Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diqtə edir .....                     Azərbaycan Rusiyanın şərtini qəbul etməyib .....                     Tülin Ələkbərova restoranda qadını niyə döyüb? .....                     Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? .....                     Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar .....                     "Oleq Bakinski" məhkəmədən bəraət tələb edir .....                     Zatulini qorxudan Zəngəzur və Turan: .....                     Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? .....                     AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib .....                     Ermənistanın Belarus əngəli: .....                     Ağdamı idarə edənlərdən biri vəzifədən çıxarıldı .....                     Putin gözləyir ki, ilk addımı Əliyev atsın... .....                     Yeni sədrin QANUNSUZ əməlləri: SKANDAL MƏLUMATLAR .....                     Daşkəsən icra hakimiyyətində TOTAL TƏMİZLƏMƏ .....                     Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib .....                     “Azərşin”ASC fəaliyyətini dayandırmışdı, indi də... .....                     Hüseyn Həsənovun evinə BASQIN .....                     Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA .....                     Hüseyn Hüseynov görəvdən alındı .....                     “Əli Kərimli böyüdücü güzgü önünə keçərək deyir ki, Azərbaycan hökuməti onun xaricə getməsindən qorxur” .....                     AZCON-da yeni TƏYİNAT .....                     “Silk Way West Airlines” yeni şirkət təsis edib .....                     “Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Space”ə keçən APARICI: .....                     Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ .....                     Putin müharibəni bitirmir: .....                     Moskva körpüləri yandırmaq istəmir: .....                     “İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” .....                     Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat .....                     14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi .....                     "Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb .....                     Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur .....                     Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı .....                     Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Netanyahu Makronu İsrailə buraxmayıb .....                     "Biz mübarizə aparırıq" .....                     Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq .....                     Pekində görüş niyə alınmadı? .....                 

Azərbaycan Rusiyanın şərtini qəbul etməyib - İNCƏLƏMƏ
Tarix: Bu gün, 18:02 | Çap et

“Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azad edilməsi Moskva və Bakı arasında münasibətlərin normallaşması üçün vacib addım ola bilər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Rusiya faktiki olaraq şərt irəli sürür. Ancaq aydın görünür ki, Azərbaycan bu şərti qəbul etməyib.

Bu, nədən görünür?

Sualın cavabı Mariya Zaxarovanın elə öz açıqlamasında "gizlənib": "Bu mövzu avqustun 22-də Həştərxanda keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası zamanı ətraflı müzakirə edilib. Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə detallı şəkildə çatdırılıb”.

Deməli, bu mövzunun müzakirəsindən iki həftəyə qədər vaxt keçib, Azərbaycan həbs edilmiş Rusiyalıları azadlığa buraxmayıb. Bundan əlavə Azərbaycanda həbsdə olan Rusiyalılarla Rusiya konsulunun sayca dördüncü görüşü üçün "müraciət göndərilib, lakin hələ buna razılıq verilməyib”.

Azərbaycan Rusiyanın bu tələbini yerinə yetirməyibsə, deməli, avqustun 22-də Həştərxanda təkcə Azərbaycanda həbs edilmiş Rusiyalılarla bağlı məsələ müzakirə edilməyib, həm də Rusiyada həbs edilmiş Azərbaycanlılarla bağlı məsələ də müzakirə mövzusu olub, ancaq Mariya Zaxarova bu haqda heç nə deməyib, məsələnin üzərindən sükutla keçib. Halbuki Həştərxanda təkcə Rusiyada həbs olunmuş Azərbaycanlılarla bağlı deyil, Rusiyada iki soydaşımızın işgəncələrlə qətlə yetirilməsi, təqsirkarların cəzasız qalması da Rusiya hökumət komissiyasının - rəsmi Moskvanın diqqətinə çatdırılıb. Bu da hələ hamısı deyil; Azərbaycan 2024-cü il dekabrın 24-də Rusiya ərazisində vurulmuş sərnişin təyyarəsi ilə bağlı məsələni də qaldırıb. Rəsmi Bakının tələbləri Rusiya rəhbərliyinə bir daha çatdırılıb. Bu, prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" kanalına müsahibəsindən də görünür. Avqustun 22-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Həştərxanda Rusiyalı həmkarı Aleksey Overçukla bu müzakirələri aparıb. Yekaterinburq hadisələri və həbslərlə, qətlə yetirilmiş iki Azərbaycanlı qardaşla bağlı Rusiya hökumətinin rəsmisi Şahin Mustafayevə deyib ki, guya həmin şəxslər cinayət törətməkdə şübhəli bilindiyi üçün hüquq-mühafizə orqanları əməliyyat keçirib. Həştərxandan qayıdandan sonra Şahin Mustafayev prezidentə səfərin yükunları, danışıqların nəticələri ilə bağlı məruzə edib. Ona görə də prezident avqustun 26-da - hökumət komissiyalarınln görüşündən 3 gün sonra özünün son müsahibəsində bu məsələyə belə şərh verib: "Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir?"

