“Əgər biz “pis sülh yaxşı mübahisədən yaxşıdır” üslubunu nümayiş etdirsək, o zaman Azərbaycanla münasibətlərin normallaşdırılmasına ehtiyac var”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyir.
Eyni zamanda, siyasətçinin fikrincə, bu, o demək deyil ki, Moskva bu əməkdaşlığın dərinliyi barədə özünü aldatmalıdır. “Lenta.ru”-ya açıqlamasında deputat bir sıra məsələlərdə iki ölkənin mövqelərinin fərqli olduğunu vurğulayıb:
"Azərbaycan öz kursunu davam etdirir. Bu kursun xüsusiyyətləri “Dağlıq Qarabağın zəbt edilməsi”, (deputat öz xislətinə sadiq qalaraq işğaldan azad etməni zəbt etmə adlandırır-red.) 2023-cü ildə sülh yolu ilə nizamlanmadan imtina edilməsidir.
Azərbaycan o vaxt Ermənistanın çox da milli olmayan hökumətin rəhbərlik etməsindən istifadə edib və Türkiyənin dəstəyi ilə öz planlarını həyata keçirib. Rusiya müdaxilə etməsin deyə tərəfdaşlıq oyunu oynamağa davam edib",-deyə Zatulin qeyd edib.
Deputatın sözlərinə görə, Bakının planları reallaşan kimi artıq Rusiya ilə nəyisə razılaşdırmağa ehtiyac qalmayıb.
“Üstəlik, Ermənistana növbəti təzyiqlər, Zəngəzur dəhlizinin tikintisi, amerikalıların, israillilərin və sairlərin bu regiona cəlb edilməsi birmənalı olaraq Rusiya Federasiyasının maraqlarına uyğun deyil.
Üstəlik, Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqlik təkcə ikitərəfli müttəfiqlik deyil, həm də böyük Turanın yaradılmasını davam etdirmək, Orta Asiyaya, yeri gəlmişkən, Rusiyanın türklər məskunlaşdığı bölgələrinə nüfuz etmək üçün gələcəyə aparan yoldur. Bu, açıq şəkildə Rusiyanın maraqlarına ziddir, təhlükə yaradır. Bu, indi ön plana çıxıb”.
Zatulin deyib ki, rəsmi Bakı Vaşinqton və Təl-Əvivlə münasibətlərini gücləndirir. Deputat deyib ki, bu, həm də Azərbaycandan İrana Şimal-Cənub dəhlizinə ümid edən Rusiyanın maraqlarına uyğun gəlmir.