Tailandda azərbaycanlı turist bıçaqlanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə avqustun 8-nə keçən gecə Patonq şəhərində baş verib.
Şəhərə turist qismində gələn 33 yaşlı azərbaycanlı Orxan Hidayətoğlu 25 yaşlı Pannavit Yonqyosinqə məxsus səyyar stenddən meyvə yeyib. Satıcı turistin yediyi meyvənin 60 baht məbləğində (təxminən 3 manat 20 qəpik) pulu istəyib. Lakin azərbaycanlı bundan imtina edib və tərəflər arasında əlbəyaxa dava düşüb.
Patonq polisi gecə saat 2:20-də bıçaqlanma xəbərini alıb və hadisə yerində ağır yaralı bir kişi tapıb. O, xəstəxanaya aparılıb. Yaralının hazırkı vəziyyəti açıqlanmayıb.
Cinayətkar dərhal günahını etiraf edib və həbs edilib. Hüquq-mühafizə orqanları bəyanat yayıblar ki, “az pulla bağlı heç bir mübahisə zorakılığa çevrilməməlidir”.
Hazırda polis hadisə yerindən müşahidə kameralarının görüntülərini öyrənir.