Ermənistan hakimiyyəti Cənubi Qafqazda nəqliyyat marşrutlarının açılması və Azərbaycanla münasibətlərin normallaşması çərçivəsində Sünik vilayətindəki yolun hər hansı beynəlxalq təşkilatın idarəçiliyinə verilməsinə etiraz etməyəcək.
“Report”un məlumatına görə, bu barədə Ermənistan XİN müavini Mnaçakan Safaryan "Azadlıq Radiosu”nun erməni xidmətinə bildirib.
Onun sözlərinə görə, tərəflərin razılığı və qarşılıqlılıq şərti ilə, əgər bu, İrəvanın bəyan etdiyi prinsiplərə tam uyğundursa, üçüncü tərəf yolun bu hissəsində fəaliyyət göstərə bilər.