AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Məmur özbaşınalığı Qaxda vəziyyəti gərgin həddə çatdırıb - NARAZILIQ VAR
Tarix: 21-05-2014, 11:48 | Çap et
Məmur özbaşınalığı Qaxda vəziyyəti gərgin həddə çatdırıb
Əhməd Əhmədzadənin qardaşı oğlunun rəhbərlik etdiyi xəstəxanada pasiyentlərə biganəlik izaholunmaz həddə çatıb.Ölkənin şimal-qərbində yerləşən Qax rayonu, daha dəqiq desək, adıçəkilən rayonun bir sıra rəhbər şəxslərilə bağlı son günlər redaksiyamıza şikayət xarakterli çoxsaylı müraciətlər daxil olmaqdadır. Qeyd edək ki, şikayət edənlərin böyük əksəriyyəti Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevi rayonun abadlıq, quruculuq işlərinə və rayon büdcəsində nəzərdə tutulan digər vəsaitlərin mənimsənilməsinə göz yummaqda, bunun üçün əlverişli şərait yaratmaqda suçlayırlar.

Belə ki, icra başçısının Qaxın abadlığına dövlət büdcəsindən ayrılmış vəsait hesabına şəxsi biznesini genişləndirdiyini, rayon sakinlərinin hüquqlarının kobud surətdə pozulduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, Musa Şəkiliyev icra başçısı vəzifəsinə gətirildikdən sonra qaxlıların qara günləri başlayıb: В«Nəzərinizə çatdırım ki, əslən Qax rayonundan olan Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı İdarəsində meşə ustası kimi başlayıb. O, 1981-1986-cı illərdə adıçəkilən müəssisədə meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon Xalq Deputatlar Sovetində İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası İdarəsində rəis əvəzi, Meşələrin İnkişafı Departamentində direktor müavini vəzifələrində çalışıb. Nəhayət, 12 aprel 2010-cu il tarixdə Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Elə həmin gündən rayon camaatının, sahibkarların, fermerlərin, bir sözlə qaxlıların qara günləri başlayıbВ». Məlumatlı şəxsin bilgilərindən belə aydın olur ki, hazırda Qaxda vəziyyət, əhalinin durumu heç də ürəkaçan deyil. Bununla bağlı verilən informasiyalarda qeyd olunur ki, bəzi yerli məmurlar əhalini incitmək və onları gözümçıxdıya salmaqdan ötrü mümkün olan bütün vasitələrə baş vurur, hətta ən ağlagəlməz üsullardan istifadə edirlər. Bildirilir ki, son günlər Qax Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları qapı-qapı düşərək əhalini cərimələməklə məşğuldurlar. Bunu özbaşınalıq adlandıran rayon sakinləri hesab edirlər ki, Qax Paylayıcı Elektrik Şəbəkəsinin rəisi bu yolla mənimsənilən vəsaitləri məhz camaatın hesabına ört-basdır etməyə çalışır. Rayon sakinləri isə öz növbəsində, məsələ ilə bağlı kəskin etirazlarını bildirib, bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər. Lakin hələ də bunun heç bir faydası olmayıb...

Musa Şəkiliyevin icra başçısı vəzifəsinə gətirilməsində Əhməd Əhmədzadənin müstəsna rolu olub

İcra başçısı vəzifəsinə təyin olunduğu gündən Musa Şəkiliyevin rayon camaatı ilə normal münasibət qura bilmədiyini deyən məlumatlı şəxsin sözlərinə görə, ara-sıra tərəflər arasında yaşanan xoşagəlməz olaylardan sonra icra başçısı müəyyən müddətə rayonu tərk edərək Bakıya gəlir: В«4 ildən artıqdır ki, Musa Şəkiliyev Qax rayonuna rəhbərlik edir. Bu müddət ərzində onunla, həmçinin tabeçiliyində çalışan bəzi şəxslərlə rayon camaatı arasında bir neçə dəfə ciddi narazılıqlar yaşanıb. Və hər dəfəsində də icra başçısı dərhal Bakıya üz tutur. Bu gün rayonda az qala hər kəsə onun Bakıya nə üçün getdiyi və orada kiminlə görüşdüyü bəllidir. Belə ki, artıq çoxlarına bəllidir ki, Musa Şəkiliyev yaranmış problemləri həll etmək üçün Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə görüşür, ondan müəyyən məsləhətlər alır. Kim də bilməsə, Qax camaatı bilir ki, Musa Şəkiliyev Əhməd Əhmədzadənin yaxın qohumudur və onun bu vəzifəyə təyin olunmasında ASC sədrinin müstəsna rolu olub. Odur ki, icra başçısı dara düşən kimi pənahı Əhməd Əhmədzadənin yanında tapırВ». Artıq qaxlıların bu kimi hallara vərdiş etdiyini deyən mənbə qeyd edir ki, icra başçısının yol verdiyi nöqsanlar, rayon sahibkarlarını çökdürən addımları barədə müvafiq dövlət qurumlarına şikayət xarakterli çoxsaylı müraciətlər olunsa da, nədənsə heç kim Musa Şəkiliyevin əməllərinə, camaatı narahat edən problemlərə diqqətlə nəzər yetirmək fikrində deyil. Maraqlıdır, görəsən niyə?

Qax Rayon Mərkəzi Xəstəxanasında nadir hallarda ola bilər ki, xəstəni təmənnasız müayinə etsinlər

Əldə etdiyimiz məlumatlarda o da vurğulanır ki, hazırda Qax Rayon Mərkəzi Xəstəxanasında da bir sıra xoşagəlməz hallar yaşanmaqdadır. Belə ki, mənbənin sözlərinə görə, Əhməd Əhmədzadənin qardaşı oğlu Tərlan Əhmədzadənin baş həkimi olduğu xəstəxanada pasiyentlərə baxımsızlıq və biganəlik izaholunmaz həddə çatıb: В«Qeyd edim ki, hazırda Qax rayonunda 1 mərkəzi, 1 uşaq xəstəxanası, 2 kənd xəstəxanası, 10 həkim və 26 tibb məntəqəsi fəaliyyət göstərir və rayon səhiyyə sistemində 120-yə qədər həkim 400-dən çox tibb işçisi çalışır. Onu da nəzərinə çatdırım ki, xəstəxanada yol verilən özbaşınalıqlar barədə dəfələrlə aidiyyəti qurumlara - Qax Rayon İcra Hakimiyyətinə və Səhiyyə Nazirliyinə şikayətlər ünvanlansa da, problemlər hələ də həllini tapmayıb. Odur ki, bu gün xəstəxanada əməlli-başlı bazar prinsipi hökm sürür. Xəstəxananın dövlət himayəsi altında olmasına baxmayaraq, burada xəstələrə olan tibbi xidmət açıq şəkildə müəyyən maraq qarşısında həyata keçirilir. Dövlət tərəfindən xəstəxanaya verilən dərmanlar da vətəndaşlara satılırВ». Həkimlərin xəstələrə gəlir mənbəyi kimi baxdıqlarını deyən məlumatlı şəxs iddia edir ki, Qax Rayon Mərkəzi Xəstəxanasında nadir hallarda ola bilər ki, xəstəni təmənnasız müayinə etsinlər: В«Əhməd Əhmədzadənin qardaşı, uzun illər Qax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmiş Fərman Əhmədzadə dünyasını dəyişdikdən sonra onun yerinə oğlu Tərlan Əhmədzadə keçib. Və varislik prinsipilə Qax səhiyyəsini özünün ata malıhesab edir. Bu səbəbdən də Tərlan Əhmədzadə rayon səhiyyəsində öz prinsiplərini, şəxsi maraqlarını tətbiq edir və buna görə də heç kimdən çəkinmir. Hər halda baş həkimin əmisi Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir. Bu o Əhmədzadədir ki, hər il dövlətin milyonlarla manat vəsaitini meliorasiya idarələrində В«yuyurВ» və yuxarı dairlərdə bir çox yerlərdə sözünü keçirə bilir. Buna görə də Qax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə əmisinə güvənərək В«Burda mən, Bağdadda kor xəlifəВ» prinsipilə çalışırВ». Tərlan Əhmədzadənin həm də icra başçısı Musa Şəkiliyevlə qohumluq əlaqələrinə malik olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, sanki Qax Rayon Mərkəzi Xəstəxanasını şəxsi biznes obyektinə çevirib: В«Tərlan Əhmədzadənin rayon səhiyyəsini öz şəxsi obyekti kimi istifadə etməsinin səbəbi əmisi Əhməd Əhmədzadəyə və qohumu Musa Şəkiliyevə arxalanması ilə bağlıdır. Bu arada, onu da qeyd edim ki, dövlət büdcəsindən Qax Rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin böyük bir hissəsi təsərrüfat malları və cari təmirlər adı altında mənimsənilir. Tərlan Əhmədzadənin əsas qazancı isə 36 tibb məntəqəsinin binalarının cari təmirinə ayrılan vəsaitlərdən gəlir. Belə ki, müvafiq sənədlərdə tibb məntəqələrinin əsaslı təmir olunduğu göstərilsə də, reallıq tamam başqadır. Tibb məntəqələrinin vəziyyəti hər şeyi öz-özlüyündə göstərdiyinə görə sənədlərdə təmir olunan tibb məntəqələrilə bağlı heç əlavə şərhə ehtiyac qalmırВ». Bundan başqa, məlumatlı şəxsin bilgilərində Tərlan Əhmədzadənin məhz icra başçısı Musa Şəkiliyevə arxalanaraq rayonda əməlli başlı əmək birjası yaratdığı da qeyd olunur: В«Qax Rayon Mərkəzi Xəstəxanasına tibb işçisi kimi işə qəbul olunmaq üçün 2-3 arası verməlisən. Xadimə və sanitar olmaq istəyənlər üçün də xüsusi cədvəllər mövcuddur. Bundan əlavə, kəndlərdəki tibb və həkim məntəqələrinin adına yazılan dərman preparatları da baş həkim Tərlan Əhmədzadənin ətrafındakı şəxslər tərəfindən özəl apteklərdə satdırılır. İcra başçısı Musa Şəkiliyevin bütün bunlardan xəbəri olsa da, o, Tərlan Əhmədzadənin işinə müdaxilə etmir. Çünki onlar qohumdurlar. Bundan başqa, Tərlan Əhmədzadənin əmisi Əhməd Əhmədzadənin Musa Şəkiliyevin Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilməsində az əməyi olmayıbВ».

