2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 153 ölkədən idxal olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 20269,1 milyon ABŞ dolları təşkil edib.
“ Ticarət dövriyyəsinin 10304,3 milyon dollarını və ya 50,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 9964,8 milyon dollarını (49,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 339,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,6 faiz artıb, real ifadədə 1,1 faiz azalıbr. İdxal real ifadədə 10,3 faiz artıb, ixrac isə 8,8 faiz azalıb”, - məlumatda deyilir.