Yenidən Daşnaksütyunu qadağan etmək barədə düşünməyin vaxtıdır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə partiyasından olan deputat Asmik Akopyan deyib.
“Əziz dostlar, əminəm ki, bizim təhlükəsizlik sistemimizin Daşnaksütyun üzvlərinin evlərindən aşkar edib müsadirə etdiyi arsenalı izləyirsiniz. Əslində onlar təkcə daşnaklar deyil, həm də terror təşkilatçılarıdır. Daşnaksütyunu yenidən qadağan etmək və onu terror təşkilatı elan etmək barədə düşünməyin vaxtıdır”, - o bildirib.
Qeyd edək ki, Ermənistan hüquq mühafizə orqanları Daşnaksütyun üzvlərinin evlərində axtarış aparıb, təşkilatın bəzi üzvləri saxlanılıb.