Bu şərhdən də görünür ki, Azərbaycan Rusiyanın bu məsələyə dair rəsmi mövqeyindən narazıdır, haqlı olaraq qane olmayıb. Buna görə prezidentin Rusiyaya qarşı Azərbaycanın haqlı tələblərində israr etdiyinə şübhə yeri qalmır. Eləcə də, Mariya Zaxarovanın açıqlamasından sonra bəlli olur ki, Azərbaycanda həbsdə olan Rusiyalıların azadlığa buraxılması ilə bağlı irəli sürdüyü "şərt" də rədd edilib. Zaxarova deyib ki, münasibətlərin normallaşması üçün həmin şəxslərin buraxılması "vacib addım ola bilər".

Azərbaycan, əlbəttə, bu şərti qəbul etməz. Rusiya bir yandan ikitərəfli münasibətləri normallaşdırmaqdan danışır, o biri tərəfdən də şərt qoymağa çalışır. Şərt qoymaq münasibətləri daha da gərginləşdirir, nəinki normallaşdırır. Bu, məsələnin bir tərəfidir.

İkincisi, Azərbaycanda Rusiyalıların həbsi səbəb deyil, nəticədir. Əsas səbəb Rusiyanın Azərbaycan mülki təyyarəsini vurması və bunun məsuliyyətindən yayınmaq istəməsidir. Üstəlik bu da azmış kimi, Rusiya hüquq-mühafizə orqanlarına ölkədə Azərbaycanlı "ovuna çıxmaq" əmrinin verilməsidir. Prezident İlham Əliyev bunu heç də təsadüfən "Rusiyada Azərbaycanlılara qarşı səbəbsiz hücumlar" adlandırmayıb.

Rusiyanın Azərbaycanlılara qarşı həmin o səbəbsiz hücumları rəsmi Bakını AZAL-ın vurulmuş təyyarəsi ilə bağlı Moskvaya qarşı mövqeyini yumşaldıb, tələblərini geri çəkməyə sövq etmək məqsədi daşıyır. Prezident buna işarə edir və sözügedən müsahibədə Azərbaycanın öz tələblərində israr etdiyini bir daha vurğulayır və prinsipial mövqe sərgiləyir. Prezident Əliyevin 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsi, müsəlman Şərqində ilk demokratik respublikanı dağıtdığını deməsi də təkcə Naxçıvanın coğrafi anlamda Azərbaycanın əsas ərazisindən ayrı düşməsi faktının tarixi izahı üçün deyildi. Prezident Azərbaycanın müstəqil dövlətçiliyinə bugünkü Rusiya təhdidini də dünyanın diqqətinə çatdırırdı. Deməli, rəsmi Bakı Rusiya qarşısında indiki duruşunu dəyişmək niyyətində deyil. Hər halda biz belə bir dəyişikliyin əlamətlərini görmürük. Deməli, dediyimiz kimi, Rusiyanın şərti qəbul edilmir. Azərbaycanın tələbləri qəbul edilənədək...

 Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diqtə edir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:04
Azərbaycan Rusiyanın şərtini qəbul etməyib - İNCƏLƏMƏ
Bu gün, 18:02
Tülin Ələkbərova restoranda qadını niyə döyüb? - TƏFƏRRÜAT
Bu gün, 17:54
Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? – Ərazi nümayəndəsindən QALMAQALLI AÇIQLAMA
Bu gün, 17:47
Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar - ŞƏRH
Bu gün, 17:45
"Oleq Bakinski" məhkəmədən bəraət tələb edir
Bu gün, 17:28
Zatulini qorxudan Zəngəzur və Turan: - Rus deputat niyə bu qədər qəzəblidir?
Bu gün, 17:24
Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? - AKTUAL
Bu gün, 17:21
AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib - FOTO
Bu gün, 17:19
Ermənistanın Belarus əngəli: - Lukaşenko Paşinyanın təşəbbüs göstərməsini gözləyir
Bu gün, 17:08
Ağdamı idarə edənlərdən biri vəzifədən çıxarıldı - ƏMR
Bu gün, 17:04
Putin gözləyir ki, ilk addımı Əliyev atsın... - AMMA...
Bu gün, 17:02
Yeni sədrin QANUNSUZ əməlləri: SKANDAL MƏLUMATLAR - NƏ BAŞ VERİR?
Bu gün, 16:59
Daşkəsən icra hakimiyyətində TOTAL TƏMİZLƏMƏ - SİYAHI
Bu gün, 16:47
Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib - TƏFƏRRÜAT
Bu gün, 16:45
“Azərşin”ASC fəaliyyətini dayandırmışdı, indi də... LƏĞV OLUNUR!
Bu gün, 16:44
Hüseyn Həsənovun evinə BASQIN - VİDEO
Bu gün, 16:39
Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA - “Həbsdən çıxdıqdan sonra daha ağır cinayətləri törədəcək”
Bu gün, 16:34
Hüseyn Hüseynov görəvdən alındı - SƏRƏNCAM
Bu gün, 16:31
“Əli Kərimli böyüdücü güzgü önünə keçərək deyir ki, Azərbaycan hökuməti onun xaricə getməsindən qorxur” - deputat
Bu gün, 13:08
AZCON-da yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 13:05
“Silk Way West Airlines” yeni şirkət təsis edib
Bu gün, 12:57
“Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” - FAKT BUDUR!
Bu gün, 12:53
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:50
“Space”ə keçən APARICI: - “Heç kimi bezdirməyəcəyəm”
Bu gün, 12:47
Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ – Pul üçün nələr etdilər?
Bu gün, 12:39
Putin müharibəni bitirmir: - Əsgərlər isə evə qayıtmağı gözləyir
Bu gün, 12:34
Moskva körpüləri yandırmaq istəmir: - Putin o sözlərlə nəyi demək istədi?
Bu gün, 12:31
“İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” – Qazax sakini baş prokurora müraciət etdi
Bu gün, 12:27
Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat - BUNDAN SONRA...
Bu gün, 12:22
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO
Bu gün, 12:20
"Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb
Bu gün, 12:16
Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur - ŞƏRH
Bu gün, 12:14
Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı - DETALLAR
Bu gün, 12:10
Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir - Aleksey Overçuk
Bu gün, 12:08
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Netanyahu Makronu İsrailə buraxmayıb - “Channel 13” telekanalı
Bu gün, 11:55
"Biz mübarizə aparırıq" - "Şərurulu İsfəndiyar"
Bu gün, 11:48
Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq
Bu gün, 11:43
Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
Bu gün, 11:40
Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı
Bu gün, 11:36
TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK - Naxçıvanda ictimai nəqliyyat problemi
Bu gün, 11:31
Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:23
ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir? - “Eurasia.net”
Bu gün, 11:21
Tehran yola gəldi: - ”Sülh bəyanatının mətnində…”
Bu gün, 11:17
Azərbaycan əleyhinə təbliğat iflasa uğrayır - deputat
Bu gün, 11:16
Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub - “Armlur”
Bu gün, 11:13
Kəlbəcərin icra başçısını söyən Qarabağ qazisi 100 manat cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 11:11
Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib
Bu gün, 10:58
Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq - ÇÜNKİ...
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru