyanət yoluna düşdüyü hallarla qarşılaşırıq .....                     Ermənistan Kiprə hərbi attaşe təyin edəcək .....                     Azərbaycanlı milyarderin şirkətindən xəbər var .....                     Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib .....                     “Əsas problemimiz pulsuzluqdur” .....                     Azərbaycan Avropa Şurasının .....                     "Atam anamın başqa kişidən olan uşağına soyadını verdi" .....                     Bakıda məşhur biznes mərkəzində .....                     Saxlanılan icra başçısı Ramiz Mehdiyevə BİƏT EDİRMİŞ... .....                 

“Əsas problemimiz pulsuzluqdur”
Tarix: Bu gün, 13:02 | Çap et

Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində doğulub. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsinə daxil olub. 1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib.

2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrnda aktrisa kimi fəaliyyətə başlayıb. Teatrda işlədiyi müddət ərzində o, bir çox obrazları özünəməxsuz tərzdə canlandırıb. Bir çox filmlərdə və seriallarda çəkilib. Eyni zamanda televiziya kanallarında da yumoristik verlişlərdə çıxış edib.

“Yeni Sabah” Əməkdar artist Ülviyyə Əliyeva ilə müsahibəni təqdim edir: 

- Ülviyyə xanım, hazırda nə işlə məşğul olursunuz?

- Hazırda Akademik Musiqili Teatrnda fəaliyyət göstərirəm. Eyni zamanda ATV kanalında yayımlanan “İki qapı arasında” serialında çəkilirəm. Yaxın günlərdə Xəzər Tv-də də yeni layihəm başlayacaq. “Qırmızı çamadan” adlı layihəmiz bazar günləri saat 13:00-da efirdə olacaq.

- Sizi tamaşaçıya sevdirən əsasən hansı rollarınız oldu - komediya yoxsa dram? Ümumiyyətlə, bu iki janr arasında özünüzü daha rahat hiss etdiyi məkan hansıdır?

- Özümü hər iki janrda çox rahat hiss edirəm. İstər dram olsun, istərsə də komediya. Lakin məni tamaşaçıya ən çox hansı rolun sevdirməsini tamaşaçılar daha yaxşı bilər. Bu barədə bir söz deyə bilmərəm.

- Film və serial təkliflərini necə qiymətləndirirsiniz? Hazırda da seriala çəkilirsiniz. Ümumiyyətlə təklif alarkən əsasən nəyə diqqət edirsiniz?

- Film və seriallara dəvət alarkən ilk növbədə oynayacağım obrazla maraqlanıram. Daha sonra işləyəcəyim komandanın kimlərdən ibarət olmasına diqqət edirəm. Çox şükür ki, bu günə qədər yanıldığım məqamlar olmayıb. Hər zaman ürəyim istəyən insanlarla bir ortamda olmuşam.

- Hazırda Azərbaycanın teatr və kino sahəsindəki durumu necə qiymətləndirirsiniz? Sizcə, keyfiyyətli və dərin ssenarilər varmı? Ən çox nəyin çatışmadığını düşünürsünüz?

- Bu gün filmlərdə və seriallarda əsas çatışmayan cəhət maliyyədir. Çünki hər şeyin başında pul dayanır. Maddiyyat yaxşı olanda ortaya daha peşəkar və uğurlu iş qoymaq olur. Çünki əldə vəsait olanda daha peşəkar ssenaristlər, rejissorlar, operatorlar və aktyorlarla çalışırsan. Bu gün bizim çox peşəkar ssenaristlərimiz var. Lakin maddiyyat az olanda ortaya keyfiyyətli iş çıxartmaq çətinləşir. İllərdir bunun nəticələrini görürük. Zamanında “Üç bacı” serialına dövlət maliyyə vəsaiti ayırmışdı deyə ortaya yaxşı iş çıxarda bilmişdik. O çəkilişdə peşəkar insanların əməyindən yararlanmışdıq. Bütün bunlara nəzər salanda görürük ki, bu gün bizim əsas problemimiz pulsuzluqdur.

- Son illər daha çox “Cırtdan” tamaşasında rol alırsınız. Sizinçün uşaq tamaşalarında oynamaq daha rahatdır, yoxsa böyüklər üçün səhnəyə çıxmaq?

- Əvəllər Dövlət Kukla Teatrında da çalışmışam. Ona görə istər uşaq olsun, istərsə də böyük mənim üçün fərq etmir. Hər bir tamaşaçı bizim üçün özəldir. Lakin indi insanların diqqətini çəkmək çox çətindir. Xüsusilə də uşaqların. Səhnədə 45-50 dəqiqə ərzində insanların diqqətini öz üzərinə çəkmək o qədər də asan deyil.

- Kitab oxuyursunuzmu? Müasir yazarlarımızdan kimləri tanıyırsınız?

- Əlbəttə. Kitab oxumağı sevirəm. Mənə görə Çingiz Abdullayev hər zaman diqqət mərkəzindədir. Onun kitablarını oxumaqdan zövq alıram.

- Aktrisa olaraq ictimai diqqət mərkəzində olmaq şəxsi həyatınıza necə təsir edir? Ailə ilə işi bir arada tutmaq çətin olmur?

- Mənimçün ictimaiyyətin diqqətində olmaq narahatlıq yaratmır. Əksinə, çox xoşdur. Çünki bunu əziyyətlərimin bəhrəsi kimi qiymətləndirirəm. Ailə həyatıma da hər hansı çətinliklə rastlaşmıram. Aktrisa olmasam, başqa işdə çalışacaqdım. Yəni hər zaman belə olacaqdı. Əsas olan odur ki, evimin işlərini də vaxtlı-vaxtında görə bilirəm, ona görə də ailədə də heç bir problem yaşamıram.

- Oynadığınız obraz sizi nə vaxtsa psixoloji olaraq yorubmu?

- Belə bir halla rastlaşmamışam. Yəni oynadığım heç bir rol məni psixoloji olaraq yormayıb. Canlandırdığım hər bir obraza sevgi ilə yanaşmışam. Hər obrazdan da ayrıca zövq almışam.

- Sənətdə hələ də canlandırmaq istədiyiniz, xüsusi olaraq arzuladığınız bir rol və ya janr varmı?

- Arzusunda olduğum obraz muzikldır. Bunu hər zaman hər yerdə deyirəm, deyəcəm də. Çox istərdim ki, hansısa muziklda rol alım.

- Sənət adamları üçün tənqidlə yaşamaq vacibdir. Tənqidlərə münasibətiniz necədir - onları necə qəbul edirsiniz və yaradıcılığınıza təsiri nə dərəcədədir?

- Əgər o tənqidi işini bilən, bu sənətdən başı çıxan peşəkar biriləri deyirsə, mən hər zaman onlara təşəkkürümü bildirirəm. Bir var ki, bunu bir nəfər görür, bir də var ki, tamaşaçının önündə çıxış edəndə hamı görür. Hətta tamaşalarda çıxış edəndə belə, sənətkarlarımızdan xahiş edirəm ki, kənardan mənə baxaraq səhvlərimi bildirsinlər.

- Sizin də iştirak etdiyiniz “Çal çağır şou”su bir zamanlar çox populyar idi. Hazırda Dilarə Əliyeva ilə münasibətləriniz necədir? Tünzalə xanımın qızı ilə görüşürsünüzmü? Ona hansısa formada dəstək olursunuzmu?

