Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                 

Bəzi nazirlik və qurumların ləğvinə çağırış: qənaət, yoxsa... - NƏ BAŞ VERİR?
Tarix: 4-09-2025, 09:05 | Çap et

Son günlər bəzi dövlət qurumlarının və komitələrin ləğv edilməsi ilə bağlı müzakirələr gündəmdədir. Deputat Fazil Mustafa Demokrat.az-a bildirib ki, bir sıra qurumlardan, ali məktəblərdən tutmuş dövlət orqanları, publik hüquqi şəxslərə qədər bəzilərinin niyə mövcud olduğunu məntiqi cəhətdən izah etmək çətindir.

“Hər halda, dövlət qurumları məsələyə effektiv fəaliyyət baxımından yanaşmalıdır. Məntiqli izah verilməlidir, başqa ölkələrdə müqayisədə faydalı tərəfləri nədir, bu araşdırılmalıdır. Bu məsələ ətrafında, məncə, ciddi müzakirələr aparılmalıdır. Büdcə vəsaitinin daha az sərf olunması və daha effektli idarəetmə modeli üzərində düşünülməlidir”.

Deputat Tahir Rzayev isə həmkarının fikirləri ilə razılaşmayıb. O qeyd edib ki, insanlar çox vaxt fikir söyləyəndə reallıqları, günün tələblərini nəzərə almırlar: “Deyirlər, filan qurum ləğv olunmalıdır, filan komitəyə ehtiyac yoxdur. Ancaq bütün bunlar araşdırılır. Vaxtı gələndə əgər hansısa agentlik və ya komitə öz fəaliyyətini düzgün qura bilmirsə, yaxud əhəmiyyətini itiribsə, onun birləşdirilməsi və ya ləğvi həyata keçirilir. Nazirliklərdən ayrı fəaliyyət göstərən qurumların ləğv edilməsi doğru deyil. Bəzən deyirlər ki, icra hakimiyyətləri ləğv olunsun, onların səlahiyyətləri bələdiyyələrə verilsin. Amma sual yaranır: bələdiyyələr bu funksiyaları icra edə bilərmi? Bilirsiniz, fikir söyləmək asandır, amma onun arxasında həll və yol göstərmək dayanmalıdır. Bəs bu qurumlarda çalışan insanlar? Bir tərəfdən deyirlər, iş yerləri açılmalıdır, digər tərəfdən isə qurumların ləğvi təklif olunur. O zaman bu insanların taleyi necə olacaq? Onlar harada işləməlidirlər?”

Qeyd edək ki, bir neçə il əvvəl bir sıra qurumlar ləğv edildi, struktur birləşməsi aparıldı. Son olaraq vergi xidməti İqtisadiyyat Nazirliyinə verilib. Ancaq yenə də təkliflər səslənir ki, gömrük və digər sahələr də bir qurumda birləşdirilsin. Bu da büdcə xərclərinə qənaət cəhətdən vacibdir. Dövlət qurumlarının ləğv olunması birmənalı şəkildə büdcə kəsirinin aradan qaldırılmasına yardım edə bilər. Eyni zamanda bu, korrupsiyaya qarşı mübarizənin də gücləndirilməsinə şərait yaradacaq.

Real Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı ekspert Natiq Cəfərli də bu günlərdə bu məsələyə diqqət çəkib. O, icra hakimiyyətləri institutunun ləğv edilməsinin tərəfdarıdır.

Ümumiyyətlə, struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.

İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda dövlət sektoru böyükdür. Onun fikrincə, bunun bir neçə səbəbi var: “Səbəblərdən biri dövlətin həddən artıq güclü olması, hər şeyə müdaxilə etməsi, hər şeyi tənzimləməsi ilə bağlı düşüncədir. Bu, müstəqillikdən öncəki zamandan, yəni SSRİ dövründən qalma ənənədir. Hesab edirəm ki, bu, tamamilə səhv yanaşmadır. Dövlət kiçilməlidir, tənzimləmələr azaldılmalıdır. Dövlətin rolu məhdudlaşdırılmalıdır. Bu, özəl sektora həvalə edilməlidir. Dövlət klassik funksiyalarına yönəlməlidir. Digər yanaşmaya görə, qurumların çoxluğu məşğulluq üçün faydalıdır, lakin nəticə qeyri-effektivdir. Hətta bəzi dövlət agentlikləri əmək bazarında özəl sektorla rəqabət aparır, işçiləri "oğurlayır". Yəni publik hüquqi şəxs olan agentliklər istədikləri əməkhaqqını tələb edə bilirlər. Publik hüquqi şəxslər əsasən monopolistlərdir. Əməkhaqları neft gəlirlərinin daxil olduğu büdcə hesabına ödənir. Bu da nəticə etibarilə qeyri-effektiv nəticə verir. Əmək bazarının strukturuna baxsaq, hər zaman dövlət qurumlarında işləyən işçilərin sayı ümumi faiz nisbətində 50 faizdən çox olub. Hazırda isə bu rəqəm 49,5-dir. Bazar iqtisadiyyatı, mülkiyyətin 80 faizi özəldir kimi məsələlərdən danışdığımız zamanda iş yerləri dövlət və özəl sektor arasında demək olar ki, bərabər bölünüb. Bu, həm özəl sektorun zəif inkişaf etdiyini, həm də dövlət sektorunun mənasız böyük olduğunu göstərir".

İqtisadçı hesab edir ki, dövlət sektorunun kiçilməsi işsizlik problemi yarada bilər, amma dövlət effektiv işsizlik proqramları həyata keçirməklə, uzunmüddətli müavinətlər verməklə mənfi təsirləri azalda bilər: “İnsanları görüntü üçün məşğul olmağa cəlb etmək həm onların potensialının inkişaf etməsinə imkan vermir, həm əmək bazarında yalançı tarazlıq yaradır, eyni zamanda dövlət büdcəsinin resurslarının davamlı sərf olunmasına gətirib çıxarır. Son illərdə yaradılan qurumların əməkdaşları cəmiyyət üçün ciddi fayda yaratmırlar. Neft və qaz hasilatı azaldıqca gəlirlər də azalacaq, odur ki, dövlət indidən qeyri-neft iqtisadiyyatına hazırlaşmalıdır. Özəl sektor inkişaf etməlidir, dövlət sektorunun böyük olması buna mane olur. Odur ki, əsaslı islahatlar həyata keçirilməlidir. Bizim məmurlar islahat sözünü mənasızdan uzaq formada təkrar edirlər. Mən son 10 ildə iqtisadiyyat sahəsində əhəmiyyətli islahat müşahidə etməmişəm”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Dünən, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Dünən, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Dünən, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Dünən, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Dünən, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru