Azərbaycan və Ermənistan tərəflərinin Vaşinqtonda parafladığı sülh sazişini oxudum. Diqqətimi cəlb edən əsas məqam isə 9-cu maddə oldu.
Maddədə deyilir:
“Maddə IX
Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır”.
Maddədən aydın olur ki, erməni tərəfi Qarabağın 30 illik işğalının bütün məsuliyyətini Rusiyanın üzərinə atır və özünü “münaqişəyə cəlbedilmiş” tərəf kimi göstərir. Hətta bu işğalda iştirak edən erməni çetebaşılarının, yəqin ki, həm də Sarkisyan və Köçəryanın qulaqlanıb məhkəməyə verilməsi öhdəliyini öz üzərinə götürür. Bundan əlavə indiki Ermənistan ərazisində vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların qalıqlarının toplanıb Azərbaycana verilməsi də gözlənilir.
Açığı, bu maddədən belə anlayıram ki, həm Ermənistan, həm də Azərbaycan tərəfi Rusiyanı “region xalqlarını münaqişəyə cəlb etmək” ittihamı ilə beynəlxalq məhkəməyə verməyi planlaşdırıblar.
Fikrimi tək kəlmə ilə ifadə edirəm: Alqışlayıram.
Təcavüzkarı evinə (ayrı söz deməyə dilim gəlmədi) qədər qovmaq lazımdır...

Heydər Oğuz - "DİA-AZ"