Rayondakı turizm mərkəzlərinin bir çoxu Əhməd Əhmədzadənin və Musa Şəkiliyevin nəzarətindədir

Hazırda Qax rayon məmurlarının bir çoxunun hektarlarla torpaq sahəsi və əzəmətli villalarının olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, rayonun ən səfalı guşələrində inşa edilmiş, dəyəri yüz minlərlə ölçülən evlər bunun bariz sübutudur: В«Bu evlərin hər biri ayrı-ayrı məmura məxsusdur. Həmin ərazidə torpağın bir sotunun qiyməti təxminən, 5-6 min manat civarındadır. Rayondakı ən əzəmətli villalardan biri icra hakimiyyətinin başçısı Musa Şəkiliyevə, digərləri onun müavinlərinə, rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevə, rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramova məxsusdurВ». Bu gün rayon əhalisinin hərtərəfli sıxıntı çəkdiyini deyən mənbənin sözlərinə görə, hələ də qaxlıların içməli su ilə tam təmin olunması istiqamətində ciddi işlər görülməyib:

В«Elə buna görə də taxılçılıqda məhsuldarlıq son illər nəzərəçarpacaq dərəcədə azalıb. Çoxlarına bəllidir ki, Qax öz zəngin abidələrinə görə digər rayonlardan fərqlənir. Lakin mövcud tarixi abidələrin araşdırılması, mühafizəsi istiqamətində önəmli tədbirlər həyata keçirilmir. Hazırda zəngin turizm potensialına malik Qaxda bir mehmanxana, В«ŞəfaВ» istirahət və müalicə ponsionatı, В«İlisuВ» ponteonatı, В«Yaşıl parkВ», В«UluВ», В«İmproteksВ», В«Ballı bulaqВ», В«QafqazВ», В«EdenВ» Park hotel, В«Səngər qalaВ» istirahət mərkəzi, В«El ResortВ» beş ulduzlu otel, В«Ulu dağВ» turizm mərkəzləri fəaliyyət göstərir. Lakin onların böyük əksəriyyəti Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin nəzarətindədir. Əgər müvafiq orqanlar, əsasən də Maliyyə Nazirliyi, Hesablama Palatası və baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu kimi məsələləri araşdırsalar, o zaman hələ çox mətləblərə aydınlıq gətirmək olarВ». \\ bolgexeber.com \\

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru