Ukraynada Podolsk rayon məhkəməsi əvvəllər məhkum olunmuş, 33 yaşlı kriminal avtoritet, “Artem Xoxol” ləqəbli Artem Pançenkoya qarşı xüsusi ibtidai istintaqın aparılmasına icazə verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, təşkil olunmuş cinayətkar birliyinin fəaliyyətində iştiraka görə şübhəli bilinir.
Dörd dəfə məhkumluğu olan və daha bir ittiham aktı (hədə-qorxu ilə pul tələb etməyə görə) məhkəmədə baxılmaqda olan Pançenkoya, Kropıvnitski İstintaq Təcridxanasında “qanuni oğru” Armen Xaçatryanın rəhbərliyi altında fəaliyyət göstərən cinayətkar birliyinə qoşulmaqda iştirak ittihamı irəli sürülüb. Burada saxlanılan məhbuslara təzyiq göstərilməsi, onlardan pul tələb edilməsi və onların qohumlarının “qorxudulması” ilə bağlı bir sıra epizodlardan söhbət gedirdi.
Həbsxanada bu fəaliyyətlərə “Armen Xoxol” tərəfindən təyin edilən kriminal avtoritet Arsen Martirosyan rəhbərlik edib. Onun iki etibarlı adamı olub – İvan Skripka və məhz Artem Pançenko.
Pançenkoya hələ 2021-ci ilin may ayının sonunda fərdi şəkildə şübhəli şəxs qismində bildiriş təqdim edilmiş və dindirmə aparılmışdı. Lakin Pançenko onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxılması üçün məhkəməyə çağırışı görməzlikdən gəlib və qaçıb.