Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Eldar Lətifovun (soyadı şərtidir)barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına görə, Eldar Lətifov 01 avqust 2023-cü il tarixdən Bakıda fəaliyyət göstərən MMC-lərdən birində ekspeditor vəzifəsində çalışıb. O, işlədiyi müddətdə şirkətin müxtəlif satış nöqtələrinə çatdırdığı malların əvəzində sahibkarlardan topladığı vəsaitləri müəssisənin xəzinəsinə təhvil verməyib.
Belə ki, Eldar satış nöqtələrindən daxil olan pulları - ümumilikdə 19 129,54 manat məbləğində vəsaiti mənimsəyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.