- Allah Oqtay Əliyevə rəhmət etsin. Heç vaxt onun haqqını itirə bilmərəm. Məni əvvəlcə Rafael və Coşqun, sonra isə İzzət Əzizov “Hərənin öz payı, öz tayı” filmi ilə tamaşaçılara tanıtdı. Sonralar isə “Çal çağır şou” məni bütün Azərbaycanda məşhurlaşdırdı. Dilarə Əliyeva ilə də çox gözəl münasibətimiz var. Tez-tez görüşməsək də, iş və sənətlə bağlı, eyni zamanda müəyyən məclislərdə də bir araya gəlirik. Tünzalə Əliyeva mənim bacım idi. Zəhra da bacımın balasıdır. Hər zaman arxasındayam. Bir xala kimi hər zaman da yanındayam. Allah atasına da can sağlığı versin.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Almaniyadan Ərdoğana təklif - Türkiyəni Avropa İttifaqında görmək istəyirik
Bu gün, 17:42
İranın məqsədi nüvə silahı əldə etməkdir - ŞƏRH
Bu gün, 17:28
Saxlanılan başçı nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:24
Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı - İLGİNC FAKTLAR
Bu gün, 16:46
Paşinyan Fransada Makronla görüşüb
Bu gün, 16:31
Vidadi İsayevin Ramiz Mehdiyev gizlini ifşa olunur: icra başçısı təşvişdə GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 16:30
İşğalçı Rusiyanın dəstəklədiyi bu layihənin bizə nə faydası ola bilər?..
Bu gün, 16:27
İran Ermənistana yeni səfir təyin edib
Bu gün, 16:25
Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı - “Ramiz Mehdiyevin işi ilə əlaqəsi…”
Bu gün, 16:23
"Vətəndaş qəbullarında icra başçısından şikayətlər eşidirdim" - deputat
Bu gün, 16:19
Yeni dalğa 25 ildən artıq işləyən direktorlara da gəlib çatacaq - XƏBƏRDARLIQ
Bu gün, 16:15
İcra başçılarının başı dərddə… - İDDİA
Bu gün, 16:11
Erməni müdafiə naziri hərbi hissəyə niyə getdi... - KİV
Bu gün, 16:09
Neftçinin ailəsi bu halda minimum təminatdan da məhrum olur... - DİQQƏT!
Bu gün, 16:04
Pakistan ilk dəfə ABŞ-dən neft alıb
Bu gün, 15:59
Ramiz Mehdiyevlə bağlı olay açıqlama - “Əli Kərimlinin ondan sifariş alması... ”
Bu gün, 15:57
Bu məmur vəzifədən azad oluna bilər - Eldar Əzizov tapşırıq verdi
Bu gün, 15:54
Azərbaycan adından Ermənistanda BÖYÜK FIRILDAQÇILIQ - "Milyonlarla dollar..."
Bu gün, 15:53
Tramp Cinpinə Azərbaycanla bağlı nə deyib? – Zəngəzurda inanılmaz razılaşma
Bu gün, 15:40
Paşinyan Rusiyanın təzyiqləri altında manevr edir
Bu gün, 15:35
Rusiya Xəzər üzərindən Ermənistana birbaşa rabitə xətti qurmaq istəyir
Bu gün, 15:31
Birgünlük turistlər yeyib-içməyə nə qədər pul xərcləyiblər?
Bu gün, 15:29
Nazirlik bu şirkətdən 4,4 milyon manata nə aldı? - TENDER NƏTİCƏSİ
Bu gün, 15:24
Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
Bu gün, 15:21
Saleh Səmədovun bir qardaşı həbs olundu, digəri isə... - DETALLAR
Bu gün, 15:19
Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib - SƏRƏNCAM
Bu gün, 15:17
“Ramiz Mehdiyev Rəsul Quliyevi hakimiyyətə gətirmək istəyirdi”
Bu gün, 15:14
Gültəkin Hacıbəyli ölkədən qaçıb? - Özü AÇIQLADI
Bu gün, 15:12
Dilarə Kazımova “Chicago” müziklində
Bu gün, 15:05
Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı – SEPARATÇI KÜRDLƏRLƏ ƏLAQƏ İDDİASI
Bu gün, 15:03
Gültəkin Hacıbəyli ölkədən qaçdı
Bu gün, 15:02
Bəzi məmurların xəyanət yoluna düşdüyü hallarla qarşılaşırıq - Eldar Əzizov
Bu gün, 14:59
Ermənistan Kiprə hərbi attaşe təyin edəcək - KİV
Bu gün, 13:45
Azərbaycanlı milyarderin şirkətindən xəbər var
Bu gün, 13:16
Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib - Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə
Bu gün, 13:13
“Əsas problemimiz pulsuzluqdur”
Bu gün, 13:02
Azərbaycan Avropa Şurasının daha bir toplantısına qatılıb
Bu gün, 12:59
"Atam anamın başqa kişidən olan uşağına soyadını verdi" - Səidə Dadaşova
Bu gün, 12:58
Bakıda məşhur biznes mərkəzində ÖLÜM
Bu gün, 12:55
Saxlanılan icra başçısı Ramiz Mehdiyevə BİƏT EDİRMİŞ... - İLGİNC
Bu gün, 12:49
SOCAR və ya digər yerli şirkətlər LUKOIL-un infrastrukturunu alarsa... - Gürcüstanda fəaliyyət imkanı yarana bilər
Bu gün, 12:47
Hacı Qurban borca düşdü, tenderlərdə iştirakdan çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 12:45
Saxlanılan icra başçısı bu yüksək vəzifəli məmurun dayısıdır - FOTO
Bu gün, 12:38
Kərə yağı MÜƏMMASI – Niyə xarici ölkələrə 10, daxili bazarda 20 manata SATILIR?
Bu gün, 12:33
Ədliyyə Nazirliyi AVP-nin qurultayında baş verənlərə niyə reaksiya vermir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:31
Azərbaycanlı rejissor aktrisanı təhqir edib, ölümlə hədələyib? - “Məni o həddə özü çatdırdı”
Bu gün, 12:29
“O insanlarla görüşməmişəm” - Əli Həsənov haqqında çıxan xəbərdən DANIŞDI
Bu gün, 12:27
Vüqar Məmmədov həbs edildi - kompüter və bəzi sənədlər götürülüb
Bu gün, 12:22
Keçmişindən danışan aparıcı KÖVRƏLDİ - “Quru çörək yemişəm, amma...”
Bu gün, 12:20
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru