"Azərbaycan Standartlaşdırma İnstitutu" tərəfindən elan olunmuş tender ləğv edilib.
"DİA-AZ" xəbər verir ki, sözügedən tender maliyyə auditinin aparılması üzrə elan edilmişdi. Tender müsabiqəsi 18 iyun 2025-ci ildə dərc olunmuş və təkliflərin son təqdim olunma müddəti 10 iyul 2025-ci il saat 17:30-da bitmişdir. Həmin gün zərflərin açılışı da baş tutmalı idi. Müsabiqədə ehtimal olunan qiymət 5 860 manat olaraq müəyyən edilmişdi.
Ləğv edilmə səbəbi kimi təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun gəlməməsi göstərilib (36.1.2 bəndi).