Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının sədri Antonio Koşta ilə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, söhbət zamanı o, avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələrini, o cümlədən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin” paraflanması, Minsk Qrupu mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət, ərazi bütövlüyü əsasında regional kommunikasiyaların blokadadan çıxarılması, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihələrini təqdim edib.