
DİA.AZ: - Xatırladaq ki, Qazax rayon sakini, iş adamı Elşad Məmmədov Qazaxda şok etiraz aksiyası keçirib. E.Məmmədov 355 min manata sahibkar Hacı İbrahimin şirkətindən iki ev alib, deyir ki, hər bir sənədi yerində olmasına baxmayaraq, Hacı İbrahim tərəfindən evləri mənimsənilib. Buna görə də bütün məhkəmə instansiyalarına müraciət edən E.Məmmədov son ümid yeri kimi Ali Məhkəmənin plenumunu gözləyib. Amma 16.05.2014-cü il tarixində baş tutmuş Ali Məhkəmənin plenumunda E.Məmmədovun işinə baxılmayıb, məsələ növbəti plenum iclasına saxlanıb. E.Məmmədov bildirir ki, məhkəmə Korrupsiya İdarəsində araşdırma aparıldığını əsas gətirərək, belə qərar qəbul edib. Amma E.Məmmədov bildirir ki, Korrupsiya İdarəsindən heç bir araşdırılma aparılmadığı barədə dəqiq məlumatı var. Buna etiraz olaraq son vasitə kimi Elşad Məmmədov ağzını tikərək prezidentlə görüş tələb edir.
DİA.AZ bildirir ki, bu gün səhər saatlarından Qazax rayon icra hakimiyyətinin binası qarşısında qazaxlı iş adamının qohumları və rayon sakinləri etiraz aksyiası keçiriblər. Hadisə yerində olan diaaz.space əməkdaşının bildirdiyinə görə, iş adamını və yaxınlarını qəbul edən icra başçısı Ayaz Əsgərov onları dinləyib.
Görüş barədə məlumat verən diaaz.space-ın bölgə müxbirinin sözlərinə görə, Ayaz Əsgərov iş adamına və yaxınlarına problemin artıq onun diqqətində olduğunu bildirib: В«İcra başçısı deyib ki, artıq hadisə ilə bağlı Prezident Administrasiyasının Qazax rayon üzrə kuratoru məlumatlandırılıb. Yəni artıq problem birbaşa olaraq prezidentə də çatdıralacaqВ».
Onu da bildirək ki, qazaxlı iş adamının haqqını yeyən, pulunu mənimsəyən В«AvestaВ» konserninin prezidenti Hacı İbrahim Nehrəmli mətbuata verdiyi açıqlamalarında qarşı tərəfi ittiham etmək bir yana, hətta çarəsiz sahibkarı hədələməyindən belə qalmır.
Xatırladaq ki, keçən il qazaxlı iş adamı Elşad Məmmədov Hacı İbrahimin yaxınları tərəfindən ölümlə də təhdid edilmişdi.
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…









